Kaliforniya ştatı Zəngəzur Dəhlizinə qarşı , erməni lobbisinin məkirli planları..
Bu günlərdə , UEFA Avropa Liqasının 29 mayda Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin təhlükəsizlik və sabitliyin tam şəkildə təmin olunduğu ölkəmizə aid anlaşılmayan və təəcüblü səyahət tövsiyələri paylaşdı.
Böyük Britaniya XİN-i öz vətəndaşlarına çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edən , Birinci Avropa oyunları, Dördüncü İslam Həmrəylik Oyunları keçirən , ard ardına bir neçə ildir Formula 1 Bakı Qran Prisi keçirən və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə “Qarabağ” – “Çelsi” futbol oyununa ev sahibliyi etmiş Azərbaycan haqqında narahat edici çalarlarda tövsiyyələr etmişdir.
Burda onu xatırladım ki , Böyük Britaniyanın XİN – in öz futbol komandalarının İngiltərədən kənarda keçirilən istənilən maçtda çılğın ingilis azarkeşlırinin iştirakına görə narahatçılığı və bu narahatçılığın üzərindən öz dəlisov ingilis azarkeşlərini sakitləşdirmək məqsədı ilə narahatedici tonlarda tövsiyyələr vermək adət ənənəsi var.
Uzaga getməyək , 2016 ci ildə Böyük Britaniya XİN- i UEFA- 2016 liqası çərçivəsində Rusiya İngiltərə matçı öncəsi öz vətəndaşlarına etdiyi xəbərdarlıqda onları Avropanın ən sakit şəhərlərindən biri Marseldə ehtiyatlı olmaq və terror hücumlarından qorunmağ haqqında tövsiyyə etmişdir.
Marsel şəhərindəki “Velodrom” stadionunda keçirilən İngiltərə və Rusiya komandalarınin qarşılaşmasından sonra aydın oldu ki, oyunda İngilis azarkeşləri deyil , diğər azarkeşlər və Marsel şəhəri bütövlükdə ingilis azarkeşlərinin hücumuna məruz qaldı.
Oyundan sonra heç heçə hesabından mütəəsir olan ingilis azarkeşləri rəqib komandanın azarkeşlərinə və şəhər sakinlərinə hücum etdi, nəticədə bir neçə saat davam edən və kütləvi iğtişaş səviyyəsinə çatan hadisələrdə asayişin təmin olunması üçün fransiz polisinin antiterror qrupları cəlb olundu.
Gecənin yarısına qədər davam edən bu iştişaşı Marsel polisi port Marsel adlanan küçədə müqavimət göstərən sərxoş ingilis azarkeşlərini və onların təhriki ilə iştirakçı olan rus azarkeşlərini tək tək həbs etməklə sakitləşdirdi.
Nəticədə 200 ə yaxın rus, minə yaxın isə ingilis azarkeşi saxlanıldı.
Azərbaycanda isə 2017 ci ildə UEFA Çempionlar Liqası çərçivəsində “Qarabağ” – “Çelsi” futbol oyununa ev sahibliyi edən Bakıda matçı izləmək məqsədilə ölkəmizə gələn ingilis turustləri özləri və çoxsaylı digər əcnəbi ölkə vətəndaşları ictimai asayişin necə təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti mövcudluğuna şahidlik etdilər və belə böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnunluğunu ifadə etdilər.
Odur ki , Böyük Britaniya XİN də daxil olmaqla diğərlərinin də idmana aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq bu tip mülahizələrini beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmasını qeyri ciddi qəbul etmək lazımdır.
Lakin onuda qeyd etmək yerinə düşər ki , Böyük Britaniya XİN in bu bəyanatı Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniya aparmasına rəvac verir və bu matç baş tutana qədər davam edəcək.
Yeganə Hacıyeva ,
Beynəlxalq münasibətlər üzrə ekspert,
13.05.2019.