Breaking News :

nothing found
10 August 2020

Paşinyanın hərbi-bioloji laboratoriya məsələsində Rusiya-ABŞ balansı yaratmaq cəhdi?.. Rusiyanın yeni laboratoriyaları…

Bir neçə il bundan əvvəl məlum oldu ki, ABŞ-ın Ermənistanda bioloji laboratoriyası fəaliyyət göstərir. Moskva isə Ermənistan ərazisində ABŞ-ın bioloji laboratoriyasının fəaliyyət göstərməsindən bərk narazılığını ifadə etdi. İlk olaraq bu etiraz Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən edildi. Həmin vaxt Lavrov bildirdi ki, Ermənistan ərazisində ABŞ-ın maliyyə dəstəyi ilə açılan bioloji laboratoriya KTMT daxilində münaqişəli vəziyyət yaradır: “Bizim xüsusi xidmətlər və alimlər həmin laboratoriyalarla bağlı gərgindir və narahatdır. Onlar niyə bu laboratoriyaları Qərbi Avropa ölkələrində açmır?” Bundan sonra İrəvan Rusiya ilə bioloji tədqiqatlar sahəsində əməkdaşlığa dair ayrıca sənədin imzalanmasını nəzərdən keçirməyə başladı. Hətta Rusiyadan olan mütəxəssislərin həmin laboratoriyada monitorinq apardıqlarına dair məlumatlar yayıldı.

Erməni KİV-nin yaydığı məlumatlardan belə anlaşılır ki, artıq Rusiya Ermənistanda səyyar hərbi-bioloji laboratoriyasını yaradıb. Qeyd edilir ki, laboratoriya iki ölkənin xarici işlər nazirlərinin razılığı əsasında Ermənistana gətirilib. Hətta Ermənistanın müdafiə naziri ilə Rusiyanın həmin ölkədəki səfirinin həmin labaratoriyaya birlikdə baş çəkdikləri də qeyd olunur. Ermənilər bunu koronavirus pandemiyası ilə əlaqələndirməyə çalışsalar da, əslində, Paşinyan bununla Rusiyanın könlünü alır və bioloji laboratoriyalarla bağlı ABŞ-la Moskva arasında balans yaratmağa cəhd edir. Bu ehtimal barədə politoloqlar nə düşünür?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ-ın Ermənistanda bioloji laborotoriyaları və onların fəaliyyəti haqqında danışmaq üçün bir qədər əvvələ ekskurs etməliyik: “2008-ci ildə ABŞ-ın çoxmilyardlıq büdcəsi nəzərdə tutulan Bioloji Müdafiədə Birgə İştirakçılıq Proqramı – CVEP elan olunandan sonra buna maraq göstərən ilk ölkələrdən biri Ermənistan olub. Aydın məsələdir ki, burda rəsmi İrəvanın ənənəvi marağı – ölkəyə növbəti kənar maliyyənin cəlb olunması istəyi dururdu. Məhz 2008-ci ildən başlayaraq ABŞ Ermənistanla bu əməkdaşlıq çərçivəsində bioloji laboratoriyalarının bu ölkədə yerləşdirilməsi üçün fəaliyyətə başladı. Ümumi sayı 12 olan bioloji laboratoriyaların inşasını nəzərdə tutan bu əməkdaşlıq Ermənistan höküməti tərəfindən çəmiyyətinə Ermənistanın bioloji təhlükəsizliyi və təminatı üçün vacib əhəmiyyətli bir layihə kimi təqdim olundu, lakin layihənin sifarişçisinin məhz ABŞ Müdafiə Naziriliyinin olması gizlədildi. Onu da qeyd edim ki, ilkin olaraq bu proqramın təqdimatı tibbi-biolji proqram kimi edilmişdi və Avrasiya və Avrikanın 25 ölkəsində ölkələrin virusları aşkar etmək, zərərsizləşdirmək qabiliyyətinin inkişaf etdirilməsi kimi layihəsi nəzərdə tutulurdu”. Ekspertin sözlərinə görə, proqramın məqsədləri haqqında aydın təsəvvürlər ABŞ hərbi sənayesində bioloji məqsədlərdə DTRA-Təhlükəsizlik Təhdidlərinin Azaldılması Agentliyinın aktivliyindən sonra yarandı və bu bioloji laboratoriyaların əslində bioloji silahların istifadəsi və inkişafı ilə bağlı gizli tədqiqatlar aparılması üçün nəzərdə tutulması üzə çıxdı:“Buna qədər isə DTRA-nın uzun müddət bioloji silah kimi nəzərdə tutulan sibir xorası-vəbası, brüsselyoz, boz vəba, Afrika donuz xorası və tulyaremiya kimi xəstəliklərin təbiətinin öyrənilməsi, patogenlərin araşdırılması kimi fəaliyyət aparması məlum idi. İnşasından sonra Ermənistandakı bu laboratoriyalardan bir neçəsi ABŞ-ın Gürcüstandakı qapalı hərbi-bioloji laboratoriyasına, Lugar Mərkəzinin şöbələri kimi, virusların “becərilməsində” bir növ “tarla” rolunu oynamaq, orda “becərilən viruslar”ı daha sonra Gürcüstandakı hərbi-bioloji Luqar Mərkəzinə ixrac etmək imkanına malik oldular. İstər Ermənistandakı labaratoriyalar, istərsə də Gürcüstandakı Lugar Bioloji Mərkəzi yerləşdiyi Cənubi Qafqaz regionunun sərhədləri, Rusiya ilə İrandan əlavə, Mərkəzi Asiyaya qədər xüsusi təhlükəli patogenlərin təbiəti, yayılması və mutasiya imkanları haqqında ümumi bir məlumat baza tərtib edilir ki, bu baza, əlbəttə, ABŞ Müdafiə Nazirliyinın xidməti və istifadəsi üçün nəzərdə tutulur.

İndi qayıdaq sualın “Ermənistanda Rusiya hərbi bioloji laboratoriyalarının açılması prosesinin Paşinyanın bu ölkədə Amerika bioloji laboratoriyalarına qarşılıq balans yaratmaq siyasəti ola bilərmi” hissəsinə. Cavab olaraq onu deyim ki , bu prosesin hazırda Ermənistanda cəmiyyətə təqdim edildiyi kimi koronavirusla mübarizə fəaliyyəti çərçivəsində baş verməsi həqiqətə uyğun deyil. Bu fəaliyyət keçən il noyabrın 11-də Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri zamanı əldə olunmuş razılaşma çərçivəsində həyata keçirilir. Məhz onda Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində ABŞ təşəbbüsü və maliyyəsi ilə inşa edilmiş bioloji laboratoriyaların Rusiya ilə birgə istifadəsinə dair memorandumu imzaladı. Bunu isə Ermənistanın Rusiya ilə münasibətlərində yumşalma kimi deyil, Paşınyanın ölkə daxilindəki siyasi rəqiblərinə qarşı apardığı repressiyalara Rusiya tərəfindən göz yumulması üçün bir jest olaraq qiymətləndirmək daha doğru olardı”

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

10.04.2020.

Yegana Hajiyeva

Read Previous

Dünya səhiyyə təşkilatının Belarusa məcburi karantin tətbiqi məsələsi – kütləvi insan sağlamlığı, ya dövlət suverenliyi…

Read Next

Prezident əslində “mənəvi haqsız” AŞPA məruzəçilərini Azərbaycan üzrə məruzəçilikdən imtinaya çağırdı – qurumun reaksiyası…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir