Breaking News :

nothing found
06 July 2020

Azərbaycana qarşı təhlükəli 4 iyun oyunları…

      Hacı Muradın ruhu  bizə nə xəbər verirdi?

 — Не хабар? — спросил Хаджи-Мурат старика, то есть: «что нового?»

— Хабар йок — «нет нового», — отвечал старик, глядя не в лицо, а на грудь Хаджи-Мурата своими красными безжизненными глазами. — Я на пчельнике живу, нынче только пришел сына проведать. Он знает.(Lev Tolstoy , “Hacı Murad” povesti)

Təxminən bir il öncə, 2018 ci il mayın 28-də mərkəzi Vaşinqtonda mənzillənən qlobal və regional beynəlxalq münasibətlərin görünən və görünməyən tərəflərinin təhlili üzrə ixtisaslaşmış “Foreign Policy” jurnalı Azərbaycanın Qərb üçün hansı səviyyədə əhəmiyyətli olmasını vurğulayan yazı dərc etdi.

“Foreign Policy” Rusiya və Avropa arasında enerji və ticarətin quru ilə nəqli üçün yalnız üç yolun mövcudluğunu: İran, Rusiya və Azərbaycan ərazisinin olmasını, Qərbin Rusiya və İranla bərbad münasibətlərini nəzərə almaqla yüz milyardlarla dollarlıq ticarətinin yalnız bir real marşrut – Azərbaycandan keçməklə mümkün olmasını qeyd etmişdi.

Müəlliflər Ermənistanın Azərbaycanın ərazisinin beşdə birini işğal etməsi faktoruna diqqət çəkərək, Avropanın ticarət nəqliyyatı üçün qalan “nəfəsliyi”nin eni yüzcə kilometrlik bir keçid olan, Gəncə keçidi olmasını göstərirdilər.

Avropa Azərbaycan, Qazaxıstan və Türkmənistandan alınan qaz hesabına, özünün enerji ehtiyatlarından silah kimi istifadə edən Rusiyadan asılılığının azaltmaq niyyətindədir. Hazırda Rusiya və İrandan yan keçərək Avropaya gələn kəmərlərin hər üçü və ən əsası reallaşmaqda olan Avropa Birliyi üçün həyati əhəmiyyətli Cənub Qaz Dəhlizi  Gəncə keçidi adlandırılan enerji dəhlizindən keçməsi nəzərdə tutulur.

Southern Gas Corridor

Bu dəhlizdən təkcə enerji resursları deyil, həm də Qərbi Avropanı Xəzər regionuna birləşdirən optik lifli strateji kabel xətləri, Çinlə Fransanı birləşdirən Avropanın ən uzun avtomobil magistralı- E60 magistralı keçir.

European Route E60

Cənubi Qafqazı Avropa ilə (həm də Mərkəzi Asiya və Çini Avropa ilə ) birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolu da Gəncədən keçməsi keçir.

Bakı-Tbilisi-Qars dəmiryolu

Bir sözlə, yazı Xəzərin enerji yataqlarının Avropaya nəqli uğrunda regional mübarizənin aktivləşdiyi bir məqamda Azərbaycan Avropa üçün yeganə  təhlükəsiz marşrut olması göstərmişdir.

Burda onu əlavə edim  ki, Rusiya ilə İranın sərhədlərində yerləşən Azərbaycanın məhz bu bölgəsi həmişə regionda və Azərbaycanda maraqları olan güclərin diqqətində olub. Zaman-zaman bu bölgəyə yönəlik  silahlı təxribatlar həyata keçirilib.  Məsələn 4 iyun 1993  Gəncə Qiyamı- Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma,  2018 ci il  iyulun 3 də Gəncə şəhərində radikal dini ideoloji qrupların yerli hökumət nümayəndəsinə silahlı hücumu, bir həftə sonra isə bu hücumun zəminində sosial media üzərindən hibrid üsullarla təşkil olunan iğtişaşda iki yüksək rütbəli polis zabitininin öldürülməsi kimi təxribatları göstərə bilərik.

Hələ müstəqilliyimizin ilk illərindən başlayan bu tip təxribatlarla  ümumilikdə ölkənin və deməli , həm də bu marşrutun təhlükəsizliyi və sabitliyi şübhə altına alınması görüntüsü verməyə çalışmışlar.

2019 cu  ilin aprel ayında isə Gəncə keçidi ilə eyni zolaqda, Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş tarixi, memarlıq və dini obyektlərdən ibarət olan Keşikçi Dağı Alban Məbəd Komplekslərinin ətrafında qonşu ölkənin şübhəli siyasi qruplarının “operator”luğunda hibrid texnologiyası və ənənəvi təbliğat üsulları ilə hər iki cəmiyyətlərə yönəlmiş, ölkələrarası gərginlik yaratma cəhdlərinin şahidi olduq.

Bu cəhdlər hər iki dövlət, strateji tərəfdaşlar -Azərabaycan və Gürcüstan rəsmilərinin təmkinli yanaşması ilə “zərərsizləşdirildi”. İki ölkənin rəsmilərindən kənarda dini rəhbərlər və nüfüzlu şəxslər Azərbaycan və Gürcüstan arasında ciddi problemin yaranmasına çalışan kənar qüvvələrin mövcudliğu haqqında fikirlər bildirdilər. Qonşu Gürcüstanın patriarxı II İlyanın Keşikçi Dağı Məbəd Kompleksi ilə bağlı fikirləri buna nümunədir.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin  2019-cu il üzrə hesabatında bu hadisənin Gürcüstan-Azərbaycan sərhədində vəziyyətin saxtalaşdırılması ilə dağıdıcı kampaniya aparmasını  ilə strateji tərəfdaşlıq əlaqələrinə malik iki ölkə arasında əlaqələrin zədələnməsi məqsədi güdülməsini bəyan etdi.

2019 cu il iyun ayında Gəncə keçidi zolağında yaxın, Azərbaycanın Qax rayonunun Tanqıt kəndində kimliyi məlum olmayan bir qrupun XIX əsrin ortalarında Qafqaz müharibəsində dağlıların liderlərindən biri olmuş Şayx Şamilin naibi Hacı Muradın güman edilən qalıqlarının icazəsiz olaraq Azərbaycandan çıxararaq Dağıstanın Xunzax rayonunda dəfn edilməsi haqqında məlumatlar ölkə mediasını zəbt etdi.

Hacı Muradın məzarı

Mövzunu xronologiyası ilə belə idi ki, iyun ayının əvvəlində   bir sıra  xarici kütləvi informasiya vasitələri iyunun 2-də Hacı Muradın qalıqlarının onun doğma kəndində – Dağıstanın Xunzax kəndində yenidən dəfn ediləcəyini haqqında məlumatlar getdi.

İlk gündən bu mövzuda diqqət çəkən və düşündürən əsas məqam mövzunun birinci məhz Rusiyada ənənəvi anti -Azərbaycan mövqeyi ilə seçilən və ermənipərəst dairələrə bağlı media orqanlarının yazması və yenə də eyni dairələrə mənsub medianın bu məlumatları tirajlanmasında rolu və xüsusi cənfəşanlığı oldu.  İyunun 3-4 də  isə  sosial medianın Azərbaycan siqmentində  Qax rayonunun ictimai fəallarının Hacı Muradın qəbrinin sinə daşının sökülməsinə şahid olmaları haqqında məlumatlar getdi.

Eyni gündə Dağıstanda lokal mediada, xüsusi ilə internet versiyası sosial media üzərindən populyar olan saytda Dağıstanın Xunzax rayonunun başçısının müavini və mətbuat katibinə istinadən naibin qalıqlarının Dağıstanda yenidən dəfn ediləcəyi ilə bağlı məlumat, həmçinin rayonun rəsmi şəxslərinin dəfndə iştirak etməsi təkzib olundu. Rayon administrasiyasının mətbuat xidməti dəfnin həyata keçirən adamların kimliyi haqqında məlumatlara malik olmamaları haqqında fikirlər söylədi.

Sonrakı müşahidələr  sosial media üzərindən şübhəli səhifələr tərəfindən tirajlanan  “Qafqaz müharibəsinin qəhrəmanının qalıqlarının ekshumasiyası  naməlum bir qrup tərəfindən, hər iki dövlətin rəsmi qurumlarının heç bir icazəsi olmadan həyata keçirilməsinin” olayının əslində  dezinformasiya olmasını aşkara çıxardı.

Bu il iyun 2 də  Dövlət Sərhəd Xidməti  iyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə etməsi haqqında və bununla əlaqədar dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacağı və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacağı haqqında rəsmi məlumat yaydı.

Bölgədəki geosiyasi çətinliklər fonunda Gürcüstan  Azərbaycan  strateji qonşuluq münasibətlərini davam etməsindən narahat olanlar,  davam edən ikitərəfli münasibətlərə birbaşa və ya dolayı yolla müdaxilə və onların qəsdən zədələnməsi üçün davamlı cəhdlər əsirgəməyənlər yenə də iş başındadır.

Hadisələrin gedişatını diqqətlə izləyəcəyik, lakin ilkin olaraq bu olayın da strateji Gəncə keçidi zolağında növbəti 4 iyun tarixinə təsadüf edən yeni bir təxribata cəhd olması haqda şübhələrə ciddi əsas var.

Bütün bunları isə kəskinləşən Rusiya, İran və Qərb münasibətləri fonunda mürəkkəb regional çağırışlarının Qərbin yüz milyardlarla dollarlıq ticarətinin, həmçinin ABŞ prezidenti Donald Trampın məktubunda qeyd edildiyi kimi Orta Asiya enerjidaşıyıclarınının da yalnız bir real marşrutu olan Azərbaycanın adı ətrafında təhlükəsiz və stabil tərəfdaş imicinin pozulmasına yönələn  növbəti cəhdlərindən  biri adlandıra bilərik…

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

04.06.2020

Yegana Hajiyeva

Read Previous

Ucuz oyunçunun reklamı…

Read Next

Fransa məhkəməsinin antierməni demarşı ilə Mehriban Əliyevanın səfəri arasında əlaqə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir