Breaking News :

nothing found
14 November 2019

Prezidentin Brüssel zəfəri…

Aİ üçün Azərbaycanla möhkəmlənən münasibətlər Aİ ni strateji Cənubi Qafqaz regionunda möhkəmlənməsinə xidmət edən məqamlardır..

Prezident İlham Əliyev və Azərbaycanın nümayəndə heyətinin Brüssel səfəri və səfər çərçivəsində  mayın 13-də  Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilmiş görüşdə iştirakı və səfər ərəfəsi keçirdiyi bütün görüşlər ümumilikdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr və bu əlaqələrin inkşafına xidmət edən səfər oldu.

Prezident İlham Əliyevin Brüssel səfərin gündəliyi ümumlikdə Azərbaycan dövlətinin  maraqları və Aİ ilə münasibətlərin  bərabərhüquqlu tərəfdaşlıq prinsipləri çərçivəsində inkişaf etməsi , ən müxtəlif sahələri əhatə edən əməkdaşlığın mövcud imkanları və perspektiv inkşafları haqqında müzakirələr və  təşəbbüslərlə müşayət olundu.

Səfər həmçinin  Azərbaycan-Aİ münasibətlərində mühüm mərhələnin başlanğıcı olacaq və tərəflər arası münasibətlərin  yeni hüquqi əsası kimi nəzərdə tutulan yeni  saziş və onun Azərbaycanın milli maraqlarına xidmət edən bir sıra  detalların müzakirəsi üçün nəzərdə tutuldu. Yeni sazişin detalları ətrafında əsas müzakirə mövzusu enerji və ticarət məsələləridir.

Bu mövzular ətrafında aparılan müzakirələ nəqliyyat, logistika, tranzit imkanlarından daha geniş istifadə  edilməsi ilə bağlı təkliflərlə müşaət olundu. Aİ və Azərbaycan arasında mövcud və gələcək əməkdaşlığın prioritet sahəsi kimi , tərəflərin  ticarət imkanlarının araşdırılması, təhlili və tərəflər arasında ticarət dövriyyəsinin, ixracın artırılması, Aİ-Azərbaycan arasında qarşılıqlı investisiyaların həcminin artırılmasını kimi mövzuların müzakirəsi aparıldı.

Aİ üçün Azərbaycan Cənubi Qafqazın regionun açar ölkəsi və Avropa qitəsinin  enerji təhlükəsizliyində böyük rol oynayan dövlətdir. Avropa İttifaqı ikitərəfli münasibətlərdən kənarda ,   həm də Cənubi Qafqaz regionda özünün dayanıqlı mövcudluğuna xidmət etdiyi üçün  Azərbaycanla  hərtərəfli dərin münasibətlərin yaranmasında, əlaqələrin formalaşmasında maraqlıdır.

Birmənalı olaraq Aİ üçün Azərbaycanla möhkəmlənən münasibətlər Aİ ni strateji Cənubi Qafqaz regionunda möhkəmlənməsinə xidmət edən məqamlardır.

Avtopa İttifaqı  Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir , Azərbaycana münasibətdə Beynəlxalq hüququn bərpasında maraqlıdır və  bu məqamlar qəbul olunmuş ikitərəfli sənədlərdə  əksini tapıb.

Buna misal olaraq , 2018-ci ildə Prezident İlham Əliyevin Avropa İttifaqının mənzil qərərgahına səfəri zamanı paraflanmış Tərəfdaşlıq prioritetləri adlı sənəddə Aİ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə etmişdir.

Bu xüsusda  Ptezident İlham Əliyevin Avtopa  Şurasının Prezidenti Donald Tuskla görüşünün xüsusi əhəmiyyətli adlandırmaq olar.

Avropa  Şurasının prezidenti Donald Tuskla görüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi və bu prosesdə tərəflərin – Aİ və Azərbaycanın mövcud  imkanları və rıçaqlarının istifadəsi imkanları haqqında geniş müzakirələr aparıldı.

Yeganə Hacıyeva, 

Beynəlxalq Hüquq və münasibətlər üzrə ekspert , 

18.05.2019

Yegana Hajiyeva

Read Previous

ABŞ-İran qarşıdurması region və qonşu dövlətlər üçün nələri vəd edir

Read Next

İnsan haqqlarından xəbərsiz Amnesty İnternational…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir