Breaking News :

nothing found
24 September 2020

Cəmiyyətimizin siyasətlə maraqlanmaması haqda yanaşma doğru deyil”

Azərbaycanda bəzi ölkələrdəki seçki prosesləri hər zaman maraqla izlənilir. Son olaraq Belarusda bazar günü keçirilən seçkilər ölkəmizin gündəmində əsas mövzulardan birinə çevrildi.

Hətta belə rəylər də var ki, əhalinin öz ölkəmizdəki parlament, bələdiyyə seçkilərinə marağı bəzi xarici ölkələrdəki seçkilərdən daha az olur…

Ümumiyyətlə, Azərbaycan özünəməxsus siyasi aktiv cəmiyyəti olan ölkədir. Cəmiyyətimiz haqqında ”siyasətlə məşğul olmur” yanaşması doğru deyil.

Əksinə, Azərbaycan insanı siyasi aktiv insandır və müxtəlif ölkələrdə gedən siyasi proseslərin təhlili və bu istiqamətdəki canfəşanlığının əsasında da məhz bu faktor durur.

Etiraf edim ki, bu halda, uzun illər məni də düşündürən, məntiqi sual yaranır ki, başqa ölkələrin seçki proseslərinə bu qədər maraq göstərən, izləyən azərbaycanlılar niyə öz ölkələrindəki siyasi proseslərdə aktivlik göstərmirlər.

Bunun bir neçə səbəbi var. Əsas səbəb Azərbaycanda siyasətlə məşğul olan qrupların, onların üzdə olan simalarının ölkə vətəndaşı üçün maraqsız olmasıdır.

Sadə, orta statistik Azərbaycan vətəndaşı bu gün Azərbaycanda siyasətlə məşğul olan siyasətçilərin 90 faizindən savadlı, daha yüksək keyfiyyətlərə malik, daha intellektual insandır.

Bütün dünyada olduğu kimi, Azərbaycanda uzun illərdir müxtəlif qruplar cəmiyyətə “siyasi liderlər” yeridirdilər. Sosial medianın cəmiyyətlərə gətirdiyi faydalardan biri də bu üsulun belə “siyasi liderlərin” əlçatan olması üzərindən özünü doğrultmaması oldu.

Günümüzdə 80-90-cı illərdəki müxalif camiə “siyasi lider”lərinin cəmiyyətlərə yeridilməsi prosesi indi özünü doğrultmur. Çünki bir-iki status, canlı yayımdan sonra cəmiyyətin onlar haqqında 70 faiz doğru olan bir fikri formalaşır.

İntellektinə, bacarığına güvənmədiyi şəxslərin apardığı bir prosesə marağın olmaması təbiidir: Belələrinin uğur qazanacağı halda vəziyyətin daha da pisləşə biləcəyindən ehtiyat edən vətəndaş prosesdə iştirak etməmək yolunu seçir”.

Yeganə Hacıyeva,

13.08.2020

Yegana Hajiyeva

Read Previous

Məşhur ABŞ diplomatından maraqlı Qarabağ ideyası – münaqişənin həllində Türkiyə-Rusiya tandemi həmsədrləri əvəzləsin…

Read Next

Əli silahlı Lukaşenkonun taleyi necə olacaq ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir