
AB bir neçə regionda ümumi maraqlara xidmət edən strateji tərəfdaşlarına münasibətlə, yenə də bu regionlarda ümumi maraqlara ziyan vuran ölkələrlə münasibəti eyni dərəcədə neytral şəkildə qorumaq istəyi birliyin “Şərq tərəfdaşlığı” proqramının ümumiyyətlə mövcudluğunu şübhə altına alır.
Bildiyiniz kimi Brüsseldə “Şərq tərəfdaşlığı” proqramının on illiyi ilə bağlı samit keçirildi. Üzv ölkələrin iştirakı ilə sammitin yekunlarına dair təntənəli imzalanmalı olan bəyannamə təxirə salındı . Belə ki, “Şərq tərəfdaşlığı” ölkələrinin XİN ləri sənədi imzalamadılar, sənədi ancaq Avropa İttifaqi diplomatiyasının rəhbəri xanım Federika Mogerini imzaladı.
Şərq tərəfdaşlığı” proqramı ölkələri sammitin yekununa dair sənədə yüksək status verməməyi qərara aldılar. Şərq tərəfdaşlığı proqramının on illiyi ilə bağlı samitin yekunlarina dair bəyannamənin imzalanmmasının səbəbi , iştirakçı dövlətlərdən bir neçəsinin sənədin mətni ilə bağlı irəli sürdüyü iradlar oldu. Belə ki, Azərbaycanın tərəfi AB – nin” Şərq tərəfdaşlığı” proqramının on illiyi ilə əlaqədar bəyannaməyə , ölkələrin ərazi bütövlüyü məsələsinin daxil edilməsi şərtini, Ukrayna və Gürcüstan tərəfi isə “Şərq tərəfdaşlığı”nın ayrı-ayrı üzvlərinin Avropaya inteqrasiyası cəhdlərinə dair istinadların olmaması ilə bağlı iradlar bildirdilər . Xüsusi ilə Azərbaycanın qaldırdığı ərazi bütövlüyü məsələsinin mətnə daxil edilməsi diğər üzv ölkələr Ukrayna və Gürcüstan tərəfindən də alqışlandı və dəstəkləndi. Eyni yanaşma AB üçün Şərq tərəfdaşlığı” proqramı üzv ölkələrinin Avropaya inteqrasiyası cəhdlərinə nəzərə alınmaması üçün də keçərli oldu. Belə ki, Gürcüstanın hüquq məhkəmə sahəsində əldə etdikləri nəaliyyətlər və s. nəzərə alınmadan proqramın diğər üzvü, sifarişli məhkəmə qərarları ilə çirkli məhkəmə sistemi malik olan Ermənistanla eyni standartlarla yanaşılması və s bildirilən iradlar sırasına aid idi. Ən strateji məsələ isə Azərbaycan və Ukraina ilə bağlı həssas ərazi bütövlüyü mövzusundan yan keçmək istəyi AB Şərq tərəfdaşlığı” proqramının on illiyi ilə bağlı bəyannamənin sənəd kimi yüksək statusunu endirən məqamlar oldu.
Buna səbəb isə AB bir neçə regionda ümumi maraqlara xidmət edən strateji tərəfdaşlarına münasibətlə, yenə də bu regionlarda ümumi maraqlara ziyan vuran ölkələrlə münasibəti eyni dərəcədə neytral şəkildə qorumaq istəyidir.
“Biz buna təxminən, “nə şiş yansın, nə kabab” yanaşması deyə bilərik. Bu yanaşma “Şərq tərəfdaşlığı” proqramının ümumiyyətlə mövcudluğunu şübhə altına alır.
Nəticə olaraq isə „Şərq tərəfdaşlığı” proqramı ölkələri sənədə yüksək status verməməyi qərara aldılar .
AB ölkələrinin liderləri Birlik rəhbərliyi ilə birlikdə Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin bu gün təşkil edəcəyi konfransda “Şərq tərəfdaşlığı”nın gələcəyini müzakirə edəcəklər.
Bunu da qeyd etmək lazımdır ki , ümumiyyətlə bu sənəd hər hansı bir hüquqi yükü olmayan , sıradan ənənəvi tədbirlər sonrası protokollaşdırma məqsədi ilə razılaşdırılmış bəyannamə sənəd idi. Lakin ümumilikdə gedən proseslər Şərq tərəfdaşlığı proqramının fəlsəfəsi olan qarşılıqlı faydalılıq ruhuna zidd gedir.
Yeganə Hacıyeva ,
Beynəlxalq münasibətlər üzrə ekspert,
14.05.2019.