Breaking News :

nothing found
30 October 2020

Erməni lobbisinin Ermənistana dəstəyinin cinayətkar mahiyyəti açılır – çirkli pulların yuyulması…

Erməni lobbisi İrəvanda çirkli pulların yuyulması ilə məşğuldur. Bu barədə Türkiyə hökumətindən bildiriblər. Qeyd olunub ki, ABŞ və Avropa ölkələrindəki erməni lobbisi “humanitar yardım” adı ilə hər ay İrəvana guya tarixi abidələrin və Ermənistan iqtisadiyyatının bərpası üçün milyonlarla dollar vəsait yollayır:

“Erməni lobbisinin çirkli pulları ilə İrəvanın mərkəzində binalar tikilir, pulların böyük əksəriyyəti isə silahlanmaya, eləcə də Ermənistan ordusunun və Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin silahlı birləşmələrinin təliminə yönəlir”.

O da qeyd olunub ki, Cənubi Qafqazda sabitliyin pozulması ilk növbədə erməni lobbisinin marağındadır, çünki bu cür vəziyyət onlara regionda çirkli pulları yumağa imkan verir: “Ermənistan hakimiyyəti erməni lobbisinin girovudur. Məhz bunun “sayəsində” Ermənistan özünü bütün regional layihələrdən təcrid edib”. Hökumətdən bildiriblər ki, erməni lobbisinin maraqlarından çıxış etməklə, Ermənistan hakimiyyəti faktiki olaraq ölkə əhalisini məhv edib.

Ermənistan lobbisinin cinayətkar mahiyyətli fəaliyyəti nəyi deməyə əsas verir?

Çirkli pulların yuyulması  qlobal səviyyədə iqtisadiyyata təsir edən faktor kimi dünya ölkələrinin sosial, iqtisadi, siyasi və mədəni inkişafına mane olan bir cinayətdir:“Son onilliklər ərzində  qloballaşma prosesində  çirkli pulların yuyulması həm beynəlxalq səviyyədə,  həm də ölkələrdaxili kölgə iqtisadiyyatlarının artmasını stumullaşdırır.

Bütün dünyada çirkli pulların yuyulması prosesində örtük kimi bir neçə fəaliyyət növləri istifadə olunur. Onlardan ən geniş yayılmış növləri hümanitar layihələr, lobbi və diaspora fəaliyyətidir. Çirkli pulların yuyulmasında humanitar və mədəni tədbir və layihələrdən örtük olaraq istifadə edən təsisatlardan biri də erməni lobbi qrupudur.

Burda bir haşiyə çıxım ki, erməni lobbisi bütün dünyada şəbəkələşmiş, kriminal ünsürlü təsisatdır. Müxtəlif coğrafiyalarda bu lobbi qrupunun adı narkotik vasitələrin, insan orqanları və silah alveri, qanunsuz miqrasiya, fahişəlik və reketçiliklə əldə edilən çirkli pulların yuyulmasında hallanr.

Bu haqda müxtəlif zamanlarda ABŞ-da, Avropanın 18 ölkəsində, Latin və Cənubi Amerikada, Rusiyada araşdırmalar aparılıb. Hazırda Avropol və İnterpolun xəttilə Almaniya və İtaliyada erməni mədəni mərkəzi adı altında fəaliyyət göstərən mafiyanın qanunsuz miqrasiya, narkotik və silah alveri, fahişəlik və reket ittihami ilə istintaqı gedir.

2018-ci ildə Almaniyada erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində Bundestaqın deputatı və erməni lobbist təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb.

Almaniyadakı cinayətkar erməni qruplaşmaları  olan  “Hells Angels”, “Jocker”, “Black Jackett”, “United Tribuns” kimi cinayətkar dəstələrdə təmsil olunan simalar tez-tez erməni diaspor tədbirlərində  görsənirlər.

Aydın məsələdir ki, bütün bu cinayətlər çox böyük qazanc gətirir. Bu da cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması üçün Ermənistana yaxşı zəmin yaradır.

Özləri dediyi kimi, zavallı və bədbəxt  Ermənistan dövləti xaricdən humanitar və lobbi vəsaitlərinin ölkəyə gəlməsi hesabına dolanır. Bu pulların ölkəyə rahat gəlməsi üçün qanunvericilikdə geniş və asan pəncərələr fomalaşdırıblar.

Etiraf edim ki, bir sira qlobal maliyyə və təhlükəsizlik institutları bu mövzuda Ermənistan dövləti üçün qəribə tərzdə ikili standartlar da tətbiq edir.

Məsələn, Dünya Bankının Qlobal Miqyasda Çirkli Pulların Yuyulması, Terrorizmin Dəstəklənməsinin İzlənməsi və s. kimi hesabatlarında Ermənistana daxil olan maliyyələrin qeyri-şəffaf olmamasına maraqlı izah verilir.

Amma bu qlobal maliyyə institutları eyni standartları tətbiq edən diğər ölkələrə qarşı çirkli pulların yuyulması ittihamını irəli sürür. Onları bu istiqamətdə yetərincə səy göstərməyən ölkələr siyahısına salır. Onlara çirkli pulların yuyulmasının izlənməsi üçün real addımlar atmağa məcbur edən sərt qaydalar tətbiq etməyi tövsiyə edir.

Yaxşı olar ki, həmin qurumlar Ermənistanla da bağlı obyektiv mövqe ortaya qoysunlar. Əks təqdirdə Ermənistanın himayə etdiyi transmilli cinayətkarlıq bütün dünyaya təhdid yaradacaq”. Çünki sadalanan cinayət növləri bütün dünya üçün təhdid sayılır.

Təəssüf ki, Azərbaycanın bu yöndə ortaya qoyduğu dəlillərə indiyə kimi əlaqədar beynəlxalq institutlar tərəfindən lazımi qiymət verilməyib.

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,

11.08.2020

Bakı Xəbər Qəzetinə müsahibə,

Yegana Hajiyeva

Read Previous

Amnesty İnternationalın missiyasının gözlə görsənməyən tərəfləri…

Read Next

Azərbaycan-Türkiyə ittifaqı: təlim və səfərlərin verdiyi mesajlar….

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir