Breaking News :

nothing found
24 September 2020

Trampın sosial şəbəkələrə nəzarət qərarı: ilğinc məqamlar…

ABŞ prezidenti Donald Trump paylaşdığı iki tvitə faktlara uyğun gəlməmək etiketini qoymasından sonra sosial şəbəkələrdə paylaşımların nəzarətə götürülməsini hədəfləyən fərman imzalayıb.
Şəxsən mənim üçün gözlənilməz deyil, kənar qüvvələrin əlində daxildə təsir alətinə çevrilən sosial şəbəkələr əvvəl axır tənzimlənməli idi və bu fərman sonuncu olmayacaq.

Texnoloji inkşafın müasir insana faydalılığı 80-90 cı illərdə ilişdi qaldı. 21-ci əsrdə şəkərin, xərcəngin, spidin dərmanını tapmayan, bir virusla bacarmayan texnoloji inkşaf internet üzərindən “düşünməyi bacarmayan, ancaq ona diqtə edilən mövzuları “kliklə, laykla” müzakirə edən, özünə, sözünə, gələcəyinə məsuliyyətini itirən yeni nəsil formalaşdırdı.

Sosial medianın qlobal səviyyədə siyasətə gətirdiyi bir sıra üstünlüklər də oldu. Bütün dünya bu üstünlüklərdən həm istifadə etdi həm də sui-istifadələr oldu.
Sui-istifadələrdən biri məhz “sosial mediada populyardır” arqumenti idi. Son 10 illik bütün dünyada bu arqument üzərindən siyasi şantaj, siyasi dələduzluq, siyasi çapolçuluğa əsas olmaqla keçdi. Amma bu proses artıq bitdi…

Proseslər “sosial mediada populyarlıq” dan , “sosial mediada populyarlığın cəmiyyətlərə faydası ” əmsalının müəyyənləşməsinə keçid etdi və bu proses dayanmayacaq…

İnternet, sosial media texnoloji inkşafının bir hissəsi kimi cəmiyyətlərin inkşaf və sabitliyinə xidmət etməlidir və əgər bir dövlətin KİV və elektron medianın tənzimlənmə siyasəti mövcuddursa, əsas təbliğat aləti olan sosial mediada tənzimlənmə siyasəti mütləq olmalıdır.

İfadə azadlığının təminatı üçün nəzərdə tutulan imkanlar heç bir halda dezinformasiyanın yayılması üçün vasitə və alət olunmamalıdır.
Trampla başlayan bu proses diğər ölkələrdə də davam edəcək və bütün dünyada dezinformasiya ilə mübarizədə sosial medianın tənzimlənməsi üçün yeni qaydaları qəbul ediləcək və ya mövcud qaydalar sərtləşəcək.

Azərbaycanda da həmçinin…

Yeganə Hacıyeva,

29.05.2020

Yegana Hajiyeva

Read Previous

Qlobal təhlükəsizliyi hədələyən sosial media…

Read Next

Paşinyan diktatura quruculuğu yolunda Venesiya Komissiyası ilə əməkdaşlıqdan tam imtina etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir