Breaking News :

nothing found
14 November 2019

Gürcüstan küçələrində kəsişən maraqlar…

Artıq 3 həftədir Gürcüstanda məqsədi və məramı bəzən aydın bəzən isə qaranlıq qalan, müxtəlif mövzular ətrafında etiraz aksiyaları təşkil olunur.
Tiflis küçələrində baş verən etirazların mənşəyi haqqında bir cümlə ilə ifadə etsək müxtəlif iqtisadi qruplara bağlı hökümət nümayəndələri, televiziya və kütləvi informasiya vasitələri, iqtidarlı-müxalifətli siyasi qruplar, müxtəlif daxili və xarici donorlara bağlı QHT təmsilçiləri və s. bir sözlə Gürcüstan cəmiyyətinin bütün təbəqələrinin iştirakı ilə eyni vaxtda müxtəlif məkanlarda müxtəlif etiraz aksiyaları keçirilir. Gərginliyin artan xətt üzrə inkşafında sosial media üzərindən səhifələr, bloqerlərin telefon və hətta dronlarla 24 saat canlı yayım etməsi, müxtəlif həssas mövzular üzərindən emosional müzakirə və debatların təşkili, müxtəlif manipulyasiya alətləri kimi bu dönəm üçün həssas mövzular ətrafinda video roliklərin paylaşılması və.s kimi təbliğat kampaniyalarının aparılması danılmazdır. Tiflis küçələrində baş verənlərin görünən və görünməyən tərəfləri və Gürcüstanda bu qədər geniş siyasi, iqtisadi və ictimai spektri hərəkətə gətirən səbəblər, haqqında yazmaq qərarını gəldim.
Etirazların ilk günlərində buna səbəb kimi Gürcüstan hökumətinin “Anakliya İnkşafı Konsorsiumu” ilə razılaşmanı ləğv etməyə hazırlaşması kimi xəbərlər elə həmtəsisçilər tərəfindən ortaya atıldı və ardınca müxtəlif qruplara bağlı hökümət nümayəndələrinin istefası tələbi ilə etirazlar başladı.


Gürcüstan hökumətinin razılaşmanı ləğv etməyə hazırlaşdığı Anaklia portunun tikintisi Trans-Xəzər dəhlizində həyata keçiriləcək layihələr üçün nəzərdə tutulan və 9 mərhələdən ibarət lojistik mərkəz layihəsidir. 2014 cü ildən başlayan layihəni Gürcüstanın “TBC Bank” və ABŞ-ın “Conti İnternational LLC.” şirkətləri tərəfindən yaradılan və ardınca ABŞ-ın “SSA Marine”, İngiltərənin “British Wondernet Express” və Bolqarıstanın ABŞ investisiyalı “G-Star Ltd” şirkətləri də daxil olan “Anakliya İnkşafı Konsorsiumu” həyata keçirir.

Birinci faza üçün lazım olacaq 600 milyon dolların 100 milyonunu təsisçi şirkətlər, diğər 100 milyonunu Alman və Holland İnkşaf Bankları hər biri 50 milyon dollar kredit verməklə , geridə qalan 400 milyon dolları isə Gürcüstan dövlətinin zəmanəti ilə EBRD- Avropa Yenidənqurma və İnkişaf Bankı , ADB- Asiya İnkişaf Bankı, AİİB- Asiya İnfrastruktur İnvestisiya Bankı və ABŞ-ın OPİC-Xarici Özəl İnvestisiya Korporasiyası kimi maliyyə institutlarının ayıracağı nəzərdə tutulmuşdu. Lakin Gürcüstan höküməti “Anakliya İnkşafı Konsorsiumu” layihəsinə zəmanət vermədiyi üçün layihəni maliyyələşdirməli olan 4 maliyyə institutu öncədən razılaşdırılmış 400 milyon dollar vəsaiti ayırmaqdan imtina etdi.
Hazırda layihənin birinci fazasının 25 % işləri yekunlaşıb və dəniz dibinin dərinləşdirilməsi işləri başa çatıb.
İstər Gürcüstanda istərsə Azərbaycanda bu məsələnin ətrafında aparılan müxtəlif səpkili müzakirələri nəzərə alaraq Trans-Xəzər dəhlizində həyata keçiriləcək layihələr üçün nəzərdə tutulan “Anaklia Portu” layihəsinin cooğrafi, strateji-lojistik əhəmiyyəti və ən əsası Gürcüstanın və regionun siyasi həyatında son günlərdəki gərginlikdə bu faktorun rolu haqqında yazmaq qərarına gəldim.
Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin enerji mənbələrinin diversifikasiyası da daxil Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi olan strateji regionun nəqliyyat layihələrinin strateji bəndi kimi Anaklia portu ilk baxışdan “Bir kəmər, bir yol ” layihısinin strateji bəndi kimi Çinin qitələr arası nüfüzunun artmasına xidmət edəcək layihə kimi görsənir.

Çinin “Bir kəmər, bir yol” nəyliyyat layihəsi

Bu isə həm də Şərqdən Qərbə və ya Qərbdən Şərqə qitələr arası nəqliyyat layihələrinin əsas oyunçusu və “filtir” çisi ( ərazisindən və təsir dairəsinə daxil koridorlarda Avropa Birliyinin müxtəlif mallarına sanksiya tətbiq etməklə) olan Rusiyanın maraqlarına xidmət deməkdir.
Bu üzdən Tiflis küçələrində baş verənlər və onların fəsadı kimi Gürcüstan hökümətində yaşanan indiki böhranın ünvani olaraq ölkədəki Rusiyaya bağlı qüvvələrin rolu qabardılır. Etirazlarda Rusiya bağlı qrupların aktivliyi yeni portun xüsusi yüklü hərbi gəmilərə xidmət və Trans Sibir koridoru ilə daşınmaların çox cüzi də olsa payının bölüşməsi faktorları üzərindən bu fikirə yaşama haqqı tanıyaraq, tikintisinin yekunlaşacağı halda Anaklia Portunun regiondakı digər kənar oyunçular, məsələn Avropa Birliyi üçün əhəmiyyətini və bu faktorun Tiflis küçələrindəki etirazlardakı rolunu təhlil edək.
İlk növbədə Gürcüstan dövləti üçün Anakliada Portun tikintisi ölkənin münaqişə zonası olan Abxaziya ilə sərhəddən cəmi iki kilometr cənubunda, parlament və bir sıra diğər qanunverici orqanlarının yerləşdiyi Kutaisidən 90 km qərbdə yerləşən bölgədə Gürcüstan dövlətin mövcudluğunu gücləndirmək məqsədi daşıyır.
Anaklia qəsəbəsini həm də azad sənaye və azad iqtisadi zona elan etməklə tikiləcək yeni portun yerləşdiyi qəsəbənin ətrafında infrastrukturun nəzərdə tutulan inkşafı ölkənin bu böğəsində Gürcüstan dövlətin mövcudluğunu gücləndirmək strategiyasının bir hissəsidir.
Tikiləcək portun Trans-Xəzər koridor layihələrində iştirak edən Gürcüstanın diğər portları – Poti və Supsadan fərqi onun bir sıra texniki üstünlüyünün nəzərdə tutulmasıdır.
Yeni portun diğərlərindən əsas üstünlüklərindən biri terminalların dəniz sahilində yerləşməsinin nəzərdə tutulmasıdır ki , bu da Supsa və Poti portlarında terminalların limandan- dəniz sahilindən 30 – 45 km uzaqda yerləşməsi üzündən yükdaşımalardakı artlq vaxt və maliyyə itkisinin qarşısının alınmasına hesablanmışdır.

Anaklia Portun eskiz versiyası.

Yeni portun digər iki portdan ən böyük fərqi isə heç şübhəsiz Anaklianın yük gəmilərindən başqa həm də xüsusi yüklü hərbi gəmilərin qəbulu üçün texniki imkanların nəzərdə tutulmasıdır.
Anaklia portu uzunmüddətli hesabda Gürcüstanı Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin enerji resurslarının diversifikasiyası da daxil Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi olan strateji regionun əsas lojistik mərkəzinə çevirilməlidir.
Anaklia Portunun Avropa Birliyi üçün əhəmiyyəti haqqında danışsaq Avropa Birliyi 2014 cü ildən ambisiyasına görə heç də Çinin ” Bir Kəmır- bir Yol ” layihəsindən geri qalmayan və Çinin qitələr arası iqtisadi nüfuzunun önlənməsinə alternativ layihə kimi görünən “Şərqə Genişlənmə ” proqramı çərçivəsində Avropa Birliyi, Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrini birləşdirən ” TransAvropa Nəqlıyyat şəbəkəsi ” infrastruktur ( TEN-T ) layihəsi həyata keçirməyi qərara alıb. İlkin olaraq TEN-T TransAvropa Nəqlıyyat şəbəkəsi ” infrastruktur layihəsi Şimal-Cənub , Şərq-Qərb və Dioqonal karidorlar şəbəkəsi ilə Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrini əhatə etsə də , Mərkəzi Asiya istiqamətində mövcud aralıq koridorlarında Avropa Birliyinin müxtəlif mallarına sanksiya tətbiq edilməsi səbəbi ilə 2014 cü ildən layihəni Şərgə genişlənmə proqramı ilə birləşdirməklə genişləndirmək qərarı alındı.

TEN-T – TransAvropa Nəqlıyyat şəbəkəsi.

TEN-T layihəsi 2050 ci ilə qədər Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələri ərazısındə 94 port, 38 aeroport və 15 min km sürətli dəmir yol xətti daxil olan yeni nəqliyyat sisteminin qurulmasını nəzərdə tutur. Layihənin 24 milyardlıq ilkin fazası gələn il 2020 ci ildə yekunlaşır.

Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələri TEN-T layihəsi çərçivəsində aeraportlar şəbəkəsi

TEN-T AB və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən aeraportlar şəbəkəsi.

Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələri TEN-T layihəsi çərçivəsində dəniz, çay portları və daxili su yolları şəbəkəsi

TEN-T AB və Şərq Tərəfdaşlığı ölkələri , dəniz , çay portları bə daxili sular nəqliyyatı şəbəkəsi,

Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələri TEN-T layihəsi çərçivəsində dəmir yol şəbəkəsi

TEN-T AB və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən dəmiryolları şəbəkəsi,

Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələri TEN-T layihəsi çərçivəsində avtomobil yolları şəbəkəsi

TEN-T AB və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən avtomobil yolları şəbəkəsi.

Bu layihənin Avropa Komissiyası və Dünya Bankının təqdim etdiyi indikativ investisiya fəaliyyət planı çərçivəsində Gürcüstan hissəsində əsas diqqət məhz Qara dəniz portları infrastrukturu,  yeni Anaklia Portunun tikintisi və onların yol infrastrukturu sahəsinə cəmlənib.

Avropa Komissiyasının TEN-T proqramı  indikativ investisiya fəaliyyət planı çərçivəsində Gürcüstan layihələri

Bu isə əlbətdə ölkənin Abxaziya ilə sərhəddən cəmi iki kilometr cənubunda Gürcüstan dövlətin mövcudluğunu gücləndirmək siyasətinə uyğundur. Avropa Komissiyası və Dünya Bankının təqdim etdiyi indikativ investisiya fəaliyyət planı çərçivəsində Anaklia portuna yeni avtomobil yollarının çəkilməsi, portun yeni bir dəmiryol xətti ilə mövcud Poti – Tiflis dəmir yol marşurutuna birləşdirilməsi və Kutaisidə müasir və böyük lojistik mərkəzin tikilməsinin maliyyələşdirilməsi nəzərdə tutulur.
Bu isə o deməkdir ki , Gürcüstan höküməti heç də “Anaklia İnkşafı Konsorsiumunun” Gürcüstan cəmiyyətinə təqdim etdiyi kimi Anaklia portunun tikintisini ləğv etməməsi, sadəcə üçü xarici olmaqla dörd fərdi investorun ölkənin qitələrarası nəqliyyat koridorunda strateji bəndi olacaq və onu regional lojistik mərkəzə çevirəcək bir layihəsində söz sahibi olmasını istəməməsi deməkdir və bunu doğru olaraq ölkənin milli maraqlarına uyğun Gürcüstan dövləti adından hökümətin etməsinə qərar verib. Anaklia İnkşafı Konsorsiumunun təsisçisi olan 4 fərdi investordan 2 sinin bir başa , 1 nin isə dolayısı yolla ABŞ iqtisadi dairələrinə aid olmasını nəzərə alsaq , ölkədə son həftələr davam edən etirazlarda ABŞ səfirliyi də daxil , donor və maliyyə qaynaqları ABŞ a bağlı QHT nümayəndələrinin canfəşanlığı anlaşılır. Etirazların 23 cü günündə ABŞın Gürcüstandakı səfiri Elizabet Rud artıq ikinci dəfə höküməti Tiflis küçələrindəki etirazçılara, xüsusi ilə 21 iyun gecəsi Parlament önündə mitinqin dağıdılması zamanı etirazçılara tətbiq olunan gücün və təzyiqin araşdırılması haqqında çağırışları buna misaldır.
Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən, Mərkəzi Asiya ölkələrinə qədər genişlənməsi planlaşdırılan TEN-T layihəsi Avropa Birliyinin Çinin ” Bir kəmər Bir yol” layihısinə alternativ layihə kimi iki əsas məqsədi : Çinin qitələr arası iqtisadi nüfuzunun artmasının önlənməsi və ən əsası “Bir Kəmər Bir yol” layihəsində qitələrarası əsas ticari oyunçu və “filtirçi” kimi Rusiyanın Avropa Birliyi mallarına tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədini güdür.


Avropa Birliyinin Rusiya sanksiyalardan ziyanı haqqında danışsaq , birliyin təməl iqtisadi konsepsiyasının işlənməsində iştirak edən Avstriya İqtisadi Tədqiqatlar İnstitutu Wifonun hesablamalarına görə 2014 cü ildən sonra Rusiyanın Avropa Birliyinin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq öz ərazisi və ya özünün təsir dairəsindən keçən koridorlarda tətbiq etdiyi sanksiyalar önümüzdəki illərdə birliyin özü üçün 100 milyard avroluq ziyan və 2 milyondan çox insanın iş yerlərini itirməsi ilə nəticələnəcəkdir. Eyni yanaşma AB komissiyalarının iqtisadi hesabatlarında risklərlə bağlı görə bilirik. Bu isə sanksiyalardan zərər görən üzv dövlətlərdə BREXİT lə bütövlüyü artıq zədələnmiş Avropa Birliyinə üzvlüyün və ümumilikdə birliyin bütövlüyünü sual altına alan əsas faktorlardan birinə çevrilir.
Bu üzdən Avropa Birliyi üçün sərhədlərini Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinə birləşdirəcək ” TransAvropa Nəqlıyyat şəbəkəsi ” infrastruktur ( TEN-T ) layihəsini çərçivəsində yeni port da daxil azad iqtisadi və azad sənaye zonası kimi Anaklia qəsəbəsi ətrafı infrastruktur layihələrinin maliyyələşdirilməsi uzun müddətli hesabda həyatı əhəmiyyətli addımlardandır.
2014 – 2020 ci illəri əhatə edən TEN-T programının birinci fazası və bu zaman ərzində Avropa Birliyi müxtəli nəqliyyat şəbəkəsi infrastrukturu üçün 22,4 milyard avro , enerji şəbəkələri müasirləşməsi üçün 4,7 milyard avro və telekommunikasiya xəttləri üçün 0,3 milyard avro maliyyə ayırmışdır.

Tiflis küçələrində etirazlarlarla paralel birliyin rəhbərləinin Gürcüstan üçün yeni imkanlar vəd edən şirnikləndirici çağırışlar və həmçinin etirazlarda AB nə bağlı iqtisadi dairələrinə yaxın QHT və cəmiyyət nümayəndələrinin birliyə yönəlik çağrışlarla bol aktivliyini və s. kimi fəaliyyətləri AB nin Gürcüstan hökümətinə təsir üsullarından biridir.
Bu təsir üsulları Gürcüstan hökümətinə TEN-T layihəsi infrastruktur layihəsi çərçivəsində Avropa Birliyi iqtisadi dairələrinin daha çox pay bölgüsü məqsədi güdür.
Gürcüstanda bu qədər geniş siyasi, iqtisadi və ictimai spektri hərəkətə gətirən, Tiflis küçələrində və ümumilikdə regionda baş verənlərin görünməyən tərəflərini aşkar edən məqamlardan biri də məhz budur.

Diğərləri haqqında növbəti yazıda…

Yeganə Hacıyeva, 

Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert,

13.07.2019

Yegana Hajiyeva

Read Previous

NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də Azərbaycan seçildi…

Read Next

Azərabaycan və Gürcüstan münasibətlərini pozmaq istəyən qüvvələr…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir