Breaking News :

nothing found
30 October 2020

Amulsar qızıl yatağında Qərb şirkətləri ilə pul qazanan Paşinyan Qafqaz xalqlarını zəhərləmək yolu tutur…

Ermənistan rəhbərliyinə beynəlxalq təzyiq nəticəsində Amulsar qızıl yatağının istismarı Qafqaz regionunda suxurun keyfiyyətinə, ümumilikdə Xəzəryanı dövlətlərin ekologiyasına təhlükə törədə bilər.

Ortada yoxsul Ermənistanın xəzinəsinə milyonlarla vəsaitin daxil olması və Qərb ölkələrinin iri maraqları dayanır. Bu vəziyyətdə, aydındır ki, Amulsar layihəsinin işlənməsi qaçılmazdır. Daha az taleyüklü məsələlərə dərhal reaksiya göstərən beynəlxalq ictimaiyyət bu fakta ləng reaksiya verir. Amma bütün Xəzər hövzəsinin həssas ekosistemi, beş Xəzəryanı dəvlətin əhalisinin həyatı və sağlamlığına təhdid qalmaqdadır.

Ermənistanın bütün bölgəni ekoloji fəlakət halına salan bu davranışına hansı reaksiya verilməlidir?

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva  açıqlamasında bildirdi ki, Ermənistanda inqilabdan sonra Paşinyan loyal çoxluğun, xüsusilə müxtəlif iqtisadi qrupların təmsilçiliyi ilə hakimiyyətə gəldi:“Hələ İrəvan küçələrində etirazlara rəhbərlik edən Nikol Paşinyanın həyat yoldaşının ölkədə maraqları və gözləntiləri olan transmilli korporasiyaların nümayəndələri ilə görüşləri və götürdükləri öhdəlikləri mövcud idi.  Həmçinin Paşinyanın seçki kampaniyası ərəfəsi komandasının sıx kontaktda olduğu biznes dairələri ilə də  razılaşmalar mövcud olub. Bunlardan biri də “Lydian Armenia” şirkətidir və bu şirkət Amulsar qızıl yataqlarına 2016-cı və 2019-cu illərdə 400 milyona yaxın maliyyə yatırıb.

Bu şirkətlə yeni hökumət Amulsar dağındakı qızıl yatağının işlənməsi ilə bağlı çərçivə razılaşma sənədi imzalayıb. Müqavilənin şərtlərinə görə, Ermənistan hökuməti, şirkətlə danışıqları ləğv edəcəyi halda, şirkətin investisiya formasında yatırdığı 400 milyon dollarlıq maliyyədən kənarda həm də 700 milyon dollar cərimə ödəməlidir. Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət olunacağı halda bu məbləğ daha çox olacaq. Bu isə o deməkdir ki, Ermənistanı da Qərbi Afrika ölkəsi Nigeriyanın aqibəti gözləyə bilər. Xatırladım ki, Nigeriya da qaz yataqlarının işlənməsi ilə bağlı İngiltərə şirkəti ilə ləğv etdiyi sazişə görə arbitraj məhkəməsi tərəfindən 9 milyard dollar cərimə edildi.

Cərimənin tətbiqi kiçik büdcəli Ermənistan üçün defolt təhlükəsi yaradar ki, onun bu yükün altından çıxması mümkün olmaz”.

Yeganə Hacıyevanın sözlərinə görə, Ermənistanın  Amulsar qızıl yatağının istismarının Qafqaz regionunda suxurun keyfiyyətinə, ümumilikdə Xəzəryanı dövlətlərin ekologiyasına təhlükə törədə bilməsi haqqında ekspert rəyləri mövcuddur:“Bu onunla izah edilir ki, həmin yatağın birbaşa təmasda olduğu Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərindən axan Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur. Bu halda isə Xəzəryanı ölkələrin mövzuya qarışması üçün hüquqi əsası mövcuddur.

Məsələ ondadır ki, 2018-ci il avqustun 12-də Aktauda keçirilmiş V zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın imzalanması beş Xəzəryanı dövləti həm də Xəzərin ekoloji vəziyyətinə cavabdeh bir ünvan kimi tanıyır.

Çünki Konvensiya Xəzər dənizində həm də ekoloji münasibətlərin və davranışın hüquqi çərçivəsini müəyyən edir. Diğər məsələlərlə bərabər Konvensiyanın müəyyənləşdirdiyi hüquqi öhdəliklər bəlli  çərçivə və anlayışları müəyyənləşdirib. Yəni Xəzərin taleyi ilə bağlı  Konvensiyaya imza atan ölkələr öz sözlərini deyə bilərlər. Düşünürəm ki, bunu əsasandırılmış şəkildə edə bilsək, yatağın fəaliyyətini dayandırmaq da mümkün olar”.

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

19.05.2020

Yegana Hajiyeva

Read Previous

Trampın İlham Əliyevə şəxsi məktubu və Azərbaycanın suverenliyinə birmənalı dəstək – qondarma “DQR”-i tanıtmaq istəyən erməni lobbisinə ismarıc…

Read Next

Tramp 34 dövlətin üzv olduğu beynəlxalq müqavilədən çıxdı – Avropa və Avroatlantika təhlükəsizliyi yeni şəraitdə…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir