Breaking News :

nothing found
18 October 2019

Paşinyan hökumətinin daha bir müəmması – Rəsmi məlumatlar niyə təhrif edilir?

          Yazışmaların saxtalaşdırması.                Ermənistan hökumətləri üçün                  həmişə xarakterik olub.

Martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ilk rəsmi görüşü keçirildi və Dağlıq Qarabağ münaqışəsinin nizamlanması ilə bağlı müzakirələr baş tutdu.

Görüş qabağı proseslər Ermənistanın yeni hökumətinin sələflərinin danışıqlar prosesində yürütdüyü qeyri-konstruktiv mövqeyin davamı, prosesi mövcud işğal faktini qoruyub saxlamağa xidmət edən müxtəlif üsullarla uzatmağa hesablanmış siyasətin tətbiqi ilə müşayiət olundu.

Görüşün nəticələrini ATƏT, tərəflər və həmsədr ölkələr şərh etdilər, mətbuat xidmətləri press-relizlər yaydılar və aydın oldu ki, Ermənistan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatlar Kremlin rəsmi saytında yerləşdirilmiş məlumatlardan fərqlənir və Ermənistan tərəfi Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə apardığı telefon danışığını saxtalaşdırıb.

Yazışmaların saxtalaşdırması ümumilikdə Ermənistan hökumətləri üçün həmişə xarakterik olub və erməni diplomatiyasının ana xəttini təşkil edir. Lakin Paşınyan hökuməti bu ölkədə yeni bir təcrübə, daxili auditoriya üçün nəzərdə tutulan məlumatların saxtalaşdırması ilə erməni cəmiyyətini aldatmaq təcrübəsini tətbiq edir. Son aylarda baş nazirin mətbuat xidmətinin açıq saxtakarlığa getməklə, erməni cəmiyyətinin aldatmasının bir neçə faktını sadalayaq.

Məsələn, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla telefon danışığınin detallarının dəyişdirilməsi, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun KTMT sammiti ilə bağlı bəyanatının dəyişdirilməsi və s. yeni hökumətin danışıqların detallarının saxtalaşdırılması ilə erməni cəmiyyətin aşkar aldadılmasına yönəlmiş fəaliyyətinin bariz nümunəsidir.

Münaqişənin həlli ilə bağlı heç bir konseptual yanaşmaya malik olmayan səriştəsiz Paşinyan hökumətinin daxili auditoriyanın mövqeyinin möhkəmlənməsinə xidmət edən, Dağlıq Qarabağ danışıqları ətrafında ATƏT-in Minsk qrupu çərçivəsində əldə olunmuş razılaşmalara zidd, problemin həllində tərəflərin razılaşdırdığı bəndlərin pozulması ilə müşayiət olunan, yenilənmiş Madrid prinsiplərinin şübhə altına alınması anlamına gələn mövqeyini təkcə Azərbaycanı deyil, həmçinin regionda dayanıqlı sülhün və inkişafın bərqərar olması üçün çalışan bütün maraqlı tərəflər və nizamlayıcı missiya daşıyan beynəlxalq qurumları narahatlıqla izlədik.

Ermənistanda Qarabağla bağlı danışıqlardan çox az məlumatlı insanın olmasını etiraf edən yeni hökümətin danışıqlarda sabiq prezident Levon Ter-Petrosyanın məsləhətlərindən istifadə etməsi və ya sabiq prezident Serj Sarkisyanın xüsusi nümayəndə olaraq iştiraki təklifi səriştəsizliyin nümayişi idi. Onu da qeyd edim ki, danışıqlarda sabiq prezident Serj Sarkisyanın və ya adminstrasiyasının məlumatlı nümayənələrinin cəlb olunması ölkə daxili hər gün daha çox kəskinləşən siyasi konfrontasiya üzündən mümkün olmadı.

Bu məqamlar beynəlxalq münasibətlərdə, ümumiyyətlə, səriştəsiz Paşınyan və hökumət üzvlərinin istər Ermənistan daxili, istərsə də xarici görüşlərdə münaqişənin həllinə dair beynəlxalq hüquq və Helsinki Yekun Aktının təməl prinsiplərinə zidd, ATƏT-in Minsk Qrupu prosesin mahiyyətinə ziddiyyət təşkil edən bəyanatlar verməsi ilə nəticələndi.

Məsələn, Davos forumunda xarici jurnalistin Paşınyana ünvanladığı Minsk Qrupu həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdikləri əlavə elementləri haqqında sualına reaksiyası Ermənistanın artıq 7 aydır yeni baş naziri olan şəxsin danışıqların bu mərhələsindən və təklif olunan elementlərdən ümumiyyətlə xəbərsiz olması kimi biabırçı bir reallığını ortaya çıxardı.

Eyni səriştəsizliyi həmçinin yeni hökumətin digər üzvləri nümayiş etdirdilər. Paralel olaraq yeni baş nazir və hökumət üzvləri öz səriştəsizliklərini daxili auditoriyaya oynanılan “danışıqların formatının dəyişdirilməsi və ya Dağlıq Qarabağın tərəf olaraq prosesə qoşulması” kimi siyasi blef və agressiv ritorika ört basdır etməyə çalışırlar.

Martın 29-da Vyanada keçirilən Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ilk rəsmi görüşü və Dağlıq Qarabağ münaqışəsinin nizamlanması ilə bağlı müzakirələrin gündəliyi, bütün bu fikirlərin Paşınyan hökumətinin siyasi blef və uydurması olduğu reallığını sübut etdi. Aydın oldu ki , yeni hökümətin Dağlıq Qarabağ konfliktinin həllinə dair yanaşması, erməni milli maraqlarına xəyanətdə günahlandıraraq devirdiyi Sarkisyan hökumətinin mövqeyindən heç nə ilə fərqlənmir, bu isə Ermənistan cəmiyyətinə soyuq duş effekti yaratdı.

Yeganə Hacıyeva,

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert,

03.04.2019

Yegana Hajiyeva

Read Previous

Bir ilə 1.5 milyard avro — Avropa İttifaqı Paşinyanların korrupsiya mexanizmini ifşa edir

Read Next

Diqqət Azərbaycan üzərində “Focus”lanırsa

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir