Breaking News :

nothing found
14 November 2019

Azərabaycan və Gürcüstan münasibətlərini pozmaq istəyən qüvvələr…

İyulun 14-ü saat 14:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin

“Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları  tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib , ardınca DSX-nın təxirəsalmaz addımları ilə ərazidə təhlükəsizlik  bərqərar olunub.

Diqqət etdinizsə son aylar ərzində artıq neçənci dəfədir ki, Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan və  iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribatların artmasının şahidi oluruq.

Elə bu ilin aprel ayında  Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş tarixi, memarlıq və dini obyektlərdən ibarət olan Keşikçi Dağı Alban Məbəd Komplekslərinin ətrafında  şübhəli siyasi qruplarının “operator”luğunda hibrid texnologiyası və ənənəvi təbliğat üsulları ilə yenə də hər iki cəmiyyətlərə yönəlmiş, ölkələrarası gərginlik yaratma cəhdlərinin müşahidə etdik.

Aprel ayında bu təxribat hər iki dövlət, strateji tərəfdaşlar -Azərabaycan və Gürcüstan rəsmilərinin təmkinli yanaşması ilə “zərərsizləşdirildi”. İki ölkənin rəsmilərindən kənarda dini rəhbərlər və nüfüzlu şəxslər Azərbaycan və Gürcüstan arasında ciddi problemin yaranmasına çalışan kənar qüvvələrin mövcudliğu haqqında fikirlər bildirdilər. Təxribat dini mövzuda manipulyasiya ətrafında baş verdiyi üçün,   Qonşu Gürcüstanın dini lideri, patriarx II İlya Gürcüstan cəmiyyətini, xüsusi ilə dini inanclı vətəndaşları çox aydın şəkildə Keşikçi Dağı Məbəd Kompleksi ətrafında baş verən bu təxribatın strateji tərəfdaşlar -Azərabaycan və Gürcüstanın münasibətlərinin pozmaq istəyən qüvvələrin “xidməti” olması haqqlnda xəbərdar  etdi.

Bu günlər yenə də bu təxribatçı qüvvələr Azərbaycan və Gürcüstan münasibətlərini korlamanmasına yönəlik fəaliyyətlə beynəlxalq hüquq və dövlətlərarası müqavilələrlə tənzimlənən sərhədlərdə təxribatçı addımlar ataraq iki dövlətin sərhəd mühafizə qüvvələri arasında  qarşıdurma yaratmağa hədəflənmiş fəaliyyətinin şahidi oluruq.

Aydındır ki, bu dəfə də hər iki dövlətin rəsmi qurumları bu təxribatçı insidentlə

bağlı lazımi araşdırmalar   aparacaq, bu təxribatı törədən qüvvələr müəyyən edilərək onlara qarşı hüquqi ölçülər götürüləcək.  Artıq baş vermiş son insidentlə bağlı Gürcüstanın Azərbaycandakı səfirliyi Xarici İşlər Nazirliyinə çağırılaraq, məsələ ilə bağlı müvafiq izahat istənilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, Gürcüstanın Daxili İşlər Nazirliyi Keçikçi Dağı Məbəd-Kompleksi ilə bağlı ölkə ictimaiyyətinə müraciət edib və s.

Aydındır ki, Azərbaycan, Qazaxıstan və Türkmənistandan alınan qaz hesabına, özünün enerji ehtiyatlarından silah kimi istifadə edən Rusiyadan asılılığının azaltmaq niyyətində olan, mövcud qitələrarası nəqliyyat koridorlarında yükdaşımalarına tətbiq olunan sanksiyalardan yayınmağa çalışan   Avropanın yüz milyardlarla dollarlıq ticarətinin, Orta Asiya enerjidaşıyıclarınının yalnız bir real marşrutu olan zolaqda iki qonşu dövləti, iki qonşu xalqı bir-birinə düşmən etməyə çalışan xeyli qüvvələr var.

Rusiya və İrandan yan keçərək Avropaya gələn kəmərlərin hər üçü və ən əsası reallaşdırılmaqda olan Avropa Birliyi üçün həyati əhəmiyyətli Cənub Qaz Dəhlizi keçən zolaqda təxribat törətməyə çalışan qüvvələrin  təxminən kimlərdən ibarət olduğu da heç kimə sirr deyil.

İstər  Azərbaycan istərsə də gürcü xalqları öz  müdrikliklərini  qoruyub saxlayaraq, təmkinlə belə təxribatların uymayacağı , tərəflərin  rəsmi instansiyalarının isə bu hadisələrin törədilməsində, iki dost ölkə münasibətlərin gərginləşdirilməsində maraqlı olan qüvvələri və onlara xidmət edən  şəxsləri aşkarlayaraq cəzalandırılması təmin edəcəklər.

Gürcü və Azərbaycan xalqları əsrlərə dayanan dostluq əlaqələri,  çox dərin tarixi kökləri mövcuddur və tarixən bu xalqları bir-birinə qarşı qoymaq, bir -bir ilə ədavətə sövq etmək mümkün olmayıb. Belə strateji, qitələr arası keçid zonasında yerləşən regionda xalqlarımızın taleləri bir birinə bağlı və  xeyli dərəcədə oxşardır. Bu cooğrafiyada tarix və təcrübə bizə üz üzə deyil, birlikdə durmağı, dost,  tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı və sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrəti. Bundan sonra da iki dost xalq arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri ciddi nəticə verməyəcək . Hər iki tərəfdən –həm Gürcüstan, həm də Azərbaycan tərəfindən bu məsələlərdə təxribatçı dairələrə xidmət edənlərin cəmiyyətlərimizi, dövlətləri bir- birinə qarşı qoymaq, onları bir-birinə qarşı təxribata çəkmək cəhdləri iflasa uğrayacaq.

Yeganə Hacıyeva , 
Beynəlxalq hüqüq və münasibətlər üzrə ekspert, 
15.07.2019

Yegana Hajiyeva

Read Previous

Gürcüstan küçələrində kəsişən maraqlar…

Read Next

“Osmanqızı tv” izləyiciləri necə izləyir? – İnformasiya təxribatı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir