Breaking News :

nothing found
13 December 2019

ATƏT – Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun illik iclası

Bu günlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun illik insan hüquqları üzrə  inkişafının  təşviqi və dəyərləndirməsi iclası davam edir.

Avropada insan hüquqları və demokratiyaya həsr olunan hər il keçirilən ən böyük konfranslardan biri olan HDIM, ATƏT ölkələri və tərəfdaş ölkələrinin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətin  və mətbuat nümayəndələri iştirak etdiyi tədbirdə 16-20 sentyabr tarixində Azərbaycandan cəmiyyət institutları nümayəndəsi olaraq bir qrup nümayəndə ilə bu sessiyada mən də iştirak etdim.

Sessiyanın gündəliyi hüquq və azadlıqlar, qanunun aliliyi və demokratiya, media azadlığı,  jurnalistlərin təhlükəsizliyi , dözümlülük və diskriminasiya mövzuları ətrafında müzakirələr və tövsiyyələrin üçün nəzərdə tutulsa da, tədbir daha çox kənar təsirlər, müxtəlif lobbi qruplarının, separatçı rejimlərin  legitimləşməsi üçün platforma olaraq istifadə olundu.

İnformasiya, dezinformasiya və fike xəbərlər müzakirəsinə həsr olunan ilk günün çıxışımda  mediaya qarşı cinayətə görə cəzasızlığın ümumilikdə sülh, təhlükəsizlik və davamlı inkişaf üçün təbliğat səylərinə birbaşa təsir göstərdiyini, rəqəmsal təhlükəsizlik də daxil olmaqla, jurnalistlərin və media işçilərinin təhlükəsizliyi mövzusunun bütün dünyada narahatlıqla izlənməsi haqqında idi.

İfadə azadlığı və müstəqil mətbuatın mövcudluğu Azərbaycan hökümətinin təxirəsalınmaz və uzunmüddətli prioritetlərindən biri kimi milli insan hüquqları siyasətimizin bünövrəsini təşkil etməsi və bu siyasətin ölkədə jurnalistlərin təhlükəsizliyi sahəsinə  töhfələr verməsini qeyd etdim.

Azərbaycan jurnalistlər üçün azad və təhlükəsiz bir mühit yaratmağı hədəfləyən bu siyasəti  beynəlxalq standartlar və BMT-nin Jurnalistlərin Təhlükəsizliyi və Cəzasızlıq Probleminə dair Fəaliyyət Planı ilə uyğunlaşdırmaqla mərhələli şəkildə həyata keçirmişdir.

Müharibə və münaqişə zonalarında çalışan jurnalistlərin təhlükəsizliyi mövzusunda, Dağlıq Qarabağ münaqişə zonasında erməni silahlı qüvvəlırinin 7 Azərbaycan jurnalisti və  5 xarici media agentliklərinin nümayəndələrini öldürməsini qeyd etdim və ATƏT-i Dağlıq Qarabağda öldürülmüş jurnalistlər də daxil , bu regionunda münaqişə zonalarında öldürülmüş jurnalistlərin və media işçilərinin istintaqını yaxından izləməyi tövsiyə etdim.

 ATƏT regionunda  üzv  ölkələrə  internet və sosial media üzərindən kənar təsirlər, manipulyasıya və propoqanda mövzulu sessiyada  İngiltərə və Fransanın  fike informasiya və manipulyasıyanın qarşısının avtomatik bloklanması üçün tətbiq etməyə hazırlaşdığı  kiber sistemin, Jurnalistlərin güvən indikatorunu adlı indicator tətbiq edilməklə ölkədə media resursların ag və qara siyahısının tərtib edəcəyini xatırladaraq ATƏT-i Azərbaycan da daxil digər ölkələrə də cəmiyyətlərin sosial media üzərindən kənar təsirlər, manipulyasıya və propoqandadan müdafiə və yayınma haqqını tanımağa çağırdım.

İfadə və sərbəst birləşmə azadlığına aid sessiyada çıxışım Azərbaycanda  ifadə azadlığı , sərbəst birləşmək və dinc toplaşmaq azadlığı, bu sahədə Avropa Konvensiyası və ATƏT-in Kopenhagen baza sənədində əksini tapmış fundamental azadlığların təmin olunması haqqında idi.

Konfrans iştirakçılarını Azərbaycanda BMT – nin  Milli İnsan Hüquqları İnstitutları haqqında   “Paris Prinsipləri ” nin tələblərinə cavab verən, öz  fəaliyyətini  Azərbaycan Konstitusiyası və milli  qanunvericiliyimizin şərtləri əsasında həyata keçirən  M.İ.H.İnstitutlarının, beynəlxalq  insan hüquqları standartlarının  ölkədə daxilində təşviqi  və təbliği, həmçinin  qorunması sahəsində  mühüm rol oynaması haqqında məlumatlandırdım.

Azərbaycan Hökümətinin ölkə daxilində vətəndaşların fundamental azadlıqlarının qorunması, dinc  toplaşma və sərbəst fikir azadlığı, həmçinin istənilən  media vasitəsindən və ya baxış sərhədlərdən asılı olmayaraq məlumatları və fikirləri axtarmaq, almaq   və yaymaq azadlığı da daxil  olmaqla bütövlükdə ifadə azadlıqlarının təmin olunması sistemli fəaliyyətinin mövcudluğunu xatırlatdım.

Azərbaycan hökumətinin  vətəndaşların haqq və  hüquqlarına hörmət etdiyini ,  bəzi dairələin isə  hökümətin   ölkədəki qht – lərin faliyyətinə əhəmiyyətli dərəcədə məhdudiyyətlər tətbiq etməsi haqqında  hesabatların  qərəzli olmasını iştirakçıların diqqətinə çatdırdım.

Son illər qlobal səviyyədə  seçki , referendum və s. tədbirlər ərəfəsi   Milli  İnsan Hüquqları İnstitutları və QHT lərin kənar oyunçuların hökümətlərə qarşı təsir və təzyiq aləti  kimi istifadə olunması cəhdləri, kənar oyunçuların müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti qruplarını ölkədə sabitliyin pozulması və sarsıdılması məqsədi ilə  istifadə etməsi  cəhdlərinin  mövcudluğu haqqında fikirlərimi bölüşdüm.

Müxtəlif ölkələrdə Milli  İnsan Hüquqları İnstitutları və QHT  qruplarının  vətəndaşların siyasi iştirakçılığında oynadığı belə mənfi fəaliyyəti  görməməzlikdən gəlməməyə , belə  halların aradan qaldırılması istiqamətində maarifləndirməyə mexanizmlərinin işlənməsinin vacibliyini ATƏT ə tövsiyyə etdim.

Azərbaycanda qadın sayasəti, diskriminasiya və cinsi zorakılı elementləri , siyasət və iqtisadiyyatda qadının rolu və yükü , Azərbaycan hökümətinin və cəmiyyətin bu istiqamətdə birgə sistemli fəaliyyəti haqqında çıxışım zamanı erməni təcavüzü nəticəsində qaçqın düşmüş qadınlar, münaqişə zonasında onlara qarşı tətbiq olunmuş zor və diskriminasiya , işqal altında qalan torpaqlarda qadın əsirlər və.s mövzular ətrafında çıxışım isə erməni hökümət nümayəndəsinin etirazına səbəb oldu və Sumgayıt hadisələrini xatırladan erməni hökümət nümayəndəsi bu istiqamətdə ənənəvi erməni təbliğat elementləri olan çıxış etdi.

Qaçqınlar və məcburi köçkünlərin hüquqlarının  müzakirə olunduğu “Humanitar məsələlər və digər öhdəliklər” sessiyasında Ermənistanın işğalçı siyasəti  nətiçəsində Azərbaycanda hər onuncu vətəndaşının qaçqın və məcburi köçkün olmasını iştirakçıların diqqətinə çatdırdım: bu təcavüz nəticəsində ermənistanın  bir milyon insanın, yaşlı, qadının, uşağın rifah və xoşbəxt yaşamaq huququnu pozması, bütov bir nəsilin qaçqın düşərgələrində ” uşaqlığını, gəncliyini, hüzürlü yaşlılığını itirməsinə səbəb olmasını söylədim.

Ermənistanın Beynəlxalq Donor və humanitar təşkilatların  Yaxın Şərqdəki humanitar layihələrində iştirak adı altında, bu regiondan erməni milliyətindən olan Suriyalı qaçqınların Azərbaycanın işğal olunmuş  ərazilərində yerləşdirməklə  işğal faktını bu gün də möhkəmləndirmək siyasəti yürütməsi haqqında iştirakçıları məlumatlandırdım.

ATƏT in bir üzv dövlətin diğər üzv dövlətinə qarşı işğal siyasətinin beynəlxalq humanitar donor təşkilatların resursları əsasında möhkəmləndirməsi faktının qəbuledilməz olması və ATƏT in bu mövzuya diqqət göstərməsini tövsiyyə etdim.

Paralel olaraq istər plenar iclasda, istərsə də kuluarlarında Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən şəbəkə və bu şəbəkənin istər  Azərbaycanlı də xarici simalarının azğın fəaliyyətinin limitlənməsinə yönəlik etiraz çıxışlarım olmuşdur.

Məsələn, vergi borcları bir xarici hökümət tərəfindən ödənilən, Azərbaycanı isə diğər bir xarici ölkənin Xarici İşlər Nazirliyinin təyyarəsində tərk edən Emin Hüseynov və onun üzv olduğu mütəşəkkil qht və jurnalistlər  şəbəkəsi, əməkdaşlıq etdikləri şəxslər və s.

Mütəşəkkil qrup formasında fəaliyyət göstərən şəbəkənin siması kimi Emin Hüseynov Azərbaycan Prezidenti, Birinci Vitse Prezident və Heydər Əliyev Fondu haqqında, ölkədə siyasi ictimai ab-hava haqqında dezinformasiya və reallığın təhrifi ilə manipulyasiyalar edir, eynı zamanda da yenı qrant layıhələri üçün “əl açmağı” da unutmurdu.

Sessiya iştirakçılarına özünü Azərbaycanda fəaliyyət göstərən “əzabkeş” QHT nümayəndəsi kimi “sırımağa” çalışır, yeni qrant layihələri əldə etmək arzusu ilə  ATƏT- i belə “ədalətsizliyə” göz yummağa çağırdı.

Vətəndaş jurnalistikası adlandırılan “blogerlərlik və sosial media aktivliyinə” həsr olunmuş sessiyada həbsxanada intihar etmiş şəxsi bloger kimi təqdim etməklə güya Azərbaycanda bloger fəaliyyətinə görə həbsxanada öldürülməsi  dezinformasiyası yayan Hüseynov guya bu kimi halların hüquqi izlənməsi üçün maliyyə qaynaqları axtarışında oldugunu, yeni qrant layihəsi arzusunu gizlətmirdi.

Belə uydurma məlumatlara cavab verən Azərbaycan nümayəndələrinin çıxışlarına  isə eyni şəbəkə texniki, prosedur və digərlər alətlərlə təsir göstərməyə,mane olmağa çalışırdılar.

Məlum şəbəkə və erməni iştirakçılar, çıxış üçün iştirakçı limiti tətbiq olunan prosedurda özündən öncəyə şəxslər buraxmaqla mən də daxil diğər  Azərbaycan nümayəndələrinin də çıxışlarına mane oldular.Bu özünü iki istiqamətdə göstərirdi, birinci çıxış üçün zaman daralır və əsası da iştirakçı siyahısı 50 nəfəri keçdikdən sonra siyahi bağlanırdı.

İki dəfə saat yarım növbədə dayanıb, çıxış üçün iştirakçı siyahisına düşə bilmədikdən sonra, belə halın  təkrarlanacağı halda təşkilatçılara rəsmi etiraz məktubu ünvanlayacğımı bildirdim.

Tədbirin üçüncü günü təşkilatçılar və təhlükəsizlik qurumlarına “fasilə zamanı privat söhbətlərdə səslərin yazılması ” haqqında məlumat vermək məcburıyyətındə qaldıq.

Bütün bunlara baxmayaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun illik insan hüquqları üzrə ölçülərinin inkişafı sesiyasında iştirak edən Azərbaycan nümayəndələri komanda olaraq ölkəmiz və ölkə rəhbərliyi haqqında manipulyasiya və anti təbliğat aparan şəxslər, beynəlxalq QHT və hökümət nümayəndələrinə arqumentli və həqiqətə söykənən məlumatlarla cavab verməklə ifşasının öhdəsindən ləyaqətlə gəldi.

Yeganə Hacıyeva,

22.09.2019

Yegana Hajiyeva

Read Previous

Beynəlxalq təşkilat, yoxsa selektiv cəza aləti?

Read Next

Paşinyanın ABŞ səfərinin arxa tərəfi… – Niyə onun görüşünə az adam gəldi..

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir