Breaking News :

nothing found
14 November 2019

Ermənilərin çirkli oyunu və ifşa olunan yalanlar

Son aylar beynəlxalq içtimayət və həmçinin Azərbaycan ictimayəti dünyanın bütün qitələrində fəaliyyət göstərən mütəşəkkil erməni cinayətkar şəbəkəsinin fəlaiyyəti haqqında çoxsaylı ifşa məlumatları ilə tanış olmuşdur.
Məsələn bu ilin yanvar ayında Britaniyalı araşdırmaçı yazıçı Harold Keynin nəşr etdirdiyi “Narko Qarabağ” (“Narco Karabakh”) kitabında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki , fəsadları Qafqaz regionundan çox-çox uzaqlara çıxaraq beynəlxalq birliyə dərin təsir göstərə bilən cinayətlərin və cinayətkar şəbəkənin aşkara çıxarmasının şahidi olduq.
Keçən ay isə silahli münaqişələrdə müxtəlif silahların tətbiqinin və onların dünya üzrə daşınmasının izlənilməsi ilə məşğul olan Britaniyanın “Conflict Armament Research” mərkəzinin dərc etdiyi hesabatda Ermənistan dövlət aviaşirkətinin Cənubi Sudandakı vətəndaş müharibəsi regionlarına, Liviyadakı islamçılara və Somalidəki dəniz quldurlarına , mərkəzi və şimali Afrika terrorçularına silah daşımasını ifşa etdi.
Martın 4 isə OCCRP- Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi bu dəfə Rusiyada Ermənistanın və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması sxemi üzrə ölkənin hakim elitası ilə sıx əlaqəli böyük investisiya bankı vasitəsi ilə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılması haqqında hesabat dərc etdi.
Hesabatda “Troika” pulyuyan maşını adlandırılan bu sxem korrupsiyalı siyasətçilərə və mütəşəkkil cinayətkarlıq fiqurlarına çirkli vəsaitlərin yuyulması, vergilərdən boyun qaçırılması, mülkiyyətin xaricdə gizlədilməsi kimi fəaliyyət imkan yaratması haqqında məlumatlar dərc olunmuşdur. “Troika” sxemi üzərə mənfəətdar isə Rusiyanın “Troika Dialog” kimi tanınan özəl investisiya bankı və Rusiyada qərbyönlü reputasiyaya malik , rusiyalı erməni Ruben Vardanyan rəhbərlik edib.
Qeyd edim ki , Ruben Vardanyan adı diqqətimi ilk dəfə , Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əhalinin yerləşdirilməsi üçün kəndlər salınmasını maliyyələşdirməsi, bu kəndlərdə məktəb və kilsə tikdirirməsi və ən əsası da Rusiya vətəndaşı olan oğlu David Vardanyanın Dağlıq Qarabağda əskərlik xidmətinə göndərməsi haqqında məlumatlarla çəkmişdir.
Ruben Vardanyan Rusiyalı biznesmen olsa da daha çox erməni milləti və onun gələcəyi üçün xidmət göstərir , humanitar fondlar adı altında formalaşdırdığı təsisatlar Dağlıq Qarabağ , Livan və Suriyada erməni kəndlərinin salınması, kilsələrinin və məktəblərinin tikilməsi üçün örtük kimi fəaliyyət göstərirdi.
Məsələn Ruben Vardanyanın təsis etdiyi humanitar təsisatlardan biri Livanda erməni məktəblərinin tikintisini maliyyələşdirir , digər bir humantar fondu isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və müharibədən əziyyət çəkən Suriyanin ehtiyac içərisində yaşayan erməni əhalisi üçün humantar yardımların təşkili üçün maliyyə toplayır və s.
Əslində bu siyahını bir az da uzatmaq olar , lakin qeyd etmək istədiyim əsas məsələ tamam fərqlidir. Məsələ ondadır ki, Ruben Vardanyanın hər iki “humanitar” layihənində trəfdaşları , ictimai lobbisti və koordinatorları Amerikalı cütlük – aktyor Corc Kluni və həyat yoldaşı Livanlı etnik erməni Amal Alamuddin Klunidirlər. İnternet resursda etdiyim kiçik araşdırma ilə aydın olur ki ictimai fiqur olaraq Corc və Amal Klunilər Ruben Vardanyanın çoxsaylı layihələrində tərəfdaş və ictimai lobbist qismndə çıxış edirlər, ən əsası da belə bir qənətə gəlinir ki , bu cütlüyün ümumiyyətlə içtimai fəaliyyəti məhz Ruben Vardanyanın Rusiyada yuduğu çirkli pulların hesabına həyata keçirilir.
Bu cütlük , xüsusi ilə Amal Klunin adı ölkəmizdə diqqətlı siyasət izləyicilərinə tanışdır, Amal Kluni OCCRP- Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin araşdırmaçı, journalist Xədicə İsmailin vəkili olmuş, onun həbsdə olduğu dövrdə xaricdə ictimai və hüquqi müdafiə kampaniyalardan təşkil etmişdir.
Nəzərə alsaq ki Corc və Amal Klunilərin ictimai fəaliyyəti məhz Ruben Vardanyanın Rusiyada TROİKA pul yuma sxemi ilə yuyulan çirkli pulların hesabına həyata keçirilir , onda deməli Xədicə İsmayilin hüquqi müdafiəsi erməniləri Rusiyada yuduğu çirkli pulların hesabına təşkil olunurmuş.
Xatırlayırsınızsa həmin il OCCRP-i öz işçilərinin həbsinə cavab olaraq Azərbaycan hökümətinə qarşı “bütün cəbhə boyu müharibə “ elan etmişdir . Məhz bu fəaliyyətin nəticəsində biz neçə il ölkəmizin adı müxtəlif ünvansız və yalan məlumatlarla dolu araşdırmalarda , təhrif olunmuş hesabatlarda və bu hesabatların dərc olunduğu qərb medialarında izlədik.
Məsələn 2017 ci ildə OCCRP yə bağlı bir bolqar jurnalistin ifadələrinə istinadən Azərbaycan Hava yollarının dünyada terror ocaqlarına yükdaşımalarda iştirak etdiyini iddia edilən qeyri ciddi, faktsız, sübutsuz, uydurma məlumatların şahidi olduq.
Yuxarıdan qeyd etdiyim silahli münaqişələrdə silahların tətbiqinin və onların dünya üzrə daşınmasının izlənilməsi ilə məşğul olan Britaniyanın “Conflict Armament Research” mərkəzinin keçən ay dərc etdiyi hesabatda Azərbaycanın deyil , məhz Ermənistan dövlət aviaşirkətlərin dünyadakı terror ocaqlarına – Cənubi Sudandakı vətəndaş müharibəsi regionlarına, Liviyadakı islamçılara və Somalidəki dəniz quldurlarına , mərkəzi və şimali Afrika terrorçularına silah daşımasını ifşa etdi.
Bununla da aydın oldu ki , OCCRP ölkəmizin adını belə çirkli əməliyyatlarda hallandırmaqla , əslində diqqəti bu əməliyyatların real icraçısı olan Ermənistandan yayındırmaq məqsədi güdürdü.
2018 ci ildə isə OCCRP yenə də təsdiqini tapmayan məlumatlar əsasında Azərbaycanın adını çirkli pulların yuyulmasında hallandırmaqla yenə də diqqəti əsas çirkli pul yuma maşınından yayındırmaq məqsədi güdmüşdür. Burada xüsusi məqamlardan biri də OCCRP ilə paralel qərb mediasının da bu istiqamətdə daha çox Azərbaycanın adını hallandırması idi. Ancaq qərbyönümlü olduğu üçün bu qədər çirkli əməliyyatlara bulaşmış Ruben Vardanyanın fəaliyyətinin işıqlandırılmaması , haqqında tez tez söz açdığmız ikili standarların tətbiqinin bariz nümunəsidir. Burada bunu da qeyd etmək yerinə düşər ki , Amerikanın Səsi öz internet portalında OCCRP-nin Rusiyada Ermənistanın və erməni əsilli Rusiya vətəndaşlarının yaratdıqları çirkli pulların yuyulması sxemi üzrə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılması haqqında dərc etdiyi məlumtlarda , hesabatın original mətnində adı keçmədiyi , əsas fiqurantların ermənilər olduğu halda , Azərbaycanın adını da əlavə etmişdir. Bunu isə artıq ikili standartlar deyil , qərəz adlandırmaq yerinə düşər.
Məsələnin diğər maraqlı tərəfi isə , OCCRP nin Xədicə İsmayil kimilərindən istifadə edərək Ruben Vardanyanın çirkli pullarından bəhrələnməsidir. Belə ki , OCCRP öz əməkdaşlıq etdiyi həbsdəki jurnalistin hüquqlarının müdafiəsini ictimai fəaliyyəti Ruben Vardanyanın çirkli pullarından qaynaqlanan Amal Klunyə tapşırmaqla həm də onun çirkli pullardan bəhrələnmək məqsədi güdmüşdür. Deməli  OCCRP həm də öz işçilərinin həbsindən bəhrələnmişdir.
Bun ilk baxışdan həyatın istehzası da kimi də görünə bilərdi , ancaq məncə vəziyyət o qədər də sadə deyil…

Yeganə Hacıyeva ,
Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert.
06.03.2019

Yegana Hajiyeva

Read Next

Bir ilə 1.5 milyard avro — Avropa İttifaqı Paşinyanların korrupsiya mexanizmini ifşa edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir