Breaking News :

nothing found
06 June 2020

Pandemiya Azərbaycan vətəndaşı üçün nələri dəyişdi ?

Artıq 5 aya yaxındır ki, planetin Antarktidadan başqa 5 qitəsinin 190-dan çox ölkəsində COVİD-19 adlı təhlükəli koronavirus pandemiyası yaylıb. Çoxlu sayda insan itkisi ilə tüğyan edən pandemiya ilə dövlətlər mübarizə aparır, kütləvi toplaşma və səyahət məhdudiyyətləri qoyur, ölkələrə giriş-çıxışı bağlayıb, təhsil və iaşə müasisələri bağlanıb,  dövlətlərin əksəriyyətində çoxlu iş yerləri və s. ixtisara düşüb, iqtisadi itkilərə məruz qalan vətəndaşlara həm də sosial təcridlə nəticələnən sərt karantin qaydaları tətbiq edilir.

Sırf Azərbaycan insanının bu  koronavirus pandemiyasına münasibəti haqqında  danışsaq,  Azərbaycan  koronavirus pandemiyasının fəsadlarının ən az sirayət etdiyi ölkələrdəndir, bu isə Azərbaycan prezidenti  və hökümətinin virusun yayılmasının  qarşısının alınmasında tətbiq etdiyi effektli önləyici tədbirlərin sayəsində baş verdi.

Azərbaycan dünyanın çox az ölkələrindəndir ki,  koronavirusla sistemli mübarizəyə hələ yanvar ayından başladı. Yanvar və fevral aylarında pandemiyanın tüğyan etdiyi ölkələrlə nəqliyyat əlaqələri dayandırıldı. Mart ayının əvvəlindən isə sosial xarakterli önləyici tədbirlər görüldü, məktəblər bağlandı, Azərbaycan vətəndaşlarının pandemiyanın geniş yayıldığı ölkələrə səfərləri dayandırıldı. Öncə tətbiq olunan xüsusi rejim, ardınca isə xüsusi karantin rejimi virusun ölkəmizdə  geniş areala yayılmasının qarşısı aldı, ölüm hallarının az olmasına səbəb oldu.

Bü günlərdə bütün dünyada dövlətlərin və cəmiyyətlərinin gələcəyi ilə bağlı narahatlığı olan fərdləri  karonvirus pandemiyasının, hökümətlərin və cəmiyyətlərin  bu təhülkəli zamanlarda davranışının  vətəndaşlarının  həyatında nəyi dəyişməsi haqqında  suallar düşündür.

Etiraf edim ki, bir fərd olaraq bu sual məni də düşündürür və son iki ayda Azərbaycanda əhalinin pandemiyadan müdafiə tədbirlərinin, cəmiyyətimiz və vətəndaşımızın həyatında səbəb olduğu məqamlar haqqında fikirlərimi yazmaq qərarına gəldim.

Azərbaycan dövlətinin və dövlət başçısının əhalinin pandemiyadan müdafiəsi üçün  həyata keçirdiyi çox pilləli fəaliyyət Azərbaycan vətəndaşının dövlət başçısına,  hökümətə  etimadını artırdı.

Cəmiyyətlərdə ictimai rəyin , fərdlərin hər hansı bir məsələyə münasibətini təkcə sosialoji araşdırmalarla deyil, həm də onların  davranışından   müəyyən etmək mümkündür.

Koronavirus pandemiyanın yayılmasının ilk günlərində  bütün dünyada törətdiyi fəsadlar haqqında məlumatların təsiri  Azərbaycan vətəndaşlarından da yan keçmədi. Əhalinin artan narahatlığının testeri kimi social media üzərindən total qorxu və həyacan müşahidə olunurdu.

Lakin  Azərbaycan Prezidenti İlham Əliyevin  Azərbaycan xalqına etdiyi müraciətlər və əhalinin müdaifiə tədbilrəri iş yerlərinin qapadılmasına görə məruz qalacağı iqtisadi itkilərin narahatlığını yaşayan, adət etdiyi gündəlik sosial həyatı təcridlə limitlənən, KİV və  sosial media üzərindən müxtəlif ölkələrdə virusun dəhşətli fəasadları haqqında təbliğatlarla  qorxudulan Azərbaycan vətəndaşını diğər, hətta inkşaf etmiş ölkələrdə belə olduğu kimi  panikaya düşməsinə imkan vermədi.

Hər nə qədər  təhlükəli proses olsa belə  hər şeyin  dövlətin və dövlət rəhbərinin nəzarəti altında olmasından qaynaqlanan əminliyi siravi Azərbaycan vətəndaşlarının narahatlığını itirdi və deməli gələcəyə güvənini artırdı.

Bunun sübutunu artıq bir neçə həftədir sıravi vətəndaşların Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubların sayı və ən əsası da təşəkkür mətnlərindən aydın görmək olur. Ölkənin müxtəlif şəhər, rayon və qəsəbələrindən göndərilən vətəndaş məktubların mətninin  ana xətti əhalini müdafiə etmək üçün  həyata keçirilən  tədbirlərin səmərəliliyindən qaynaqlanan məmnuniyyət və  vətəndaşların ölkə rəhbərinə inam və güvənin artması fikirləri təşkil edir.

Məsələn Masallı rayonundan Mirəsgər Bağırzadənin təşəkkür məktubunda “ tibbin ən inkişaf etmiş ölkələrində belə koronavirusun  can alması fonunda Azərbaycanda həyata keçirilən tibbi müdafiə tədbirləri sayəsində çox az baş verdi. Ölkəmizdə vəziyyətin Azərbaycan Prezidentinin nəzarətinizdə olması virusun sürətlə yayılmasının qarşısını almağa kömək edib” kimi təsbitlər ifadə olunub.

Bakı şəhərindən Sabir Əfəndiyev prezidentə ünvanladığı məktubda Türkiyədə təhsil alan iki nəvəsi və onların timsalında xaricdə təhsil alan tələbələrə göstərilən diqqət və qayğıya görə təşəkkür edir və dünyanın harasında olmasından asılı olmayaraq Azərbaycan dövlətinin  belə çətin zamanlarda vətəndaşına sahib çıxması,  müdafiə olunmaq hissini yaşatdığı dövlətimizə təşəkkürünü bildirməsindən qürur və fərəh duyduğunu yazır.

Gədəbəy rayonundan əlil vətəndaşın, Sumqayıt şəhərindən işsiz vətəndaşın ünvanladığı məktubların məzmunu isə  Azərbaycan prezidentini həmişə olduğu kimi cəmiyyətin həssas təbəqələrinin məişət qayğılarının həll olunmasına görə minnətdrlıq hissi ilə ifadə olunur.

Prezident  İlham Əliyevə  koronavirusla əlaqədar vətəndaşlara etdiyi ilk müraciətdən sonra vətəndaşlar ona daha  çox etibar etməyə başladılar.

Keçən ayın əvvəlindən Azərbaycan vətəndaşının xüsusi rejimin tətbiqi ilə ilə əlaqədər  sosial media üzərindən təbliğatlarla hər gün daha  çox artan   narahatlıqları   Prezident İlham Əliyevin  həmən günlərdə Azərbaycan xalqına etdiyi ilk müraciəti, əhalinin müdafiə olunacağı haqqında anonsu və pandemiyanın Azərbaycana keçməsinin  bütün mümkün kanallarının bağlanması istiqamətində görülən tədbirlərlə  azaldı.

Prezidentin elan etdiyi cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən  dəstək və müdafiə proqramları  , ardınca bu proqramların həyata keçirilməsi Azərbaycan vətandaşlarında olan narahatlığı aradan qaldırdı.

Həyata keçirilən  müdafiə tədbirləri pandemiyanın  tüğyan etdiyi zamanlarda gələcəyi hələ qeyri müəyyən dünyada Azərbaycan vətəndaşının  müdafiə olunma hissi,  sabaha əminlik hissi, ən əsası gündəlik məişət qayğılarının həll ediləcəyi inamı Azərbaycan vətəndaşının dövlət institutlarına, siyasi hakimiyyətə və ən əsası prezidentə etimadın artması ilə nəticələndi. Bu isə koronavirus pandemiyasının tuğyan etdiyi əksəriyyət  ölkələr üçün xarakterik olmayan bir mənzərə : cəmiyyət , dövlət və rəhbər həmrəyliyi, bütövlüyü mənzərəsi yaratdı.

Siyasi hakimiyyətlərin təbiətində vətəndaşların prezidentə və hökümətə  etimadı hakimiyyətlərin möhkəmlənməsində əsas factor kimi  durur.

Heç kimə sirr deyil ki, cəmiyyətlərin  hakimiyyətlərə etimad səviyyəsi həm də  onların mənəvi-əxlaqı vəziyyəti ilə bir başa əlaqəlidir və son illər social media üzərindən sistemli şəkildə  dağıdılan local mənəvi əxlaqi dəyərlər həm də cəmiyyətlərin hökümətlərə etimad mədəniyyətini sıradan çıxarılması prosesi ilə müşayiət olunurdu.

Bunu da qeyd etməliyik ki, cəmiyyətdə  Azərbaycan prezidenti və hökümətinin artan etimadından özlərinə bac götürmək istəyənlər və ya xüsusi karantin rejimini sobataj etmək istəyən radikal qüvvələr  də tapıldı.  Biz bu günlərdə bəzən sistemi, bəzən isə kortəbii çoxlu sayda “psevdo xeyriyyəçi” lərin dayanmayan təbliğatını və  cəmiyyətdə belə psevdo xeyriyyəşilərə hörmətin “becərilməsi” cəhdlərinin şahidi olduq. Belə təbliğatların  sırasında  cəmiyyətdə milli əxlaqi dəyərlərə yad simaların təbliğatı isə yuxarıda haqqında danışdığım etimat mədəniyyətinin sarsıdılmasına və deməli hökümətə artan güvənin sarsıdılmasına yönəlik addımlar idi.

Çünki  cəmiyyətlərə təbliğ olunan ictimai fiqurlara münasibətdə güvənin aşağı səviyyədə olması yekin nəticə kimi həm də siyasi hokümətlərə güvənin aşağı düşməsi ilə nəticələnir . Bu isə siyasi qurumlara olan xoş etimadın fonunda heç də arzuolunan mənzərə deyil.

Koronavirus pandemiyası planetimizə  gəldiyi kimi də gedəcək, bu günlər bitəcək, həyat əvvəlki axarına dönəcək, lakin rəhbəri olduğu xalqı, başcısı olduğu dövləti var gücü ilə qoruyan liderləri vətəndaşlar, cəmiyyətlər heç vaxt  unutmayacaq və həmişə onların ardınca gedəcək.

Yeganə Hacıyeva ,

Beynəlxalq münasibətlər üzrə ekspert,

17.04.2020

 

 

 

 

Yegana Hajiyeva

Read Previous

Prezident əslində “mənəvi haqsız” AŞPA məruzəçilərini Azərbaycan üzrə məruzəçilikdən imtinaya çağırdı – qurumun reaksiyası…

Read Next

Lavrovun bəyanatından çıxan birmənalı nəticə – mühüm Qarabağ sənədini imzalamayan məhz Ermənistandır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir