Breaking News :

nothing found
14 November 2019

Gürcüstan prezidentinin natamamlıq kompleksi…

Bu ilin fevral ayında Gürcüstan prezidentinin Azərbaycana səfərindən sonra qonşu dost ölkədə Azərbaycan Gürcüstan sərhədlərin delimitasiya və demarkasiyası mövzusu ətrafinda yüksələn tendensiya ilə “maraqlı” bir təbliğat gedir.

Gürcüstan keçirilən son seçkilərlə konstitutsiya edilən dəyişikliklərdən sonra ölkəsində sadəcə nominal president olan Salome Zurabişvili qanunvericiliyə görə ölkə sərhədlərinin delimitasiya və demarkasiyası istiqamətində istər təşəbbüsçü kimi , istərsə də icraçı kimi heç bir səlahiyyəti olmasa da , Azərbaycanla Gürcüstan sərhədlərin delimitasiya və demarkasiyası mövzusunu sanki ölkəsinin xarici siyasətinin priorotet mövzusu qədər aktual saxlayır.

Belə ki , ölkə qanunvericiliyinə görə bu məsələ ətrafında qərarvermə və icra səlahiyyəti Gürcüstanın baş naziri və dövlət sərhədinin delimitasiya üzrə komissiyanın tabeliyində olan bir məsələdir.
Belə olan halda Gürcüstanın yeni, keçmişdə xarici siyasət xidmətində görkəmli postlara yiyələnmiş nominal prezidentinin ölkəsinin strateji tərəfdaşı Azərbaycana ilk səfərində , qonşu dost ölkə ilə sərhədlərin delimitasiya və demarkasiyası mövzusu ətrafinda başlatdığı müzakirə və bunun ardınca ölkəsində yüksələn tendensiya ilə davam etdirdiyi bu mövzu Salome Zurabişvili və onu dəstəkləyən siyasi qrupu tərəfindən ölkə daxili təbliğatda alət kimi istifadə etməsi heç bir şübhə doğurmur.

Əgər xanım Zurabişvilinin ölkəsinin sərhədlərinin təhlükəsizliyi mövzusunda narahatçılığı varsa , məntiqlə bunu diğər daha “həssas qonşularla sərhəd” mövuzusunda , ölkəsinin pozulmuş ərazi bütövlüyü istiqamətində ifadə və nümayiş etdirmək yerinə düşərdi.
Çünki Gürcüstanın 4 qonşu dövlətlə sərhədindən məhz elə ən təhlükəsizi , strateji tərəfdaşı olan Azərbaycanladır..
Əlbətdə bu mövzu ətrafında , iki dost ölkə arasında sərhəd məsələləri ətrafında gərginliyin artmasına yönəlik fəaliyyətlər həmişə mövcud olmuşdur və fikirimcə bu yolverilməzdir.

İstər Gürcüstanda , istərsə də Azərbaycanda cəmiyyət bu tip fəaliyyətləri həmişə narahatlıqla izlənmiş və bu məsələdə xoşməramlı və konstruktiv bir məcrada müzakirələr aparılması tərəflərin prioritet seçimi olmuşdur.

Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesi 1996-cı ildə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyanın yaradılması ilə başlamış, komissiyaları səviyyəsində Gürcüstan və Azərbaycan arasında mövcud dövlət sərhəd xəttinin 66% -300 km-ə yaxın sahə razılaşdırılıb və təsvir olunub, 34 % – 146 km  seqmentlərin razılaşdırılması məqsədi ilə danışıqlar davam edir.

Yeganə Hacıyeva ,
Beynəlxalq Hüquq və münasibətlər üzrə ekspert.
26.03.2019

Yegana Hajiyeva

Read Previous

Ermənistan ABŞ vergiödəyicilərini necə aldadır? – “Washington Times”dan ifşaedici yazı

Read Next

Siyasiləşmiş qlobal iqtisadi həyat…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir