Breaking News :

nothing found
13 December 2019

Ucuz oyunçunun reklamı…

Azərbaycanın  regionlar və qlobal səviyyədə  sabitlik və inkişafın təmin edilməsi yollarının müzakirəsi üçün platforma rolunu oynamaqla dünyada sülhün və əminamanlığın bərqərar olmasına  öz töhhfəsini vermək adət ənənəsi var.

Uzun illərdir ölkəmiz sülhpərvər və humanist  dövlət ənənəsinə sadiq olaraq, çoxsaylı beynəlxalq və regional formatlarda idman, mədəniyyət yarışlara  ev sahibliyi edir.  Ölkəmiz təkcə bayram ab-havası ilə müşaət olunan yarışlara deyil , həmçinin  planetimizin  qaynar ocaqları, konfliktli situasiyalarla üzləşən ölkələr və belə konfliktli situasiyaların həll və idarə olunmasında marağı olan tərəflər üçün beynəlxalq humanitar, siyasi, iqtisadi, hərbi və təhlükəsizlik qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərə də evsahibliyi edir.

Məsələn , Avroviziya musiqi yarışması, Birinci Avropa Oyunları,İslam Həmrəyliyi Oyunları kimi bayram ab-havalı  tədbirlərlə paralel,dünyanın qaynar ocaqlarından olan Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun müxtəlif ölkələrin və beynəlxalq hərbi və humanitar təşkilatların çoxlu sayda nümayəndəsinin qatıldığı toplantısına – “Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakı görüşünə” evsahibliyi etişdir.

Həmçinin  Azərbaycan  NATO və Rusiya komandanlarının Yaxın Şərq və Mərkəzi Asiya üzrə məsələlər barədə müzakirəsinə üç dəfə evsahibliyi etməklə planetimizdə sülhün və əminamanlığın bərqərar olması üçün qlobal  güclərinin hərbi rəhbərliklərinin   qarşılıqlı mövzuların müzakirə üçün sülhpərvər platforma rolunu oynamışdır.

Bu proseslər isə ənənəvi olaraq Şərqlə Qərbin kəsişməsində  mədəniyyətlər və dinlərası körpü rolunu oynayan, mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılmasında təşəbbüskar  olan kiçik Azərbaycanın böyük uğurlarından narahat olan Qərbdəki ənənəvi anti-Azərbaycan dairələrinin , ərazimizin 20 % ni işğal etmiş Ermənistan və onun qərbdəki havadarlarının ölkəmizə qarşı  çirkin kampaniyaları ilə müşaət olunmuşdur.

Bu günlərdə hamılıqla müşahidə etdiyimiz  növbəti qarayaxma kampaniyası mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlıdır.

Mayın 29 da Bakıda  UEFA Avropa Liqasının finalında  İngiltərənin iki  futbol klubu Chelsea və Arsenal klubları qarşılaşacaq.

İdman yarışlarının kütləviliyi və bu yarışlarla bağlı xəbərləri müxtəlif cooğrafiyalarda, medialarda  səxavətlə işıqlandırılması,  keçirildiyi ölkələrə  böyük maliyyə vəasitləri gətirməsi  belə yarışları  həmişə  müxtəlif  siyasi və iqtisadi  lobbi qrupları  üçün cazibədar etmiş və bu kütləvi yarışmalar bu qrupların  müxtəlif  çirkin məqsədlərinin  ictimai və siyasi lobbiçiliyi üçün alət olaraq istifadə edilmişdir.

 Məsələn , UEFA Avropa Liqasının Bakıda keçirilən finalında  oynayacaq ingilis komandalarından birinin erməni əsilli oyunçusu Mxitaryan  Ermənistan dövlətinin  „drijor”lugu ilə  final oyununu  çörəyini yediyi ingilis komandasının idman maraqlarına uygun deyil  öz təcavuzkar dövlətinin siyasi  maraqlarına xidmət etməklə Bakıya gəlməkdən imtina etdi. O bunu təhlükəsizlik baxımından izah etdi. Mxitaryan Azərbaycan dövlətinin təhlükəsizliyinə qızıl zəmanət verdiyi , UEFA nın bu zəmanəti təsdiqlədiyi halda belə Bakıya gələrək komanda yoldaşları ilə oyunda iştirak etməkdən imtina etdi.

Qərbdəki Anti Azərbaycan dairələri və onların media resursları futbolçudan  daha çox erməni millətçisi mövqeyi sərgiləyən Mxitaryanın bu absurd yanaşmasını hibrid üsullarla tirajladı, daxildə və xaricdə sosial media üzərindən geniş kütlələrin müzakirəsi üçün sistemli informasiya əməliyyatları ilə  ictimai fikirin manipulyasiyası aparıldı.

Bu mövzu Ermənistan Xarici İşlər Nazirliyinin  Mxitaryanın Bakıya gəlməməsi səbəbini şərh etməsi ilə qapandı. Belə ki,  Xocalıda əli qana batmış, 2 yaşlı körpə körpələrin  qatılı bir dövlətin XİN sözcüsü dünyada mədəniyyətlər arası körpü, tolerantlıq etalonu kimi özünü sübut etmiş  Azərbaycanı və onun sülhpərvər və mehriban cəmiyyətini rassizmdə günahlandıracaq  qədər absurd fikirlər söylədi. Əslində bununla  hamıya bizim çoxdan söylədiyimiz  həqiqətlər aydın oldu və baş verənlər bütün dünyaya  yalançı və saxtakar ermənistan dövlətinin  iç üzü bir daha görsətdi.

Bu informasiyaların  fonunda dünya mediasında birdən birə Arsenalın  Mxitaryanı satmaq haqqında fikirləri yer aldı. Əslində Arsenalın UEFA final oyununda meydanda komanda yoldaşları ilə  oynamaqdan imtina edən,UEFA finalında futbolçu deyil  işğalçı dövlətinin şövinist siyasətçisi perfomansını  sərgiləyən Mxitaryandan “canını qurtarmaq”  istəyi anlaşılandır. Bu həmçinin Arsenala yaxın media və fan klubların Mxitaryanla bağlı  bu proseslərdəki “canfəşanlığını” da izah edir. Bütün bunları biz Arsenalın  öz ücuz “məhsulunu” daha baha getsin deyə reklam kampaniyası təşkil etməsi də adlandıra bilərik.

Bütün bu səs küy isə UEFA Bakı finalı və bu finalı izləmək üçün dünyaca məhşur futbolçular və ya simaların  ölkəmizə təşrif  buyurmasına, finalı izləməyə gələn  30 mindən çox xarici turistə və belə yüksək oyunu öz ölkəsində izləməkdən fərəh hissi keçirən  yerli azarkeşləri narahat etməyəcək və bu final daha öncəki yarışmalar kimi  yaddaşlarda bayram abu-havası ilə qalacaq…

Yeganə Hacıyeva ,

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert.

25.05.2019

Yegana Hajiyeva

Read Previous

İnsan haqqlarından xəbərsiz Amnesty İnternational…

Read Next

Hacı Muradın nəşi üzərindən Azərbaycana qarşı təhlükəli oyun…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir