Breaking News :

nothing found
10 August 2020

ABŞ konqresinin kəşfiyyatdan Qarabağ tələbi – XÜSUSİ ŞƏRH

Bu gün erməni lobbisinin koqresdə əsas ruporu  konqresmen Adam Şiff tərəfində ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinə   Milli Kəşfiyyat direktorunun (DNİ) Ermənistan və Azərbaycan arasındakı gərginliyə, o cümlədən tərəflərin Dağlıq Qarabağın statusuna münasibətinə qiymət verməsini nəzərdə tutan qanun layihəsi təklif edib.

Sənəd ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul olunarsa Senatla da  razılaşdırılmalıdır.

Heç bir dəyişiklik təqdim edilmədən eyni məzmunda həm Konqresdən, həm də Senatdan keçəcəyi halda qanun layihəsi daha sonra Prezidnet Tramp tərəfindən imzalanmalıdır və  bundan sonra qanun qüvvəyə minəcək.

Məlumat üçün deyim ki, təqdim olunan sənəd  ABŞ  kəşfiyyat şurasının siyasətini müəyyən edən kəşfiyyat haqqında qanunun  bir hissəsi kimi təqdim olunub. Qəbul olunacağı halda  milli kəşfiyyat rəhbəri qanunun qəbulundan sonra ən gec 90 gün ərzində Dağlıq Qarabağ konfliktinin  açıq və qapalı qiymətləndirməsini konqresmenlərə təqdim etməlidir.

Kongresmenlərə təqdim olunacaq Daqlıq Qarabağ münaqişəsinin açıq və qapalı qiymətləndirməsi aşağıdakı dəyərləndirmə əsasında həyata keçirililəcək:

-ABŞ-ın və onun tərəfdaşlarının Ermənistan-Azərbaycan regionunda  strateji maraqlarının müəyyən edilməsi;

– Dağlıq Qarabağ bölğəsi, ətraf 7 rayonda, həmçinin Ermənistan və Azərbaycan arasındakı sərhəddə 2020-ci il ərzində baş verən bütün əhəmiyyətli güc tətbiqi faktları təsviri edilməli, güc tətbiqinin təşəbbüskarı müəyyənləşdirilməli ilə bu gücün miqyası  qiymətləndirməlidir;

– ABŞ-ın konfliktin tərəfləri Azərbaycana və Ermənistana hərbi yardımının qüvvələrin regional tarazlığına təsiri və  tərəflərin  hərbi qüvvədən istifadə ehtimalı araşdırılmalıdır;

– Yaxın və orta müddətli prespektivdə  regionda güc tətbiqi və ya potensial olaraq sabitliyi pozan əməllər ehtimalının qiymətləndirilməsi;

Diqqət etdinizsə, təqdim olunan sənəddə dəyərləndirmə üçün region olaraq Azərbaycan və Ermənistan yerləşdiyi Cənibi Qafqaz regionu deyil, “Ermənistan – Azərbaycan regionu” deyə bir fikir işlədilib.

Məsələ ondadır ki, oz qeoiqtisadi maraqları üzərindən  ABŞ-ın və onun tərəfdaşlarının Cənubi Qafqazda strateji maraqlarının dəyərləndirilməsi Azərbaycanın xeyrinədir.

Lakin qeyri dəqiq göstərilən “Ermənistan-Azərbaycan regionu” ifadəsi belə bir dəyərləndirmənin aparılacağı halda bunun Azərbaycanın maraqları çərçivəsində həyata keçməsini önləmək üçün olan hiyləğər  gedişdir.

Qeyd edim ki,  qanun layihəsi qanunvericilik prosesinin birinci mərhələsindədir. ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsi hələ özü gələn həftə layihəni Konqresə göndərməzdən əvvəl  onu qiymətləndirəcək .

Məsələ ondadır ki, Azərbaycan Ermənistan sərhədinin Tovuz rayonu hissəsində iyulun 12 də baş verən hərbi təxriatdan sonra Azərbaycan  haqqlı olaraq genişmiqyaslı əməliyyatlara başlaması haqqında  mesajlar verir.

Ermənistanın Tovuzda etdiyi  hərbi təxribatı Azərbaycanın son illər söylədiyi bir reallığı təsdiqlədi. ATƏT-in Minsk qrupu və həmsədrlərinin  vasitəçiliyi  nəinki  Dağlıq Qarabağ konfliktin nizamlanmasında, hətta tərəflər arasında  geniş miqyaslı hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaq üçün belə yararsızdır.

ATƏT-in Minsk Qrupu vasitəçili tarixində bir neçə dəfə nizamlanma prosesinə   Türkiyə və İranın qoşulması təşəbbüsləri olsa da bu fikir ATƏT-in Minsk Qrupunun digər üzvləri tərəfindən müsbət dəyərləndirilmədi.

Tovuz hadisələrindən sonra isə Azərbaycan Türkiyə hərbi təlimlərinin keçirilməsi fonunda kongresə təqdim olunan bu sənəd Ermənistanın narahatlığının ifadəsidir.

Bunu həm də Ermənistanın  ənənəvi adəti kimi,  son hərbi təxribatın  günahini öz özürəindən atması cəhdi kimi qəbul etməliyik.

Lakin burda ən təhlukəli məqam Tovuz hadisələrindən sonra  Azərbaycanın atacağı addımları ABŞ ın kəşfiyyat imkanları hesabına izlənməsi kimi hiyləğər təşəbbüsdür.

Qanun layihəsinin qəbul olunması haqqında ilkin rəyim ondan ibarətdir ki, qanunvericilik təqdim olunan şərtlərdə qəbul olunmayacaq. Bir neçə dəfə korrektələrə məruz qalacaq. Birinci korrektə Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində hələ kongresə göndərməmişdən öncə, ardınca konqresdə, daha sonra isə senatda  müəyyən korrektələrə məruz qalacağı qaçılmazdır.

Qanun layihəsinin koqresdə və senatda müxtəlif mətnlər altında v ədeməli müxtəlif məzmunda keçməsi əsası ilə ABŞ prezidenti tərəfindən imzalanmayacaq.

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

01.08.2020

 

Yegana Hajiyeva

Read Previous

Soros Azərbaycan üçün təhlükəlidirmi?

Read Next

Bir neçə “üzlü” Human Rights Watch…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir