Breaking News :

nothing found
30 October 2020

Azərbaycan-Türkiyə ittifaqı: təlim və səfərlərin verdiyi mesajlar….

İstər dünən Türkiyə hərbi heyətinin geniş tərkibdə Azərbaycana səfər etməsi, istərsə də ondan öncə Azərbaycan Xarici İşlərvə Müdafiə nazirlərinin Türkiyə səfərini ancaq Azərbaycan-Türkiyə hərbi təlimləri çərçivəsində görmək məncə, doğru deyil.
Bunu Respekt.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan, eləcə də Rusiya və Ermənistan mediasında geniş tirajlanan “təlimlər keçən ay Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətindı baş verən gərginlikdən sonra planlaşdırıldı” iddiası heç doğru deyil:
“Postsovet dövründə Türkiyə-Azərbaycan münasibətləri tarixində ən irimiqyaslı təlimlərin keçirilməsi, Türkiyənı öz döyüş təcrübəsini Azərbaycanla bölüşmək məqsədilə xeyli əvvəl – 2016-cı ildən planlaşdırılmışdır. Bir sözlə, təlimlər Ermənistanın Azərbaycanla sərhədində hərbi təxribatdan sonra deyil, çoxdan planlaşdırılmışdır. Bu təlimlər ərəfəsində Ermənistan strateji əhəmiyyətli beynəlxalq neft-qaz kəmərləri və kommunikasiyaların keçdiyi ərazilərə yaxın bölgədə hərbi təxribat törətdi.
Burda bir haşiyə çıxım ki, daha öncələr d’ Dağlıq Qarabağ münaqişəsi ilə Avrasiya qitəsinin siyasi-iqtisadi xəritəsini dəyişdirən bir proses başlaması və bunun nəticəsində Avrasiya qitəsinin siyasi-iqtisadi xəritəsi dəyişməsi haqqında danışmışam. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinə diqqət ayırmağın vacibliyini yanlış olaraq yenə də bu prosesdən illər sonra anladı.
Münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazisinin beşdə bir hissəsini işğal etdi, bu işğal faktoru isə qlobal səviyyədə Cənubi Qafqaz regionunun tranzit-lojistik imkanlarını, həmçinin Qərb-Şərq (və əksinə) və Cənub-Şimal (və əksinə) marşrutu üzrə ilkin, aralıq və yekun koridorlarda imkanlarını daraltdı.
Çox təəssüf ki, keçən 30 il ərzində dondurulmuş Dağlıq Qarabağ münaqişəsi son illər ərzində Avrasiya qitəsi üçün yeni siyasi-iqtisadi xəritənin çızılması kimi başqa bir təhlükəli prosesə start verir”.
Bu proses nədən ibarətdir?
Yeganə Hacıyevanın sözlərinə görə, son 30 ildə strateji əhəmiyyətinə görə unikal mineral və karbohidrogen ehtiyatları ilə zəngin, Avropa, Asiya və Afrikanı birləşdirən mühüm iqtisadi və strateji yolların kəsişməsində yerləşən Yaxın Şərq regionunda qlobal güclərin nüfuz bölgüsü-mübarizəsi yekunlaşandan sonra növbə bu mübarizənin aparılacağı diğər strateji regiona keçəçəkdir.
“Yuxarıda haqqında danışıdığımız münaqişənin Avrasiya qitəsi üçün başlatdığı yeni bir təhlükəli proses məhz bununla bağlıdır.
Yaxın Şərq regionundan sonra dünya iqtisadiyatında mühüm rol oynayan dəniz, quru və hava nəqliyyatı xəttləri keçən, qitələrarası enerji nəqli marşrutlarında strateji bənd olan Cənubi Qafqaz regionunda qlobal güclərin nüfuz bölgüsü-mübarizəsi yeni, aqressiv mərhələyə qədəm qoyur.
Azərbaycan-Türkiyə hərbi təlimləri, bu təlimlər ərəfəsinddə Ermənistanın hərbi təxribatı, Azərbaycan və Türkiyənin hərbi və diplomatik qurum rəhbərlərinin qarşılıqlı səfərləri, hətta Ermənistana son günlər Rusiyadan 400 ton hərbi texnika göndərilməsinə də məhz bu kontekstdən baxmaq lazımdır”.
Təlimlər və səfərlərin verdiyi mesajlar hansıdır?
Yeganə Haciyevanın sözlərinə görə, təlimlərin keçiriliməsinin əsas hədəflərindən biri Türkiyə ordusunun lokal münaqişələrdə, məsələn, İraq, Suriya, Liviyada mobil və effektiv döyüş təcrübəsinin Azərbaycan Ordusu ilə bölüşməsidir:
“Azərbaycan Ordusu bu təlimlərdə Türkiyə Silahlı Qüvvələrinin pilotsuz zərbə aparatları, təyyarələri və vertolyotları, habelə Hava Hücumundan Müdafiə vasitələri və düşmənin arxasında diversiya əməliyyatları həyata keçirən xüsusi təyinatlı bölmələrinin təcrübəsinə yiyələnir.
Diplomatik səfərlər isə Azərbaycanın illərdir söylədiyi və Türkiyənin Milli Təhlükəsizlik Şurasının iyulun 22-də bəyan etdiyi “Ermənistan illərdir işğal altında saxladığı əraziləri azad etmlidir” fikrinin reallaşması istiqamətində hər iki dövlətin razılıq və qətiyyətinin, regionda mümkün böyük müharibə ssenarisinin olacağı halda Türkiyənin Azərbaycanın yanında olacağının sübutudur”.
Yeganə Hacıyeva,
Beynəlxalq münasibətlər üzrə ekspert,
13.08.2020

Yegana Hajiyeva

Read Previous

Erməni lobbisinin Ermənistana dəstəyinin cinayətkar mahiyyəti açılır – çirkli pulların yuyulması…

Read Next

Rusiya Azərbaycanla bağlı siyasətini yeniləməlidr

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir