Breaking News :

nothing found
14 November 2019

Azərbaycanın mədəniyyət diplomatiyası, yumşaq güc siyasətinin növbəti uğuru….

Bu gün , İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Liviyanın Qademes  bağlarının və İraqdakı Babil abidələrinin UNESCO nun irs siyahısına daxil edilmişlər.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı iclasını  dünyanın qaynar ocaqlarında tarixi və mədənıyyət abidələrinin qorunması istiqamətində mühüm hadisə, ümumdünya tarixi və mədənıyyəti  abidələrinin qorunması istiqamətində töhfə adlandıra bilərik.  Liviyanın Qademes  bağlarının və İraqdakı Babil abidələrinin UNESCO nun irs siyahısına məhz Bakı iclasında daxil olması həm də çox simvolikdir.

Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir

.

İşğal olunmuş Şuşa şəhərində tarixi memarlıq qoruğunun ərazisində işğalçı vandallar Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidlərini, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksini, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələrini, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evini, ümumiyyətlə qoruq şəhərin şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş əksər yaşayış evlərini, buradakı qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsini, Ağdamda Pənah xanın imarətinı, cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı iclası  işğal olunmuş Azərbaycan ərazilərində mədəniyyət və tarixi abidələrimiz haqqında geniş müzakirələr aparılmışdır.

Ermənistan mediası UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı iclasını neqativ çalarda göstərir, belə yüksək tədbrin Bakıda keçirilməsinə etiraz edirdi. Təhlükəsizliklərinə təminat olmadığını iddiası ilə erməni nümayəndələrinin UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı iclasında iştirakdan imtina etməsi hərbi təcavüz nəticəsində işğal olunmuş Azərbaycan ərazilərdə Ermənistan dövlətinin apardığı vandalizmin ifşasından yayınma cəhdidir.

Heç şübhəsiz UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı iclası və bu iclasda Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasıın UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın mədəniyyət diplomatiyasının, yumşaq güc siyasətinin növbəti uğurudur.

Yeganə Hacıyeva,

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert,

07.07.2019.

Yegana Hajiyeva

Read Previous

Son kadr dəyişiklikləri nəyə XİDMƏT EDƏCƏK? – Ciddi SƏBƏBLƏR VAR

Read Next

Mis çöhrənin məkri….

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir