Breaking News :

nothing found
14 November 2019

“Osmanqızı tv” izləyiciləri necə izləyir? – İnformasiya təxribatı

Qlobal səviyyədə internet resursların lokal siyasi sistemlərin təməlini təşkil edən mövcud ideologiyaların, cəmiyyətlərin ənənəvi idarəçilik institutu kimi onları birləşdirən milli mənəvi dəyərlərin məhv edilməsi üçün vasitə olması, bu prosesin lokal səviyyədə davamı kimi hakim milli elitaların simalarına qarşı yalan və təhrif informasiyalarla ləkələmə, sosial media üzərindən sistemli şəkildə hakimiyyətlə vətəndaş arasında mövcud olmayan münaqişənin görüntüsü manipulyasiyası və geniş istifadəçi kütlələrinin bu “münaqişənin” varlığına inandırması prosesi aparılır.

Bu fəaliyyətın əlbəttə ki, uzunmüddətli hədəfi kimi ölkələrdə lokal stabilliyin bünövrəsini təşkil edın sosial-siyasi təhlükəsizliyin pozulmasına nail olmaqdır.
Son 10 ildə qlobal səviyyədə internet resurslar vasitəsi ilə idarə olunan bu proses ildən ilə müəyyən korrektələrlə məruz qaldı və əgər bu prosesin başlanğıcında geniş kütlələr sosial media vasitəsi ilə mövcud lokal siyasi sistemin bir hissəsi olan siyasi-ictimai qruplar və ya fərdlərin yönləndirilməsi vasitəsi ilə dağınıq idarə olunurdusa, artıq son bir neçə il bu proseslər müxtəlif internet kanalları vasitəsi ilə bir başa-hədəfli yönləndirmə ilə idarə olunur.
Korrektələrə yönləndirilmə vasitələrdən kənarda həmçinin hədəf qrupları da məruz qaldı və əgər illər öncə stabilliyin pozulmasında təsir və ya təzyiq aləti kimi ənənəvi siyasi-ictimai qrupların pərakəndə aktivliyi, dağınıq, məqsəd və məramsız küçə etirazları və s. üçün yönləndirilmlə aparılırdısa, son illər internet kanallarına daşınmış meydanlarda yeni nəsil təbliğatçılarla dövlətlərin stabilliyin bünövrəsini təşkil edən milli təhlükəsizlik sferası və bu sferanin müxtəlif tərkib hissələrinin sarsıdılması hədəfə alınır. Məsələn , sosial-siyasi təhlükəsizlik, iqtisadi təhlükəsizlik, ictimai təhlükəsizlik, çoxminlik səhifələr və hibrid üsullarla aparılan informasiya təhlükəsizliyin sarsıdılması və s.
Bu prosesin idarə olunması isə bəlli bir strategiya üzrə hissə hissə çoxminlik internet kanallar və resurslara malik olan yeni nəsil təbliğatçılar- blogerlər tərəfindən həyata keçirilir.
Bundan öncəki yazıda Gürcüstan küçələrindəki artan gərginliyi sosial media üzərindən Azərbaycana transfer etmək istiqamətində sistemli fəaliyyətin mövcud olması və bu fəaliyyətin koordinasiyasını öz youtube kanalı ilə -Sevinc Osmanqızının kanalı həyata keçirilməsi haqqında yazmışdım.
İstər Sevinc Osmanqızının, istərsə də keçən yazıda ” çayxanaları sosial media səhifələrinə daşımış, ailə daixili, qohumlararası münasibətləri və “qiybətxanaları” yeni növ siyasi fəaliyyət adına cəmiyyətə “sırımağa” çalışan, kənd qadınlarının təndir başında belə abır edib danışmadığı mövzuları öz bloqlarından abır- həya etmədən reallıq kimi qələmə verən bir “dəstə” gənc və qoca blogerlər fəaliyyətinin qayəsi də məhz yuxarıda haqqında danışdığım siyasi sistemlərin təməlini təşkil edən mövcud ideologiyanın sıradan çıxarılması, Azərbaycan cəmiyyətinin birləşdirən və ənənəvi
idarəçilik institutu kimi mövcud olan milli mənəvi dəyərlərin məhv edilməsi istiqamətində sistemli fəaliyyət göstərməkdir. Lakin Sevinc Osmanqızı kanalının bu qocalı cavanlı abırsız bloger dəstəsindən fərqləndirən bir əsas məqam var.
Son aylar öz verlişlərinə ölkədə və xaricdə yaşayan demək olar bütün blogerləri dəvət etməyi adət halını salmış, bununla da qiyabi olaraq özünü hamı tərəfindən qəbul olunan birləşdirici fiqur, səhifəsini isə əsas müxalif etirazçı platforma kimi təsdiqləməyə çalışan Sevinc Osmanqızının kanalının digər qocalı- cavanlı abırsız çətxana-çayxana bloqerlərindən fərqləndirən əsas məqam bu kanalın bəlli bir strategiya üzrə ölkədəki stabillik və dövlətin milli təhlükəsizlik sferasının müxtəlif sahələrinin sarsıdılması və vətəndaşın şüuraltı oturuşmuş streotiplərinin sındırılması istiqamətində qurduğu sistemli təbliğatdır.

Tərtib etdiyi verlişlərində hakim milli elitanın simalarına qarşı yalan və təhrif informasiyalarla ləkələməklə geniş kütlələri ölkədə “hakimiyyətlə vətəndaş arasında mövcud olmayan münaqişənin varlığına” inandırılması təbliğatı ilə ölkədəki sosial siaysi təhlükəsizliyin
sarsıdılması istiqamətində fəaliyyət göstərir.

Son bir neçə ayda kanalın təbliğatının ana xəttini izləyicilərə dövlətin idarə aparatının müxtəlif rəhbər simalarının – Ramiz Mehdiyev, Əli Həsənovun və diğərlərinin adları və fəaliyyətlərinin ətrafında yanlış ehtimallar və mülahizələrlə təhrif olunmuş reallıqda “monolit hakim komandanın idarəciliyində güclü dövlət” streotiplərinin sındırılması təbliğatı aparılır.
Hüquq mühafizə orqanlarının və yerlərdə polisin fəaliyyəti ətrafında kanalın təşkil etdiyi təhrikçi mövzulu təbliğat siravi vətəndaşın şuuraltı sabitlik və ictimai təhlükəsizliyinə əminlik streotipinin sındırılması ilə güclənən özünümüdafiə instinkti üzərindən artan agresiyasını polisin yerlərdə nümayəndəsi olduğu hökümətin üzərinə yönləndirilməsi təbliğatı aparılır. Bu isə birmənali olaraq ictimai təhlükəsizliyin sarsıdılmasına yönəlik təbliğatdır.

Kanalın iqtisadi mövzuda təşkil etdiyi verlişlərə dəvət etdiyi qonaqlar, milli, regional və qlobal iqtisadiyyatda iştirakçılığımızın bəzən yanlış, bəzən isə qərəzli interpretasiya etməklə daxildə siyasi, xaricdə isə digər qrant və s. dividentlər götürməyə çalışan mühacir və “əbədi turist” qonaqları ilə iqtisadi təhlükəsizliyinin sarsıdılmasına yönəlik miflərin formalaşmasına və sıravi vətəndaşda regional və qlobal iqtisadiyyatda iştirakçılığımızın sual altına alınması təəsüratının yaranmasına xidmət edir.
Yekun olaraq isə bütün bu iftiraları kanal özü, partnyor internet resurslar vasitəsi ilə bəzən ənənəvi çox vaxt isə virus üsullarla geniş kütlələrə çatdırılması üçün yaymaqla dövlətin informasiya siyasətinin dağıdılmasına, bir sözlə informasiya təhlükəsizliyinin sarsıdılmasına yönəlik sistemli təbliğat göstərir.
Verlişlərində müxtəlif sahələrin ekspertləri qismində dəvət etdiyi qonaqları ilə öncədən razılaşdırılmış mövzular ətrafında formalaşdırdığı “psevdoreallıqla” cəmiyyəti mövcud siyasi elitanın regional və qlobal səviyyədə təhlükə və risk mənbəyi olmasına inandırmağa çalışan Sevinc Osmanqızı həm də Azərbaycan dövlətinə qarşı aparılan informasiya müharibəsində bir maşa kimi aparıcı kanaldır.

Kanalın “Yumşaq güc” formatında təşkil olunmuş informasiya əməliyyatları- ictimai , siyasi-sosial və informasiya təhlükəsizliyin sarsıdılmasına yönəlik təbliğat və manipulyasiya siyasəti geniş kütlələrin diqqətini təxribatçı və yalan informasiyalara və həmçinin sifarişçi dairələrin diqtə etdiyi təxribatçı mövzu və tezislərə çəkməklə milli informasiya gündəminin formalaşmasında iştirakı isə heç şübhəsiz ölkədə siyasi sistemin sabitliyinə qarşı yönəlmiş informasiya əməliyyatlarıdır.

Bu günlərdə isə o da aydın oldu ki, kanal internet istifadəçilərın davranışına sonradan hədəflənmiş təsir üçün nəzarət sistemi tətbiq edirmiş. Bundan sonra aylıq 5 avro abunə haqql ödəməklə formalaşacaq istifadəçi qruplarında “xüsusi informasiya”ın əldə olunması və “mühüm mövzular ” ətrafında verlişlərin təşkili təcrübəsi adı ilə kanalın təhrikçi mövzular ətrafında “tərbiyə” etdiyi istifadəçilərin vahid idarəetmə üslubunun sezildiyi protest elektoratının- qüvvələrin səfərbər edilməsi və koordinasiyası kimi böyük bir fəaliyyət həyata keçirmək iddiasındadır. Bu haqda isə  növbəti yazımızda…

Yegana Hacıyeva ,

Beynəlxalq münasibətlər üzrə ekspert,

19.07.201

Yegana Hajiyeva

Read Previous

Azərabaycan və Gürcüstan münasibətlərini pozmaq istəyən qüvvələr…

Read Next

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Milli Mətbuatla bağlı fikirləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir