
NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də Azərbaycan seçildi .
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar apardı.
Daha öncələr də rəsmi Bakı NATO və Rusiya komandanlarının Yaxın Şərq və Mərkəzi Asiya üzrə məsələləri müzakirəsi üç dəfə evsahibliyi etmiş və dünya güclərinin hərbi rəhbərlikləri qarşılıqlı mövzularını müzakirəsi üçün Azərbaycan paytaxtını seçmişlər .
Rəsmi Bakı 2017-ci ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordla görüşünə , 2017ci ilin sentyabr ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valera Gerasimovun NATO Hərbi Komitəsinin rəhbəri , general Petr Pavel Bakı görüşünə və əlbətdə ki , 2018 aprel ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valera Gerasimov NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı , ABŞ generalı Kertis Skaparotti ilə görüşünə ev sahibliyi etmişdir.
Bu görüşlərin hər birindən sonra tərəflər ayrılıqda hər biri Azərbaycan Respublikası Prezidenti İlham Aliyevlə görüşmüşlər görüşdə müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi etmişlər.
Artıq uzun illərdir ki , Azərbaycan sülhpərvər və humanist bir dövlət ənənəsinə sadiq olaraq , çoxsaylı beynəlxalq və regional formatlarda planetimizin qaynar ocaqları üçün , konfliktli situatsiyalar ilə üzləşən ölkələr üçün iştirakçı tərəflər üçün , konfliktli situasiyaların həll və idarə olunmasında maraqlı olan tərəflərin üçün beynəlxalq hümanitar , siyasi , iqtisadi , hərbi və təhlükəsizlik qurumlarının nümayəndələrin iştirak etdiyi tədbirlərə evsahibliyi edir.
Bakı regionlar və qlobal səviyyədə sabitlik və inkişafın təmin edilməsi yollarının müzakirəsi üçün bir platform rolunu oynamaqla dünyada sülhün və əminamanlığın bərqərar olması üçün öz töhhfəsini verir. Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Bu da bir danılmaz həqiqətdir ki, Sülh və dialoq məkanı kimi növbəti dəfə ünvan olaraq Bakının seçilməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amillərdəndir.
Bakıda keçirilən bu tip görüşlərdən 2009 cu ildən formalaşmış Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun müxtəlif ölkələrin və beynəlxalq təşkilatların çoxlu sayda nümayəndəsi qatıldığı toplantısı ” Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun Bakı görüşünü də qeyd edə bilərik.
Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin obyektiv səbəbləri mövcuddur və istər qlobal siyasi , iqtisadi istərsə də hərbi güc mərkəzlərinin cari məsələlər və xüsusi ilə həssas mövzuların müzakirəsi üçün Bakını seçməsi təsadüfi deyil.
Tarixən istər müharibələr , istərsədə siyasi – iqtisadi münaqişədə tərəflərin müzakirə üçün görüşlərini strateji məkanlarda , təhlükəsiz və neytral zonalarda keçirmək adət ənənəsi mövcuddur.
Cənubi Qafqaz Avropa ilə Asiya və Yaxın Şərq region arasında mühüm nəqliyyat dəhlizi olan qitələrarası qovşaq , tampon zona və keçid adlandırdığımız strateji coğrafi regiondur və Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır.
Bu regionda maraqlı istənilən qüvvə Asiya , Avropa və Yaxın Şərq arasında balansı qorumuş olur . Cənubi Qafqazın ən strateji ölkəsi kimi Azərbaycan regionun nüfuzlu iqtisadi, siyasi mərkəzi kimi Azərbaycan öz milli maraqlarına xidmət edən balanslı , çoxvektorlu xarici siyasət həyata keçirir.
Azərbaycan Cənubi Qafqazın digər iki ölkəsindən fərqli olaraq müstəqil , qlobal güclər arasında balanslı siyasətini qoruyaraq öz maraqlarına uyğun siyasət yürüdür və biz istər Rusiya , istərsə də ABŞ-la öz maraqlarımızın ətrafında qarşlıqlı faydalılıq əsasında əməkdaşlıq yürüdürük və buna israrlıyıq. Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil və ABŞ, Avropa Birliyi və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir.
Bu tip görüşlərin Bakıda keçirilməsinin ən əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır.
Yeganə Hacıyeva,
Beynəlxalq münasibətlər üzrə ekspert,
10.07.2019