Breaking News :

nothing found
06 June 2020

Dünya səhiyyə təşkilatının Belarusa məcburi karantin tətbiqi məsələsi – kütləvi insan sağlamlığı, ya dövlət suverenliyi…

Belarus Avropa Birliyinə koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almağa kömək olunması üçün müraciət edib. Bu barədə Avropa Birliyinin Təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrel məlumat yayıb. Onun sözlərinə görə, rəsmi Minsk yaranmış situasiyada səhiyyə sisteminə dəstək göstərilməsi, habelə pandemiyanın makroiqtisadi nəticələrinin aradan qaldırılması işində yardım olunması xahişini çatdırıb. Jozep Borrel Birliyin hazırda bu sorğuya necə cavab verəcəyi üzərində düşünülyünü söyləyib.

Belarusa göstəriləcək yardımın həcminin 60 milyon avro civarında olması gözlənilir. Bundan daha öncə Belarusun 150 min vətəndaşının imzası ilə Ümumdünya Səhiyyə Təşkilatına ölkədə karantin vəziyyətinin elan olunması tələbinin yer aldığı petisiya təqdim olunub. ÜST təmsilçiləri vəziyyəti yerində öyrənmək üçün aprel ayının 11-nə qədər ölkədə qalacaqlar. Son məlumatlara görə, Belarusda 1066 adam koronavirusa yoluxub, onlardan 13-ü vəfat edib, 77-si isə sağalıb. Bütün bunlar onu deməyə əsas verirmi ki, ÜST Belarusda məcburi karantin tətbiq edə bilər?

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, planetimizdə Antarktidadan başqa 5 qitədə və 190-dan çox ölkədə yayılan koronavirusa görə, demək olar ki, bütün dövlətlər kütləvi toplaşma və səyahətə məhdudiyyətlər qoyub, ölkəyə giriş-çıxışı bağlayıb, məkətblər, restoranlar, iş yerləri və s. bağlanıb, əhaliyə sosial təcridlə müşayiət olunan sərt karantin qaydaları və s. tətbiq edib:“Koronavirus pandemiyasına görə ABŞ, Avropa və Asiyanın böyük korporasiyaları zavodların fəaliyyətini dayandırıb. Ford, Ceneral Motors və Tesla kimi nəhəng avtomobil şirkətləri xəstəlik üçün süni tənəffüs aparatları istehsal edir, qlobal ətir və spirtli içki şirkətləri əl üçün dezinfeksiyaedici məhsulllar istehsal edib ianə edir, yəni planetin böyük biznes nümayəndələri dünyanın COVİD-19 virusu ilə mübarizəsinə öz töhfəsini verir. Microsoft qurucusu Bill Gates və Amazon şirkətinin rəhbəri Jeff Bezos birgə alyans yaradaraq koronavirusu təcili müəyyən edə bilən testlər yaradırlar: Microsoft qurucusunun fondu Seattle şəhərindəki Seattle Coronavirus Assessment Network (SCAN) qrupunu maliyyələşdirir, Amazon Care isə COVİD-19 testlərinin ehtiyacı olan ünvanlara təcili çatdırılması işini öz öhdəsinə götürüb və s. Lakin nə qədər təəccüblü olsa da, bu qlobal pandemiyanı ciddiyə almayan ölkələr də var. Məsələn, belə ölkələrdən biri də koronavirusa görə Avropada karantin elan etməyən tək ölkə Belarusdur. Belarusla iki həmsərhəd ölkədən birində – Ukraynada COVİD-19-a görə fövqəladə vəziyyət elan edilib, diğər həmsərhəd ölkə Rusiyada məktəblər tətilə göndərilib. Bütün kütləvi tədbirlər və uçuşlar təxirə salınıb, lakin Belarus bu tip addımları nəinki atmır, əksinə, hökümətləri bu mövzuda karantin tətbiq edən ölkələri tənqid edir. Ölkənin sərhədləri açıqdır, insanlar səyahət edir, kinoteatrlar və teatrlar qapadılmayıb, kütləvi tədbirlərə qadağa qoyulmayıb, futbol çempionatları davam edir və s. Belarus prezidenti Aleksandr Lukaşenko koronavirusun qarşısını almaq üçün ölkə olaraq hər hansı tədbir görməyə ehtiyac olmadığını deyir və hətta “Koronaviurusun müalicəsi traktor və spirtli içkilərdir” söyləyir.

Aydın məsələdir ki, gəlirləri ən çox kənd təsərrüfatı sahəsində fəaliyyətdən əldə olunan ölkədə prezident bu fikirləri kənd təsərrüfatı sahəsində fəaliyyəti təşviq etmək üçün deyir. Buna baxmayaraq, virusun qlobal miqyasda yayılması ölkə əhalisində ciddi narahatlıq yaradıb. Sosial media üzərindən ÜST-ə petisiya ilə müraciət edən sivil cəmiyyət institutları ölkədə, qismən də olsa, sosial təcrid addımlarının atılmasına nail oldular, bəzi universitetlər tələbələrin ictimai nəqliyyatdan pik saatlarda istifadə etməməsi üçün dərsləri günorta saatlarına keçirdi, uşaq bağçaları və məktəblər işləməyə davam etsə də, valideynlərin övladlarını oraya göndərib-göndərməməyi barədə özlərinin qərar verə bilməsi haqqında qaydalar tətbiq edirldi və s. Sərhədlərin bağlanmamasını isə belə izah etdilər ki, narahatlıq üçün əsas yoxdur, çünki xaricdən gələn hər kəs test olunur. Lukaşenko hədsiz narahatlığın və psixozun virusdan daha təhlükəli olduğunu bildirərək, bunun üçün də ölkənin kəşfiyyat xidməti idarələrinə xalq arasında panika yayan “alçaqları tutun” əmrini verib. Əlbəttə, belə məsuliyyətsiz yanaşma ölkədə koravirusa yoluxma hallarını artırdı və 7 aprel günü verilən məlumatlara görə, olkədə 794 nəfər koronavirus xəstəsi var, onlardan 31 nəfəri süni nəfəs aparatlarına bağlanıb. Aprelin 6-dan 7-dək gündəlik artım ölkədə 160 xəstəni təşkil edir. Xəstəliyin belə kəskin artımı rəsmi instansiyaları pandemiyanın aradan qaldırılmasında kömək üçün xarici donorlara müraciət etməyə məcbur etdi. Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Xosep Borrell bu ölkənin müraciəti əsasında Belarusa yardımın ediləcəyini bildirdi. Aİ diplomatiyasının rəhbəri Minskə ölkənin səhiyyə sisteminə dəstək və pandemiyanın makroiqtisadi nəticələrinin aradan qaldırılmasında kömək edəcəyini bildirdi. Yardımın alınması üçün Belarus höküməti ilə müəyyən sosial təcrid və karantin qaydalarının tətbiq edilməsi üzrə razılaşmanın mövcud olması haqqında fikirlər inkar olunsa da, məncə, epidemiyanın iqtisadiyyata vuracağı təsirlərdən ehtiyat edən Belarus ölkədə karantinin tətbiq eilməsinə məcbur qalacaq”.

08.04.2020

Yegana Hajiyeva

Read Previous

“Qarabağda narkotik ticarətinə nəzarət uğrunda savaş gedir” – Müsahibə

Read Next

Paşinyanın hərbi-bioloji laboratoriya məsələsində Rusiya-ABŞ balansı yaratmaq cəhdi?.. Rusiyanın yeni laboratoriyaları…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir