Breaking News :

nothing found
13 December 2019

Siyasiləşmiş qlobal iqtisadi həyat…

Son illərin dünya iqtisadiyyatının inkişaf mərhələsinin ən vacib elementlərindən biri beynəlxalq səviyyədə iqtisadi həyatın siyasiləşməsidir. Qlobal səviyyədə bazarların iqtisadi qanunlara zidd olaraq siyasi qanunlara getdikcə daha çox itaət etməsi trendini müşahidə etməkdəyik.
Məsələn Yaxın Şərqdə idarə olunan mövcud gərgin vəziyyətin qlobal iqtisadiyyata neqativ təsiri fonunda davam edən böhranın, qısa bir zaman kəsiyi üçün neftin qiymətinin yarıya qədər ucuzlaşdırması qlobal iqtisadi həyata siyasi qərarların təsirinin təzahürü idi.

Onu da qeyd etmək lazımdır ki , məhz bu proseslər neft ixracatçısı ölkələrinin hökümətləri üçün səmərəli iqtisadi , sosial və aqrar sahənin inkşafına təkan verəcək çevik və effektiv iqtisadi siyasətin yürüdülməsi istiqamətində, bir növ idarəçiliyin keyfiyyətinin dəyərləndirilməsi üçün bir test imkanı oldu.

Neft ixracatçısı ölkələrindən biri kimi Azərbaycan heç şübhəsiz bu idarə olunan mövcud gərgin vəziyyətin qlobal iqtisadiyyata neqativ təsiri fonunda neft gəlirlərinin kəskin azalması ilə mürəkkəb xarici iqtisadi mühitin ölkə iqtisadiyyatına minimal təsiri göstərdiyi və hökümətlərin önləyici addımlarının pozitiv nəticələr verdiyi ölkələrdəndir . Hər yeni şərait yeni imkandır fəlsəfəsindən çıxış edərək , böhranın təsirlərin minimallaşdırılması məqsədində Prezident İlham Əliyevin rəhbərliyi altında hökümətin iqtisadiyyatın və cəmiyyətin həyatını əhatə və siraət edən bütün sahələrdə neqativ təzahürlərin cari və prespektiv risklərinin zamanında dəyərləndirilməsi , idarə olunması və zərərsizləşdirilməsi neft ixracatçısı Azərbaycanda dövlət , hökümət və cəmiyyət münasibətlərində məmnunluğun dərinləşməsi , qarşlıqlı güvən və etibarlılığının artması ilə nəticələndi.

Böhranın ilk illərində hökümətin Milli iqtisadiyyatın əsas sektorlar üzrə işlənmiş Strateji yol xəritələri üzrə , makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsinə , əlverişli biznes və investisiya mühiti yaradılmasına, sahibkar hüquqlarının müdafiəsi imkanlarının yaradılması, qorunması və inkşafına , sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının sadələşdirilməsinə səbəb olan fəaliyyət planı səmərəli nəticələr verdi.

Ölkədə bank və maliyyə sisteminə etibarlılığının və güvənin artmasına yönəlik sistemli fəaliyyət , normativ hüquqi bazanın təkmişləşdirilməsi və bu yeni hüquqi şərtlərin əsasında vətəndaşların maarifləndirilməsi istiqamətində informasiya-məsləhət xidməti şəbəkələrinin yaradılması və s. kimi yeni standartların tətbiqi həyata keçirilməkdədir.
Milli iqtisadiyyatın əsas sektorlar üzrə Strateji yol xəritələri ilə iqtisadi və sosial sahədə hədəflərin müəyyənləşdirilməsi və bu hədəflərin həyata keçirilməsi üçün formalaşdırılmış yeni səmərəli sosial iqtisadi model bu gündək yaradılmış baza əsasında və ən əsası həyata keçirilən islahatların davamı olaraq aparıldı. Bu model həssas qrupa aid vətəndaşa sosial müavinət , diğər qruplara isə müxtəlif sosial müdafiə sistemi-paketləri tətbiqi ilə müşət olundu.

Bir neçə il öncə ölkədə qeyri neft sektorunun xüsusi ilə , aqrar sənayenin inkşafında üçün hökümətin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, kənd təsərrüfatının inkişafı sahəsində xüsusi maliyyə agentlikləri , Avropa İttifaqı ilə Avropa Qonşuluq Siyasəti çərçivəsində və Dünya Bankının dəstəyi ilə aqrar sahənin inkişafı və rəqabət qabiliyyətliliyi strategiyasına uyğun həyata keçirdiyi irimiqyaslı layihələrin qeyri-neft sektorunun inkişafına verdiyi töhvə isə danılmazdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu islahatların dərinləşməsi Azərbaycanın Qərbin siyasi, iqtisadi və təhlükəsizlik dairələri ilə münasibətlərinin dərinləşməsinə, Qərbin əsas iqtisadi tərəfdaşına və Avropanın strateji enerji və nəqliyyat layihələrini dəstəkləyən güvənli strateji tərəfdaşa cevirmişdir.

Qərb ölkələri Cənubi Qafqazın güc mərkəzinə çevrilən, iqtisadi inkişaf edən , qlobal və regional əhəmiyyətli enerji , nəqliyyat və mədəniyyət layihələri reallaşdıran və Avropanın enerji təhlükəsizliyi xəritəsini formalaşdıracaq yeni layihələrin təşəbbüskarı kimi çıxış edən, geostrateji coğrafi mövqeyə malik Azərbaycanla münasibətlərin inkşafında maraqlıdır.

Yeganə Hacıyeva, 

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert.

01.05.2019

Yegana Hajiyeva

Read Previous

Gürcüstan prezidentinin natamamlıq kompleksi…

Read Next

Amnesty İnternationalın missiyasının gözlə görsənməyən tərəfləri…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir