Breaking News :

nothing found
05 December 2020

Bir neçə “üzlü” Human Rights Watch…

Qlobal siyasi müstəvidə beynəlxalq təşkilatlar və QHT lərin əksəriyyətinin əhəmiyyətinin azalması tendensiyasını müşahidə edirik.

Yürütdükləri yanlış siyasət və yanaşmalar  beynəlxəlq münasibətlərdəki missiyaları haqqında çoxlu açıq suallar doğurur. Bu suallara mümkün cavablar ətrafinda yaranan mənzərə isə doğru olaraq belə qurumlara güvənin zədələnməsinə səbəb olur.

Hüquqi məsuliyyət daşımayan, heç bir öhdəliyi olmayan belə təşkilatlar son illər iqtisadi və siyasi lobbi qrupları üçün poliqon rolunu oynayır.

Demokratiya, insan haqları və şəffaflıq kimi mövzularda hesabatları, ikili standartları, sifarişli missiyaları,  beynəlxalq səviyyədə siyasi-iqtisadi maraqlar üzərində təsir vasitəsi, alver mövzusu kimi istifadə olunmalarına yol açır.

Belə QHT lərdən biri “Human Rights Watch” Azərbaycanda diqqətli siyasət izləyiçilərinə yaxından  tanışdır.

Erməni lobbisi üçün poliqon rolunu oynayan “Human Rights Watch”  Azərbaycana qarşı ikili standartlar tətbiq edən beynəlxalq QHT-lər siyahısında öndə gedənlərdəndir.

Azərbaycanda baş verən hadisələri qərəzli, yanlış təqdim etməklə ölkəmizə qarşı 3 cü tərəfin istifadəsi üçün zəmin- hesbat, materiallar hazırlayan Human Rights Watch-ın fəaliyyəti tək bununla bitmir.

Təşkilatın  Yaxın Şərq və Şimali Afrika proqram direktoru, ölkəmizə qarşı öz qərəzli, qeyri-obyektiv mövqeyi ilə məhşurlaşan  Sara Li Uitsonun Azərbaycanla bağlı xüsusi  missiya da həyata keçirir.

Sara Li Uitsonın adı  Azərbaycanın işğal olunmuş ərazilərində qeyri qanuni məskunlaşma, Yaxın Şərqdən olan etnik ermənilərin  Dağlıq Qarabağa köçürülməsi üçün maliyyə qaynaqlarının əldə olunması mövzularında geniş hallanır.

Humanitar və insan haqqları müdafiəsi profilli  QHT-nin Yaxın Şərq və Şimali Afrika proqram direktoru bir milyon Azərbaycanlı qaçqın və məcburi köçkünlərin haqqlarının pozulmasında bir başa iştirak edir və onları  ata-baba yurdlarına bir daha qayıda bilməməsi üçün qanunsuz məskunlaşma prosesində bir başa  iştirak edir.

Belə missiyalara görə  “Human Rights Watch”un nə özü ,  nə də hesabatları  son illər ciddi qəbul olunmur və bu təkcə Azərbaycanda deyil, digər ölkələrdə də  belədir.

Çünki “İnsan haqlarını qoruyan” bu QHT nin əsl niyyəti, fəaliyyəti artıq məlumdur.

Məsələn  bu yaxınlarda ABŞ-ın nüfuzlu “The Wall Street Journal” nəşri də yuxarıda haqqında danışdığım  mövzunu geniş işıqlandırılıb.

“The Wall Street Journal” Azərbaycanda insan haqları sahəsində vəziyyəti müntəzəm olaraq kəskin tənqid edən, Nyu-Yorkda mənzillənmiş “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının  işğal altında olan ərazilərdə aparılan məskunlaşmaya dair ikiüzlü yanaşmasını sərt tənqid edən məqalə dərc edib .

Məqalədə deyilir ki,  Human Rights Whatchın Yaxın Şərq və Şimali Afrika proqram direktoru Sra Li Uitson  BMT, beynəlxalq təşkilatlar və ABŞ-ın   işğal edilmiş Azərbaycan ərazisi kimi tanıdığı  Dağlıq Qarabağ bölğəsində qanunsuz məskunlaşmanı qətiyyətlə dəstəkləyir.

Erməni ailəsində anadan olmuş Uitson 2018-ci ildə Amerika Erməni Milli Komitəsi tərəfindən Dağlıq Qarabağa pultoplama kampaniyasının təşkilatçısı qismində çıxış edib.

“Human Rights Watch” təşkilatının rəhbəri qismində öz rəsmi  tvitterində Dağlıq  Qarabağda, işğal edilmiş ərazilərdə hazırlanan erməni şərabını reklam edir. Və həmin Uitson eyni zamanda “Human Rights Watch” təşkilatının İsrailin İordan çayının Qərb sahillərindəki iqtisadi fəaliyyətinin boykot edilməsi kampaniyasına başçılıq edirdi.

Keçən ay ABŞ-in bir neçə şəhərində, Los- Anglesdə ard-ardına etnik ermənilərin dinc Azərbaycanlı etirazçılara nifrət əsaslı hucumları baş verdi. Lakin əsas işi insan haqları sahəsində vəziyyəti dəyərləndirmək olan  Nyu-Yorkda mənzillənmiş “Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı bu nifrət hucumlarını səssizliklə qarşıladı.

Yerli polis, məhkəmə hüquq qurumları 21 ci əsrdə ABŞ da nifrət əsaslı hücumun baş verdiyini, bunun ABŞ cəmiyyəti üçün qəbuledilməz olduğunu bəyan etsələr də Numan Rights Watch “insan haqqları” təşkilatı öz səssizliyi ilə də Azərbaycan qarşı ənənəvi qərəzini nümüyiş etdirdi.

 

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

01.08.2020

Yegana Hajiyeva

Read Previous

ABŞ konqresinin kəşfiyyatdan Qarabağ tələbi – XÜSUSİ ŞƏRH

Read Next

Trampın xaricdə ABŞ-ın hərbi iştirakı barədə yeni qərarı – Qarabağ probleminin həllində fəallıq azala bilərmi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir