Breaking News :

nothing found
30 October 2020

Pandemiya şəraitində görünməmiş qlobal rəqəmsal  siyasi səfərbərlik….

Uzun illərdir Azərbaycan sülhpərvər, humanist dövlət ənənəsinə sadiq olaraq, çoxsaylı regional, beynəlxalq formatlarda planetin  qaynar ocaqları, münaqişəli  situasiyalarla üzləşən ölkələr, bu münaqişlərin həll və idarə olunmasında maraqlı  tərəflər üçün  humanitar, siyasi-iqtisadi, hərbi-təhlükəsizlik qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərə evsahibliyi edir.

Rəsmi Bakı regionlar və qlobal səviyyədə  sabitlik və inkişafın təmin edilməsi yollarının müzakirəsi üçün bir platforma rolunu oynamaqla dünyada sülhün və əminamanlığın bərqərar olması üçün öz töhhfəsini verir.

Azərbaycan belə humanist ənənəsinə sadiq qalaraq  qlobal pandemiya şəraitində  dövlətlər və xalqlar arasında kommunikasiya qurur, körpü yaradır

Belə növbəti tədbirlərdən biri, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.

Buna qədər isə  Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü də təşkil olunmuşdur.  Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüslərini qlobal səviyyədə koronovirusla mübarizədə, ölkələrin təcrübələrinin bölüşməsi, birgə həll yollarının axtarılması istiqamətində  ölkələrin rəqəmsal  (formatda) siyasi səfərbərliyinin təşkili  adlandıra bilərik. BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Zirvə görüşündə Avropa İttifaqının rəsmisinin  iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Avropa İttifaqı ilə daim əks qütblərdə olan Qoşulmama Hərəkatının bir araya gətiriliməsinə isə məhz  Azərbaycan müvəffəq olmuşdur.

Növbəti dəfə Bakının Avropa İttifaqı və  Qoşulmama Hərəkatının fikir mübadiləsi,  qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq. Daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gəlməsi isə post  pandemiya dövründəki  yeni dünya düzənində mümkün cizgilər haqqında eyham kimi qəbul edilə bilər.

Azərbaycanın prezidenti İlham Əliyevin təşəbbüsu beynəlxalq münasibətlərdə yeni yanaşma olan vacib social, iqtisadi, siyasi mövzular ətrafında rəqəmsal  siyasi səfərbərlik  təşəbbüsləri qlobal böhran vəziyyətlərində problemlərin həllində virtual əməkdaşlığın faydalılığını üzə çıxartdı.

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

05.05.2020

Yegana Hajiyeva

Read Previous

Putinin qəribə arzusu: “O vaxt SSRİ-ni dağıtdılar, indi də…

Read Next

Bölgəyə yönəlik siyasətin ana xətti bir-birinin Qafqaza təsir dairəsini zəiflətmək təşkil edir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir