Breaking News :

nothing found
13 December 2019

50 illik qadağanın sirləri…

Bəzi dairələrin Fuad Abbasola bağlı uzunmüddətli planları var və gələcəkdə bunların şahidi olacayıq.

Ukrayna və Rusiyadakı Azərbaycan diasporası üzvlərinin sayı çoxdur və eyni zamanda bu ölkələrdəki diaspora Avropa və Amerikadakı diasporlardan kəskin fərqlənir. Fərq ondadır ki, hər iki ölkədə, həmçinin Pribaltika ölkələrində, Qazaxıstan və Qırğızıstanda diaspor üzvlərinin mütləq əksəriyyəti Azərbaycan Respublikasının keçmiş vətəndaşları olan azərbaycanlılardır. Yəni İrandan olan Cənubi azərbaycanlı, Türkiyədən , İraqdan olan etnik azərbaycanlılar deyil. Bir sözlə, bu kontingent üçün Azərbaycan sadəcə mədəni tarixi vətən deyil, ailə və qohumluq bağlarının, ümumi siyasi düşmən obrazının-ermənilər olduğu, yaxın keçmişdəki siyasi vətənləridir. Başqa ölkələrdə olan diasporada məsələn, ABŞ-da , bir sıra Avropa ölkələrində kimi Cənubi Azərbaycan, Türkiyə hətta Əfqanıstan, İraq, Pakistan azərbaycanlılarının xüsusi çəkisi var. Odur ki, həmin ölkələrdə azərbaycanlılar yaxşı halda yumşaq güc, qismən lobbi gücü ola bilirlər. Amma postsovet ölkələrində, xüsusən Rusiya və Ukraynada azərbaycanlılar həm yumşaq, həm də ciddi lobbi gücü ola biləcək potensialdadırlar. Say göstəriciləri, maddi və intellektual imkanları, üstəlik yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasından olmaları səbəbindən irəli gələn şərtlər buna imkan yaradır”.

Ekspert vurğulayıb ki, lakin bu potensialın tam gücündə real olmasına mane olan qüvvələr var:

“Bir sıra Azərbaycan diaspor quruluşlarının üzvü olan və ya müstəqil fəaliyyət göstərən həmvətənlərimiz bilərəkdən ya bilməyərəkdən onların əlində alətə çevirilirlər. Birmənalı olaraq Azərbaycanın Rusiya və Ukrayna diasporasında bu prosesləri izləməkdəyik. Bunu Fuad Abbasovun adının ətrafında baş verənlərə də şamil edə bilərik”.

Y.Hacıyeva Fuad Abbasovun Rusiyadakı azərbaycanlılar tərəfindən zəif müdafiə olunduğu ilə bağlı iddialara da münasibət bildirib:

“Fuad Abbasovun müdafiəsinin zəif təşkil olunması fikiri ilə razı deyiləm. Bu həbs Azərbaycanda parlament üzvləri, nüfuzlu şəxslər və media orqanları tərəfindən diqqətdə saxlanılır. Azərbaycan Rusiyadakı səfirliyi və şəxsən səfirimiz Polad Bülbüloğlunun bu həbsin ətrafındakı fikirlərini hamımız eşitdik. Səfirlik bu həbsin diqqətdə saxlandığını və hər bir Azərbaycan vətəndaşı kimi Fuad Abbasov məsələsini də izlədiklərini bildirdi. Xaricdə həbs olunan istənilən vətəndaşımızın məsələsi cəmiyyət və dövlət olaraq Azərbaycanın diqqətindədir. Fuad Abbasovun həbsi və onun ətrafında baş verənlər də həmçinin. Lakin istənilən dövlətin miqrasiya şərtləri və qanunları mövcuddur. Bu qanunlar hamı üçün eynidir, istənilən xarici vətəndaş daxil olduğu ölkənin qayda qanunlarına əməl etməlidir, Fuad Abbasov da həmçinin”. Ekspert qeyd edib ki, qalmaqala, nümayişkaranə şəkildə, düşünülməmiş addımlarla bir dövlətin miqrasiya qanunlarının pozulması qəbuledilməz haldır:

“Rusiyadakı diaspora və ya bu ölkədəki çoxluğun Fuad Abbasovu müdafiə etməməsinin bir neçə səbəbi ola bilər. Çünki bu həbsin ətrafında çoxlu açıq suallar var. Hər bir dövlətin özünə məxsus təbiəti, davranış tərzi mövcuddur. Fuad Abbasovun həbsinin görüntüləri məndə belə qənaət yaratdı ki , bu açıq suallardan bəziləri çox ciddi mövzular haqqındadır. Yəni 50 illik qadağa üçün ciddi əsaslar olmalıdır”.

Redaktor.az saytına müsahibə,

08.06.2019

Yegana Hajiyeva

Read Previous

Fransa məhkəməsinin antierməni demarşı ilə Mehriban Əliyevanın səfəri arasında əlaqə

Read Next

H. Hacıyevin Vaşinqton səfəri təsadüf deyildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir