Breaking News :

nothing found
05 December 2020

ABŞ-dakı erməni lobbisi hərəkətə keçdi

Yeganə Hacıyeva: “Anti-Ermənistan qətnaməsinin Senatda da keçmə şansı çox yüksəkdir, amma…”

ABŞ Konqresinin Nümayəndələr Palatasında Ermənistan əleyhinə qəbul edilmiş, onu işğalçı kimi tanıyan düzəliş erməni lobbisini ciddi narahat edib. Artıq bütün güclərini düzəlişin Senatdan keçməsinin qarşısını almağa yönəldiblər. Bəs, bu düzəliş Senatdan keçə biləcəkmi? Ermənilər problem yarada bilərlərmi? Noyabrda Senatda səs vermə keçirilənədək Azərbaycan diplomatiyası və lobbisinin görəcəyi işlər nə olmalıdır? Üstünlüyü əldə necə saxlamalı?

Qətnamə ABŞ Senatından keçəcəyi halda  həm siyasi, həm də hüquqi baxımdan ciddi bir presedent olacaq və bunu gələcəkdə istər ABŞ-da  istərsə də  beynəlxalq strukturların hüquqi aktlarında istifadə edilə biləcəyimizi qeyd edə bilərik : “Bu qətnamə ABŞ-ın qanunvericilik tarixində qəbul edilmiş ən böyük anti-erməni sənədidiir. Erməni lobbi qrupunun bu qədər güclü olduğu ABŞ Konqresi tarixində hələ bu cür anti-erməni formulları ilə qətnamənin nə müzakirə edilməsi, nə də qəbul olunması misli görünməmiş haldır. Ümumiyyətlə, bu qətnaməni sırf Azərbaycanın,  Ukrayna, Moldova, Gürcüstanın ABŞ dakı səfirliklərinin və ya onların ABŞ-dakı dostlarının xidməti olaraq görmək doğru deyil. Bu hüququ presidenti ABŞ xarici siyasətində prioritetlərinin müyənləşdirilməsi, istiqamətləndirilməsi və yenilənməsi kimi qəbul etmək lazımdır. Qanun layihəsi ABŞ dövlət katibinin müdafiə naziri ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda daxili köçkünlərin vəziyyətinə dair məruzəni Konqresə təqdim etməsini nəzərdə tutur.

Konqresə təqdim olunacaq məruzə 1991-ci ildən xarici qüvvələr tərəfindən bu ölkələrin qanunsuz olaraq işğal edilmiş ərazilərindən məcburi şəkildə çıxarılan Azərbaycan, Ukrayna, Gürcüstan və  Moldova  vətəndaşlarının sayını və yenə də 1991-ci ildən xarici qoşunlar tərəfindən qanunsuz işğal edilmiş ərazilərdə öldürülmüş Azərbaycan Ukrayna, Gürcüstan, Moldova vətəndaşlarının sayının müyənləşdirilməsi əhatə edəcək. Qətnamə ABŞ dövlət katibinin müdafiə katibi ilə birlikdə bu məlumatları vaxtaşırı Konqresin müvafiq komitələrinə məruzə etmələrini tələb edir. Burdan aydın olur ki, bu qanun layihəsinin ancaq Dağlıq Qarabağ konflikti və onun çərçivəsindən şərh olunması doğru deyil. Məntiqi olaraq sual yaranır ki, niyə məhz bu qanun layihəsi Azərbaycanın və Dağlıq Qarabağ konfliktinin adı ilə hallanır?

Məsələ ondadır ki, Qarabağ konfliktinin başlanması ilə yekun olaraq Avrasiya qitəsinin siyasi-iqtisadi xəritəsini dəyişdirən bir proses başladı. Beynəlxalq  ictimaiyyət  bu konfliktə diqqət ayırmağın vacibliyini yanlış olaraq yenə də bu  prosesdən illər sonra anladı. Konfliktin əsası olan Ermənistanın Azərbaycan ərazisinin beşdə birini işğalı faktoru qlobal səviyyədə Cənubi Qafqaz regionunun tranzit-lojistik imkanlarını, həmçinin Qərb-Şərq (və əksinə) və Cənub-Şimal (və əksinə) marşrutu üzrə ilkin, aralıq və yekun koridorlarda imkanlarının limitlədi. Keçən 30 il ərzində dondurulmuş konflikt son illər ərzində  başqa bir prosesin, Avrasiya qitəsi üçün yeni siyasi-iqtisadi xəritənin çızılması kimi başqa bir prosesə start verir”.

qanun layihəsinin Azərbaycana faydası əvəzedilməzdir, çünki ABŞ Senatında keçəcəyi halda biz ilk dəfə Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi və siyasi bir mexanizm əldə edəcəyik: “ABŞ ermənilərinin bu proses ətrafındakı təşvişi də budan doğur. Birmənalı olaraq bu proses Paşınyan və onun hakimiyyətinə ölkə daxilinə olan narazılıqları müvəqqəti  ikinci plana keçirtdi. ANCA – Amerika Erməni Milli Komitəsi başda olmaqla  bütün dünyaya yayılmış diğər lobbi qruplarının isə təşvişinə səbəb olub. ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi, ABŞ vergi ödəyicilərinin vəsaitinin hesabına fəaliyyət göstərən  ANCA-erməni lobbi qrupunun ABŞ Konqresinə yeridilmiş ”Troya Atıdır” . Bu təşkilatın fəaliyyəti nəyinki ABŞ-ın  Cənubi Qafqaz maraqlarına,  ümumilikdə ABŞ xarici siyasətinə zərər vurur. ANCA-in konqresində bu qədər geniş təsir imkanlarına rəğmən, ABŞ-ın xarici maliyyə yardımları ayırdığı ölkələr siyahısında öndə gedən və geniş dəstək görən Ermənistan ABŞ-ın müttəfiqi deyil. Ermənistan Cənubi Qafqazda Rusiyanın vassalı və İranın müttəfiqidir, Ermənistanın regionda siyasi-hərbi tərəfdaşı Rusiya, ticari tərəfdaşı İrandır. ANCA-in lobbiçilik fəaliyyəti regionda siyasi sabitliyə və təhlükəsizliyə təhlükə yaradır, ABŞ üçün bu qədər strateji bir regionda onun özünün ziyanına işləyir, regionda ABŞ-ın əsas strateji tərəfdaşı Azərbaycana qarşı olan fəaliyyət göstərir. Onu da qeyd edim ki, qəbul olunmuş bu qətnaməyə cavab olaraq ANCA konqresin ermənipərəst üzvləri ilə  çərşənbə axşamı başqa əsas qanuna – “Xarici əməliyyatların maliyyələşdirilməsi haqqında” qanuna yeni düzəlişlər təklif ediblər və düzəlişlərdə əsas məqsəd Qarabağ ermənilərinə yardım etmək və Ermənistana yardımı artırmaqdır.  ABŞ Konqresinə qəbul olunan düzəlişin Senatda keçməsi üçün həm Xarici İşlər Nazirliyinin səlahiyyətləri daxilində, həm də parlament diplomatiyası səviyyəsində müvafiq ciddi işlər  görülməlidir. Konkret olaraq bu qanun layihəsinin Senatda keçməsi şansları haqqında danışsaq, şans çox yüksəkdir. Aydın məsələdir ki, erməni lobbisi bu qanun layihəsinin keçməməsi üçün əlindən gələni edəcək”.

Yeganə Haciyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

24.07.2020.

 

Yegana Hajiyeva

Read Previous

Azərbaycan Serbiya məsələsini BMT və AB qurumlarında müzakirəyə çıxara bilər

Read Next

Medvedyevin Azərbaycanı və Ermənistanı balanslaşdıran bəyanatı nə deməkdir – düşünülməmiş addımlardan(?) çəkinin…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir