Breaking News :

nothing found
24 September 2020

Məşhur ABŞ diplomatından maraqlı Qarabağ ideyası – münaqişənin həllində Türkiyə-Rusiya tandemi həmsədrləri əvəzləsin…

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin əməkdaşı Metyu Brayza “Atlantic Council” portalında Ermənistanla Azərbaycan arasında ötənaykı toqquşmalardan, bunun təhlükəli yeni geosiyasi dinamikaya yol açmasından yazıb.

Müəllifin fikrincə, təhlükəni strateji nəqliyyat xətlərinin yaxınlığında ağır silahlardan istifadə, Rusiya və Türkiyənin hərbi qarşıdurması, uyğun vasitəçilik mexanizminin olmaması yaradırdı: “ABŞ və Avropa Birliyinin liderliyinin olmadığı şəraitdə Azərbaycanla Ermənistanı döyüş meydanından danışıqlar masasına yönəltmək Türkiyə ilə Rusiyanın üzərinə düşə bilər”.

Faktiki olaraq, Barayza Minsk Qrupu formatının Türkiyə-Rusiya tandemi ilə əvəzlənməsini təklif edir. Bu mümkündürmü və bu format bizə nə verə bilər?

“Azərbaycan üçün faydalı olan bu format Cənubi Qafqazda yeni geopolitik reallıqlar yarada bilər”

Avropa Birliyi, ABŞ ATƏT-in Minsk Qrupundakı diğər tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların mümkün qədər tez bərpa olunmasında və danışıqların bu formatda davam etməsində maraqlıdır:“Avropa Birliyi yeni formatın və yeni şərtlərin yaranmasını, sənədlərin qəbulu üçün sərf olunacaq zamanı problemin həlli ilə bağlı itirilmiş zaman kimi qəbul edir. Eyni mövqeni fərqli maraqlarla Rusiya da sərğiləyir. ABŞ və Avropa Birliyindən daha çox, Dağlıq Qarabağ konfliktinin nizamlanmasının ATƏT-in Minsk Qrupu çərçivəsində davam etməsində maraqlıdır.

Məsələ ondadır ki, uzun illərdir Dağlıq Qarabağ konfliktinin nizamlanmasında tərəflər olaraq Azərbaycan, Ermənistan və tək legitim beynəlxalq qrup kimi ATƏT-in Minsk Qrupu var.

ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin beynəlxalq hüquq çərçivəsində, ATƏT-in prinsipləri əsasında danışıqlar vasitəsilə, sülh yolu ilə həlli kimi təqdim edilir. Son illər isə bu ifadəyə bir də “tərəflərin kompromisi vasitəsilə nizamlama” kimi fikirlər əlavə edilib. ATƏT ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, üzv ölkələr arasında siyasi və iqtisadi həyatın sivil birgəyaşayış qaydalarını, dövlətlərarası münasibətləri əməkdaşlıq və qarşılıqlı faydalılıq istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını daşısa da, onun bu funksiyanı ATƏT coğrafiyasında uğurla yerinə yetirdiyi iddia oluna bilməz”.

ATƏT-in Minsk Qrupu və həmsədrlərinin vasitəçiliyi nəinki Dağlıq Qarabağ konfliktinin nizamlanmasında, hətta tərəflər arasında genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasının qarşısını almaqda belə yararsızdır:“Halbuki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin belə hallarda gərginliyin tənzimlənməsi üçün mövcud mexanizmi var. Lakin bu mexanizmlər işlədilmir, gərginlik zamanı və gərginlik sonrası təxribatçı və təcavüzə uğrayan tərəfə az qala eyni standartlar tətbiq edilir və nəticədə işqalçı tərəfin istədiyi status-kvo davam edir. Yəni konfliktin nizamlanmasında bu format işə yaramır.

ATƏT-in Minsk Qrupunun vasitəçiliyi dövründə bir neçə dəfə nizamlanma prosesinə Türkiyənin qoşulması təşəbbüsləri olsa da, bu fikir ATƏT-in Minsk Qrupunun digər üzvləri tərəfindən müsbət dəyərləndirilməyib.

Bu həftə Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü zamanı Lavrov yenidən danışıqları aparanların tərkibini dəyişmək cəhdlərinin qəbuledilməz olduğunu dedi və bu fikri Azərbaycanın son zamanlar Dağlıq Qarabağ konfliktinin nizamlanması prosesinə Türkiyənin cəlb edilməsi təşəbbüsünə Rusiyanın cavabı olaraq qəbul edirik. Bu mövzuda ABŞ və AB-nin də eyni yanaşma sərgiləyəcəyi qənaətindəyəm. Amma məsələ ondadır ki, Rusiya və ya diğər həmsədr ölkələr Dağlıq Qarabağ konfliktinin ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanmasının davam etməsində maraqlıdırsa, ortaya real təkliflər, işğalçı və işğala uğrayan tərəfə ədalətli yanaşmalar ortaya qoymalıdır. Bir sözlə, məsuliyyəti bərabərləşdirməməlidir.

Onu da qeyd edim ki, bir neçə aydır konfliktin həllində yeni formatın yarana biləcəyi haqqında mesajlar maraqlı tərəflərin iştirakçılıq təşəbbüsləri ilə müşayiət olunur. Bu xüsusda Türkiyə və İran rəsmilərinin və XİN nümayəndələrinin mesajlarını və s. təşəbbüs kimi qəbul edirik. Qardaş Türkiyənin mövqeyi aydındır, amma İran rəsmilərinin, prezident administrasiyası rəhbərinin zəngləri və s. təxninən “bizi bu prosesdə kənarda qoymayın” kimi səslənir.

Yeni format, yəni Türkiyə-Rusiya tandemi nizamlama prosesində hansı irəliləyiş əldə edə bilər sualına gəlsək, bu iki gücün bundan öncəki digər regionlarda – Yaxın Şərq, Şimali Afrika və s.- danışıqlar və nizamlama təcrübəsinə diqqət yetirmək lazımdır. Azərbaycan üçün faydalı olan bu format Cənubi Qafqazda yeni geopolitik reallıqlar yarada bilər”.

Fəaliyyətsiz bir qurum kimi Minsk Qrupunun bir müddət prosesdən kənarlaşması və estafeti başqalarına verməsi daha yaxşı olar.

 

Yegana Hajiyeva

Read Previous

Rusiya Azərbaycanla bağlı siyasətini yeniləməlidr

Read Next

Cəmiyyətimizin siyasətlə maraqlanmaması haqda yanaşma doğru deyil”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir