Breaking News :

nothing found
18 October 2019

Avroittifaqla saziş məsələsində ermənilərin ortaya atdığı bir düşmən fikrə Azərbaycanda tərəf çıxanlar var

Son zamanlar Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq Tərəfdaşlıq Sazişi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Xüsusilə erməni mediası və siyasi dairələri belə rəy formalaşdırmağa çalışırlar ki, güya Azərbaycan sözügedən sazişin imzalanmasında maraqlı deyil, bilərəkdən bu prosesi yubadır.

Bu proses ətrafında ciddi manipulyasiyalara başlanıb: “Öncəliklə sazişin imzalanması ilə bağlı prosesin son il üçün gedişatında kiçik bir ekskurs etmək istəyirəm. Bilirsiniz ki, 2018-ci il Azərbaycan Prezidenti İlham Əliyevin istər Avropa İttifaqının mərkəzi siyasi, iqtisadi və təhlükəsizlik təsisatları, istərsə də strateji üzv ölkələrinin rəhbərləri ilə keçirdiyi görüşlər, imzalanan yeni sənədlər Azərbaycanın Aİ ilə münasibətlərini daha da möhkəmləndirdi və nəticə olaraq bu il Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri üzrə danışıqlar yekunlaşdı, buna dair baza sənədi iyilun 11-də ayında paraflandı”. Politoloqun sözlərinə görə, ardınca bu ilin payızında, oktyabrın 29-dan Bakıda Azərbaycanla Avropa İttifaqı arasında təhlükəsizlik üzrə ilk dialoq başlandı: ”Azərbaycan hökümətinin Avropa Xarici Tədbirlər Xidməti baş katibinin müavini Jan Kristof Belardın başçılıq etdiyi Aİ nümayəndə heyətinin iştirakı ilə apardığı bu dialoq danışıqları daha ciddi mərhələyə keçirdi. Avropa İttifaqı və Azərbaycan arasında təhlükəsizlik üzrə dialoqunda tərəflərin ikitərəfli və çoxşaxəli təhlükəsizlik məsələlərinin müzakirəsi baş tutdu. Dialoq enerji təhlükəsizliyi, miqrasiya, sərhəd, insan alveri, transmilli cinayətkarlıq, narkotrafik və çirkli pulların yuyulması, aviasiya, nəqliyyat-logistika və əlbəttə, terrorizm və konfliktlərin həlli sahəsində təhlükəsizlik müzakirələri apardı. Aİ qitələrarası strateji keçid regionu olan Cənubi Qafqazda sülhün bərqərar olunmasında maraqlı tərəf olsa da, məhz bu regionda təhlükəsizliyin və dayanıqlı sülhün bərqərar olunması üçün hər hansı birbaşa təsir mexanizmlərinə malik deyil. Lakin Aİ bu regionda dayanıqlı sülhün əldə olunması üçün Ermənistana təzyiq və təsir vasitəsi kimi istifadə oluna biləcək informasiyalara, diplomatik və iqtisadi rıçaqlara malikdir. Azərbaycan isə haqlı olaraq strateji tərəfdaşlarından, xüsusilə enerji təhlükəsizliyində rol aldığı strateji tərəfdaşı Aİ-nin regionda beynəlxalq hüquq və normaların bərqərar olunması, dayanıqlı sülh və inkişafın əldə edilməsi istiqamətində malik olduğu bütün təsir və təzyiq vasitələrini istifadə etməsində israrlıdır”. Yeganə Hacıyeva hesab edir ki, Avropa İttifaqı Azərbaycanla təhlükəsizlik məsələlərini iki istiqamət üzrə Aİ-Azərbaycan və Aİ – Cənubi Qafqaz kontekstindən qurmaqda maraqlıdır və Aİ Cənubi Qafqazda ölkələrlə münasibətlərini birinin diğərini qıcıqlandırmamaq istiqamətində qurmağa maksimum çalışır. Azərbaycan üçün Aİ ilə münasibətlərin nüvəsini əldə olunmuş razılaşmaların ərazi bütövlüyümüzün bərpa olunmasına xidmət etməsi, konfliktin həllində real irəliləyişlərin əldə olunması təşkil edir və Azərbaycan, bütün istiqamətlərdən olduğu kimi, Aİ ilə münasibətlərində də tərəflərin imkanlarını ümumi problemlərə, konkret olaraq isə konfliktin həllində istifadə olunmasında və ən əsası, bu yanaşmanın sazişin bəndlərində ifadə olunmasında israrlıdır. Çünki regionda mövcudluğu və maraqlı olan hər bir qlobal güc mövcudluğunun legitimləşməsi istiqamətində, regionda sülhün bərqərar olunmasında məsuliyyəti bölüşməli və beynəlxalq hüququn və ədalətin bərpası üçün səylərini əsirgəməməlidir”.

Politoloqun sözlərinə görə, bir neçə gündür istər erməni mediasında, istərsə də onların Avropa qurumlarındakı uzantıları və deşifrə olunmuş agentlərin təqdimatında “Azərbaycan Aİ sazişindən Dağlıq Qarabağ konfliktindəki pozisiyasına görə imtina edir” propoqandası aparılır: “Eks səfır Arif Məmmədovun təxribatçı məlumatı əsasında yerli mediada Avropa Birliyi – Azərbaycan münasibətləri haqqında cəmiyyəti çaşdıracaq, həqiqətə uyğun olmayan rəylər gedir. Nəticə olaraq qeyd edim ki , Avropa Birliyi – Azərbaycan münasinətlərinin təməl prinsipi Beynəlxalq hüquqa söykənir və Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Müəyyənləşməyən kimi göstərilməyə çalışılan Avropa Birliyi – Azərbaycan münasibətlərin əməkdaşlıq prioritetləri haqqında danışıqlar hələ keçən il başa çatıb. Əməkdaşlığın prioritetləri sənədi hələ keçən il iyulun 11-də Brüsseldə Federika Mogerini və Elmar Məmmədyarov arasında Avropa İttifaqının prezidenti Donald Tusk və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. May ayında imzalanması palnalaşdırılan sənəd Strateji Tərəfdaşlıq Sazişidir. Sazişdə Azərbaycanın ərazi bütövlüyü tanınır və dəstəklənir

Yeganə Hacıyeva,

Beynəlxalq Hüquq və Münasibətlər üzrə ekspert,

13.04.2019

Yegana Hajiyeva

Read Previous

Diqqət Azərbaycan üzərində “Focus”lanırsa

Read Next

Beynəlxalq təşkilat, yoxsa selektiv cəza aləti?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir