Breaking News :

nothing found
30 October 2020

Soros Azərbaycan üçün təhlükəlidirmi?

 

Bu suala cavab verməzdən öncə bu tip qlobal fondların, onların regional və lokal təmsilçiliklərinin ölkələr üzrə fəaliyyəti haqqında söz açmaq yerinə düşər.

Məsələ ondadır ki, bu kimi təsisatlar mövcud olduqları ölkələrdə daha çox gənclər sektoru ilə təmas qururlar. Etiraf etmək lazımdır ki, bu tip təsisatlar cənc ictimai-siyasi fəallara müasir dünyanın tələblərinə cavab verən, cəld, çevik komanda idarəetməsini öyrənilməsi, strateji kommunikasiya alətlərinə və onlardan istifadə vərdişlərinə yiyələnməsi, yüksək səviyyədə əlaqələr qurmaq və ən əsası, daxili və xarici risq və perspektivlər faktorunun nəzərə alınması ilə regionda və dünyada gedən prosesləri dəyərləndirmək imkanlarını inkişaf etdirmək üçün unikal şanslar yaradır.

Bu məsələnin üzdə görsənən tərəfidir, görsənməyən tərəfi isə belə təsisatların uzunmüddətli hesablarda ölkə daxilində kənar nüfuz agentləri kimi, cəmiyyətlərə yad dəyərlərin daşıyıcısı kimi fikir  liderlərinin yetişdirilməsi ilə məşğuldurlar.

Bunun məntiqi axarı kimi cəmiyyətlərdə yad  dəyərlər daşıyıcısı olan alternativlərin yaranması və  bu faktor üzərindən çox asanlıqla dövlətlərin milli maraqlarına zidd gedə biləcək liderlərin yetişdirilməsi, belə liderlərin yönləndirə bildiyi  cəmiyyətləri və uğur qazanacağı hallarda isə hökumətləri öz məqsədləri üçün idarə olunması perspektivləri güdülür.

Bütün dünyada belə təsissatların öndə gedənlərdən biri Sorosun Açıq Cəmiyyət fondudur.

Fondun cəmiyyətlərə yönəlik  ixrac üçün prioritetləri ölkələr üzrə müxtəlifdir. Azərbaycan haqqında danışsaq  Soros fondunun bizim ölkədə əsas məqsədi ictimai siyasi proseslərə ixrac etdiyi yad elementlərin kök atması və uzun müddətli hesabda bu elementlərin Azərbaycanın dövlət quruluşuna hədə yaratması üçün ilkin zəminin yaratmaq idi.

Sorosun Açıq Cəmiyyət Fondunun Azərbaycanda əsas prioriteti gənclər və QHT sektorunda  cəmiyyətə yad-radikal  dini icmaların ixrac olunması, mühafizəkar dini qrupların siyasiləşməsi idi.

Fəaliyyəti dövründə fondun maliyyəsi ilə Azərbaycanda dünyəvi üsuli idarənin möhkəm olmaması, ölkədə cəmiyyətin mütləq çoxluğunun dini üsul-idarənin rəğbəti olması haqqında yazılan yüzlərlə təbliğat materialları və bu təbliğatın yerlərdə aparılması üçün verilmiş yüzlərlə  fərdi və institutsional qrantlar mövcud idi.

Yekun nəticə olaraq fondunun  əsas missiyasi kənardan ixrac olunan radikal dini cərəyanların ölkədə inkşaf etməsinə  və ən əsası bu radikal dini icmaların siyasiləşməsinə səbəb olurdu.

Fond diğər, təhsil və səyahət qrantlar da verirdi, lakin bu sahələrə qrantlar daha çox fondun Azərbaycandakı  əsas missiyasını komuflyaj edilməsi və “kadr ehtiyatı” formalaşdırmaq  üçün ayrılırdı.

Fəaliyyətinin son illərində fondun ölkə üzrə  icraçıları radikal dini cərəyanların təbliğatçıları idi, təşkil etiyi gənclərin siyasi aktivlik mövzusunda tədbirlərdə, qrant üçün müraciət edənlərin arasında radikal  dini qrupların nümayəndələri üstünlük təşkil edirdi.

Fond  xaricdə dini təhsil və təlimlərlərdə iştirak üçün səyahət qrantlarının verir və radikal dini icmalardan başqa, ənənəvi  dini icma nümayəndələrinin də qonşu ölkələrə səyahətlərini qeyri rəsmi maliyyələşdirirdi.

Bir sözlə fond Azərbaycanda demokratiya və bərabərlik əsaslı açıq cəmiyyət fəlsəfəsi adı altında, yerli dini təsəvvürlərdən fərqli radikal dini qrupların formalaşdırılması, inkşafı və siyasiləşməsinə təkan verəcək istiqamətdə fəaliyyət göstərirdi.

Fondun  Azərbaycan cəmiyyətinin dövlətin üsuli idarə baxışlarında dini üsula üstünlük verməsi haqqında cəfəng təbliğatını biz illərlə bir sıra beynəlxalq təşkilatların hesabatlarına salınması cəhdlər ilə rastlaşdıq. Bu fikirləri həmin təşkilatların  rəsmilərinin dilindən beynəlxalq tədbirlərdə dəfələrlə eşitdik.

Diğər tərəfdən Soros şəbəkəsini Azərbaycana qarşı beynəlxalq təşkilatlarda, onların iqtisadi və siyasi hesabatlarında həmişə öndə görürük. Beynəlxalq təşkilatlarda  isə Soros şəbəkəsi ilə erməni lobbisinin “alyansı” illərdir  Azərbaycana qarşı gedən proseslərdə hərəkətverici və aparıcı qüvvədir.

Gələk sualın Ermənistanda uğur qazanan Soros şəbəkəsinin Azərabycanda uğur qazana biləcəyi haqqında ehtimala.

Burda onu qeyd edim ki, Soros şəbəkəsinin son illər müxtəlif ölkələrdə adının qalmaqallarda hallanması, müxtəlif çirkli regional və lokal proseslərdə ifşa olunmaları Soros fondunu bütün dünayda şəbəkəni başqa qruplar adı altında fəaliyyət göstərməyə  vadar etdi.

Belə qruplar  daha çox təhsil, iqtisadi və s. kimi sahələrə transfer olundular. Bu proses bütün ölkələrdə baş verdi. Azərbaycanda da həmçinin.

Burda bir haşıyə edim ki, Soros şəbəkəsi Azərbaycanda zəifdir fikiri ilə qəti razı deyiləm və şəbəkənin görkəmli nümayəndələri istər mediada, istər ictimai-siyasi proseslərdə var. Ənənəvi tərəfdaşlarına verilən qrantlar isə ya  üçünçü ölkələrdə həyata keçirilir , ya da izlənməsi müşkül, müasir maliyyə köcürmələri kanalları ilə həayata keçirilir.

Azərbaycanda hökümətdə təmsilçiliyə və ya belə istəklərinin mövcudluğu məsələsinə gəlsək, burda da aşkar olmasa da, gizli mütləq var. Ancaq onlar Ermənistandakı kimi daha güclü və diqtə edə bilən qrup deyillər.

Lakin onu qeyd etmək lazımdır ki, bütün dünyada istənilən dəyişikliklər, inqilablar və ya siyasi islahatlar Soros şəbəkəsi üçün yeni imkanlar açır və şəbəkə bu proseslərdən maksimum yararlanmağa çalışır.

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

30.07.2020

 

Yegana Hajiyeva

Read Previous

Koronavirus ABŞ-da seçkinin təxirə salınması ehtimalları yaratdı – Tramp hadisələrə fürsət kimi baxacaqmı…

Read Next

ABŞ konqresinin kəşfiyyatdan Qarabağ tələbi – XÜSUSİ ŞƏRH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir