Breaking News :

nothing found
06 July 2020

Avropa İttifaqı Bakını tələsdirir ?

Bilirik ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov fevralın 25-də Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell arasında telefon danışığı olub və hər iki rəsmilər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Əsas müzakirə olunan məsələlər AB – Azərbaycan ikitərəfli gündəliyi və tərəflər arasındakı münasibətlərin hüquqi bazası kimi nəzərdə tutulan – yeni ikitərəfli sazişlə bağlı danışıqların tərəflərin təklif və mövqelərinin əsasında davam etdirilməsi haqqında razılığa gəlməsi olub.

Təkliflərdən biri AB-nin Ali Nümayəndəsi Cozep Borrellin Azərbaycanın bu il iyun ayında keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə, ümumilikdə Şərq Tərəfdaşlığı siyasətinə əsas iştirakçı ölkələrdən biri kimi təkan verməyin vacibliyini haqqındadır. Qeyd edim ki , Şərq Tərəfdaşlığı ölkələrinin iyun ayında keçiriləcək sammitində nazirlərinin görüşü və diğər mühüm görüşlər nəzərdə tutulur ki , məhz tərəflər bu mövzu ətrafında geniş müzakirələr aparmışdır. Xatırladım ki, təkliflərdən biri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş perspektivlərini ətrafında tərəflərin müzakirəsi etməsi haqqında olub.

Məsələ ondadır ki Dağlıq Qarabağ konflikti Avropa Birliyinin öz cənub şərqi sərhədlərində təhlükəsizliyi əsas narahatlıq olmaqla bərabər həm də bir sıra paramentrlər üzrə Avropa Birliyinin ümumi təhlükəsizliyinin mühüm elementidir. Bu paramentlərə enerji və müxtəlif spektrılər üzrə nəqliyyat,transit təhlükəsizliyi daxildir. Burda nəzaərətsiz ərazilərdən müxtəlif növ daşınmaları da nəzərdə tutulur, silah, miqrant, narkotika və s.kimi elementlər də daxil qara tranzitd və s. kimi məqamlardan söhbət gedir. O üzdən bu telefon danışığında tərəflər AB Xarici və Təhlükəsizlik Siyasətinin mühüm bir bəndi kimi Dağlıq Qarabağ konfliktinin həlli ətrafında ənənəvi mövzulardan kənarda həm də bir sıra mühüm təhlükəsizlik nüansların nəzərə alınmasının vacibliyi haqqında razılaşma ilə davam etdirilib.
Onu da qeyd etmək lazımdır ki, danışıqlarda AB-nin Ali Nümayəndəsi Cozep Borrell qurumun Avropa Birliyi Şərq Tərəfdaşlığının bütün üzv dövlətlərinin suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün toxunulmazlığı və siyasi müstəqilliyinə dəstəkləməsi ilə bağlı öhdəliyini növbəti dəfə təsdiqləyib.
Cozep Borrellin Azərbaycanla ikitərəfli sazişlə bağlı danışıqların davam etdirilməsinin vacibliyini bildirməsi Avropa İttifaqının məsələ ilə bağlı Azərbaycanı tələsdirməsi sayıla bilərmi sualına gəlsək, bu haqda onu deyə bilərəm ki, istər Azərbaycan isərsə də AB ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların irəliləməsində maraqlıdır. Məsələ ondadır ki, danışıqların cari vəziyyəti hər iki tərəfdə keçən seçkilərə hazırlıq və keçirilməsi məqamı üzərindən öz tempini endirmişdir. Lakin heç bir halda anışıqlarda ətalət və ya narahatedici məqamlar mövcud deyil. Məsələ ondadır ki, AB nin müxtəlif siyasi qurumları və onların Azərbaycan daxilindəki sivil cəmiyyət və ya siyasi qruplarındakı tərəfdaşlarının göstərməyə çalışdığı “AB ilə Azərbaycan arasında yeni strateji sazişin imzalanması prosesi ətrafında fikir ayrılığı var ” kimi psevdo-reallıq sadəcə mövcud deyil. AB-Azərbaycan arasında Əməkdaşlıq Şurasının növbəti iclasının qrafiki mövcuddur və hər şey də qrafik üzərə davam edir. Proses zamanı yaranan yeni sualların olması isə normaldır, çünki AB Azərbaycanla nəzərdə tutulan saziş miqyasına görə bir ölkə, bir region üçün deyil, regionlararası enerjy, tranzit və diğər layihələr üçün nəzərdə tutulan nəhəng strateji sazişdir.

Yeganə HACIYEVA,

Beynəlxalq məsələlər üzrə ekspert

Yegana Hajiyeva

Read Previous

Avropa İttifaqı ilə sazişin yubanmasının səbəbləri…..

Read Next

Bioloji silah və ya ölümcül, iqtisadi virus…?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir