Breaking News :

nothing found
06 July 2020

Kəskinləşən ABŞ-İran münasibətlərinin Şimal-Cənub nəqliyyat dəhlizi işinə təsir perspektivləri…

Yeganə Hacıyeva: “İranın düşdüyü vəziyyət layihənin tam ərsəyə gəlməsini bir qədər geçikdirə bilər, başqa təhlükə görmürəm”

imgİranın elitar Qüds Korpusunun komandanı general Qasim Süleymaninin Bağdadda öldürülməsi ABŞ ilə İran arasında gərginliyin daha da artmasına səbəb olub. Həmçinin hesab edilir ki, bu hadisə regionda, yeni təhlükə risqləri yarada bilər.

Ortaya çıxan maraqlı suallardan biri də yaranmış vəziyyətin Azərbaycanın iştirakı ilə  ərsəyə gələn böyük meqa layihələrin işinə hansısa formada təsir edib-etməyəcəyilə bağlıdır. Bu sualla bağlı politoloq Yeganə Hacıyeva fikirlərini “Bakı-Xəbər”lə bölüşüb. Onun sözlərinə görə, Şimal-Cənub layihəsi yalnız Azərbaycanın maraqlarına xidmət etmir: “Qitələri birləşdirən bu meqa layihənin köməyi ilə yüklər dünyanın bir başından digərinə iki dəfə az vaxt ərzində nəql edilir. Bu layihə bütün iştirakçı və təşəbbüsçü ölkələrin diqqət mərkəzindədir. Mövcud vəziyyət bu təhlükənin yarana bilmə ehtimallarını bir qədər mümkün edə bilər. Proseslərin müharibəyə qədər inkişaf edəcəyinə şübhə edirəm. Ola bilər ki, qısa müddətli eskalasiya və hansısa zərbələrin həyata keçməsi olsun. Belə müharibənin olmasını regionda maraqları olan digər güclər də istəmir. Ən başlıcası isə Avropanın maraqlarına ziddir. Çünki neftin kəskin bahalaşması ilə nəticələnə bilər ki, bunun da ən böyük zərbəsi məhz Avropaya dəyər.

Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atılıb. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edib, eyni zamanda, dəmir yolu körpüsünü də inşa edib. Beləliklə, Azərbaycan öz ərazisində bu layihə üzrə bütün lazımi tədbirləri görüb və layihənin ümumi icrası ilə bağlı da öz töhfəsini verməyə hazırdır.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində İran mühüm rol oynayır. Bu barədə razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. Razılaşma bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir. Təkcə Hindistan istisna təşkil edir ki, onun yalnız dəniz marşrutları ilə daşımalarda iştirakı nəzərdə tutulur. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya – Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir. Göründüyü kimi İran bu layihədə əsas aktorlardan sayılır. Layihənin tamamilə sıradan çıxması Tehranın özünə də sərf etmir. Ancaq İranın düşdüyü vəziyyət layihənin tam ərsəyə gəlməsini bir qədər geçikdirə bilər, başqa təhlükə görmürəm”.

Yegana Hajiyeva

Read Previous

Ermənistanın Gürcüstandan sərhəd boyu torpaq qoparmasına maraqlı sükut…

Read Next

Avroparlamentin 9 fevral seçkisini müşahidədən imtinası – Azərbaycan Prezidentinin az əvvəlki əsaslı bəyanatına qərəzli siyasi reaksiya

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir