Breaking News :

nothing found
13 December 2019

Dağlıq Qarabağın işğalı faktının tanınmasından narahat olanlar…

Keçən həftə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18 ci sammiti başa çatdı, sammitin gedişatında siyasi, iqtisadi, humanitar, mədəniyyət və təhlükəsizlik sahəsini əhatə edən ümumlikdə 10 – a yaxın sənəd və ən əsası bütün iştirakçıların dəstəklədiyi dörd əsas sənəd qəbul olundu.

Bütün iştirakçıların dəstəklədiyi sənədlər: “Bakı Yekun Sənədi” , “Bakı Siyasi Bəyannamə” , “Fələstin Bəyannaməsi” və yekun olaraq tədbirin yüksək səviyyədə keçirildiyi üçün ev sahibi “Azərbaycan Hökumətinə və Xalqına Təşəkkür və Həmrəylik Sənədi” qəbul edildi.

Qəbul olunmuş bütün sənədlər bizim üçün mühüm olsa da , ən mühümü heç şübhəsiz Azərbaycanın ərazi bütövlüyünə dəstək ifafə olunan sənədlər oldu.

Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi yekun dörd  sənəddən ikisində  “Bakı Siyasi Bəyannaməsi“-ındə və “Azərbaycan Hökumətinə və Xalqına Təşəkkür və Həmrəylik sənədi“-də öz əksini tapdı.

Bakı Yekun Sənədində BMT-nin üzvü olan 193 ölkədən  120 ölkənin dövlət və hökumət başçıları ərazilərin güc yolu ilə zəbt edilməsinin  yolverilməzliyini vurğuladılar və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması faktını tanıdılar.

Yəni, bir sənədlə 120 dövlət Azərbaycanın ərazi bütövlüyünü, Ermənistanın işğal faktı tanıdı. Daha kokret desəm dünyada beynəlxalq birliyin subyekti olan dövlətlərin 63 % Ermənistanı aqressor və işğalçı dövlət kimi tanıdı.

Rəsmi Ermənistanın Qoşulmama hərəkatın üzvlərinə ünvanlanan müraciətin əsasında da bu faktdan narahat olmasi durur. Kiçik bir zaman kəsiyində birdən birə bu qədər ölkənin onu aqressor və işğalçı kimi tanıması müasir Ermənistan diplomatiyasının fiaskosu oldu.

Burda bir məqamı xüsusi qeyd etmək istəyirəm: istər daxildə radikal qruplar, istərsə də xaricdə anti Azərbaycan dairələri bir sanki bir drijorun müşaətində olan  ansambl kimi Qoşulmama Hərəkatının Bakı Sammitini Azərbaycan üçün vaxt və maliyyə itkisi kimi qələmə verməyə və cəmiyyətdə yalnış fikir formalaşdırmağa çalışırdılar.

Siz diqqət edin ayrı bir vaxtda , BMT-nin üzvü  193 ölkədən  120 ölkənin dövlət və hökumət başçıları ərazilərin imzası duran Bakı Yekun Sənədi ilə təsdiqlənən ərazilərimizin güc yolu ilə zəbt edilməsi faktının  yolverilməzliyi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının tanınması üçün nə qədər zaman, nə qədər maliyyə və enerji sərf edilməli idi ?

Və ya onlar Yekun Sənədində ərazilərimizin güc yolu ilə zəbt edilməsi faktının  yolverilməzliyi və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının tanınması faktının keçdiyi bir tədbirdən niyə narahat olmuşdular ?

Odur ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən 18 ci Sammiti Azərbaycan üçün mühüm, xarici siyasətimiz üçün isə uğurlu bir siyasi tədbir oldu.

Yeganə Hacıyeva, 

Beynəlxalq münasibətlər üzrə ekspert, 

27.10.2019

Yegana Hajiyeva

Read Previous

Rusiya Qərbin sanksiyaları altında, Azərbaycan bu ölkə ilə strateji münasibətləri dərinləşdirə bilir – Azərbaycan üçün fədakarlıq nümunəsi…

Read Next

Azərbaycan hökumətinin Dağlıq Qarabağ siyasətini sabotaj edənlər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir