Breaking News :

nothing found
05 December 2020

Trampın xaricdə ABŞ-ın hərbi iştirakı barədə yeni qərarı – Qarabağ probleminin həllində fəallıq azala bilərmi…

ABŞ ordusu artıq başqa xarici ölkələrdəki münaqişələrin həllində iştirak etməyəcək. Bunu ABŞ prezidenti Donald Tramp Nyu-York ştatında Vest Point Hərbi Akademiyasının məzunları qarşısında çıxışı zamanı deyib: “Siz Amerika tarixində ən vacib məqamda ordu karyeranıza başlamısınız. Amerika əsgərinin vəzifəsi digər ölkələri yenidən qurmaq deyil, ölkəmizi xarici düşmənlərdən qorumaqdır və biz bu təməl prinsipləri geri qaytarırıq” .

Onun sözlərinə görə, ABŞ insanların adını belə eşitmədiyi ölkələrdəki münaqişələri həll etməyə məsul deyil:“Biz bu dünyanın polisləri deyilik. Ancaq düşmənlərimiz bilsinlər ki, əgər xalqımız təhlükə altındadırsa, biz heç vaxt çəkinməyəcəyik”.

Bu, ABŞ-ın Qarabağ munaqişəsi ilə də bağlı rolunun zəifləyəcəyi anlamına gələ bilərmi?

”ABŞ bu nəzarətdən imtina etmir, sadəcə, ona bu qədər xərclər hesabına başa gələn geosiyasi addımlarındakı mexanizmləri, alətləri  dəyişir”

suala cavab vermək üçün iki məqam – ABŞ-la Azərbaycanın əməkdalığı və Dağlıq Qarabağ konfliktinin ABŞ-ın maraqları və qlobal təhlükəsizlikdə rolu haqqında danışmaq lazımdır: “Azərbaycan ABŞ-ın vacib strateji-iqtisadi partnyoru, qlobal enerji təhlükəsizliyində və Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan ABŞ-ın qlobal hərbi strateji, enerji stabilliyi və təhlükəsizliyində mühüm rol alan aparıcı tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyində və qitələrarası transmilli enerji nəqli marşrutlarında ABŞ-la eyni mövqedən çıxış edir. Təhlikəsizlik məsələlərində ABŞ onun üçün həyat əhəmiyyətli prioritetlərdən olan Əfqanıstandakı missiyasının və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün döyüş təyinatı olmayan yüklərin daşınmasında Azərbaycan karidorundan istifadə edir. NATO-nun Əfqanıstandakı missiyası üçün nəzərdə tutulan bütün yüklərin daşınması, Şimal paylaşdırma şəbəkəsinin cənub marşrutu üzrə yüklərin 40 faizini Azərbaycanın hava məkanı və aeroportlarından dəhliz olaraq istifadə etməklə həyata keçirir. Azərbaycan  Əfqanıstandakı ABŞ hərbi heyətinin hərəkətliliyi üçün təhlükəsiz tranzit yoludur, 2002-ci ildən Əfqanstanda ABŞ və NATO qoşunlarına qətiyyətli dəstək göstərən etibarlı və aparıcı tərəfdaşdır”.

Azərbaycanla bağlı ABŞ-ın iqtisadi, diplomatik və təhlükəsizlik sferalarında mövcud münasibətləri inkişaf etdirməsi onun Cənubi Qafqaz regionuna təsirinin güclənməsinə xidmət edir:”Təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində əməkdaşlığımızı, habelə uzunmüddətli ticarət əlaqələri, enerji sahəsində illərlə davam edən güvənli əməkdaşlıq, “Cənub Qaz Dəhlizi”ndə ABŞ-ın payı və gücü,  Avropanın zəruri enerji təhlükəsizliyində alternativ enerji təminatında birgə əməkdaşlıq və s. münasibətlər Azərbaycanı ABŞ üçün həyati əhəmiyyətli tərəfdaş kimi təsdiqləyib. Yuxarıda qeyd etdiyim ikinci məqam – Dağlıq Qarabağ konfliktinin Cənubi Qafqaz və qlobal təhlükəsizlikdə rolu mövzusu.

Konfliktin əsası olan Ermənistanın Azərbaycan ərazisinin beşdə birini işğalı faktoru qlobal səviyyədə Cənubi Qafqaz regionunun tranzit-lojistik imkanlarının genişlənməsinə mane olur. Avropanın ticarət nəqliyyatı imkanlarının və ən əsası, bu ticarət nəqliyatında hər iki- Qərb-Şərq (və əksinə) və Cənub-Şimal (və əksinə) marşrutu üzrə ilkin, aralıq və yekun koridorlarda pay sahibi olan ABŞ iqtisadi dairələrinin imkanlarının limitlənməsi ilə nəticələnir. Bu isə ABŞ prezidenti Donald Trampın çıxışında qeyd etdiyi ABŞ xalqının maraqları deməkdir və onun qeyd etdiyi kimi, bu maraqların qorunmasında qətiyyət nümayiş olunacaq. Mən hətta  bunu qeyd edim ki, ABŞ-ın ATƏT-in Minsk Qrupu çərçivəsində konfliktin nizamlanması prosesinə yanaşması son illər dəyişib. Yeni yanaşma Rusiya-İran-ABŞ münasibətləri fonunda, Rusiya və İranın sərhədlərində yerləşən, qlobal enerji təhlükəsizliyində ABŞ-ın mövqeyini dəstəkləyən Azərbaycanla münasibətlərin fonunda dəyişib.

ABŞ-ın bütün dünyada polis rolunda çıxış etməsi böyük maliyyə, xərc  və resursların hesabına başa gəlir. Bu ağlasığmaz maliyyə xərcləri ABŞ-ın milli maraqları naminə qlobal səviyyədə dünyanın maddi və mənəvi resurslarının bölüşdürülməsinə nəzarəti uğrunda xərclədiyi maliyyədir. ABŞ bu nəzarətdən imtina etmir, sadəcə, ona bu qədər xərclər hesabına başa gələn geosiyasi addımlarındakı mexanizmləri, alətləri dəyişir. Bu yeni baxış, yeni reallıqlar Azərbaycanla ABŞ arasında regional sabitlik, təhlükəsizliyə qarşı təhdidlərlə birgə mübarizə məqsədilə regionda  terrorizm, separatçılıq, ekstremizm, silahların və narkotiklərin qanunsuz dövriyyəsi və ən əsası, kibercinayətlər əleyhinə mübarizə sahəsində mövcud əməkdaşlığın daha yüksək pilləyə keçməsini labud edir və bu belə də olacaq”.

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

15 iyun 2020,

Bakı Xəbər Qəzetinə müsahibə.

Yegana Hajiyeva

Read Previous

Bir neçə “üzlü” Human Rights Watch…

Read Next

Amnesty İnternationalın missiyasının gözlə görsənməyən tərəfləri…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir