Breaking News :

nothing found
30 October 2020

Rusiya Azərbaycanla bağlı siyasətini yeniləməlidr

Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır.

“Ölkəmizin Rusiyaya qoyduğu investisiya 1,2 milyard dollar, Rusiyanın isə Azərbaycana qoyduğu investisiya 4,9 milyard dollar həcmindədir. İllik ticarət dövriyyəsinin həcmi 3 milyard dollara yaxındır. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb, Rusiyanın ölkəmizin iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollardır. Hazırda iki ölkə arasında 200-dən çox dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Keçən il Rusiya-Azərbaycan əməkdaşlığının 2024-cü ilədək olan dövr üçün əsas istiqamətləri razılaşdırıldı . Razılaşma özündə 7 “yol xəritəsi”ni ehtiva edir”.

Prezident İlham Əliyevin ötən il dekabrın 2-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşündə ikitərəfli münasibətlər müzakirə edildi, əməkdaşlığın prioritet istiqamətləri müəyyən edildi və bu istiqamətlər əsasında hər iki ölkənin xarici siyasət idarələrinin 2020-ci il üçün məsləhətləşmə planı imzalandı:

İki gün öncə Moskvada keçirilən Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş də məhz onda razılaşdırılmışdı. Lakin məsələ burasındadır ki, keçən ay Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisində baş verən təxribat, bu təxribatın ətrafında Ermənistan baş naziri və müdafiə nazirinin açıqlamaları, təxribatdan həmən sonra Rusiyanın Ermənistana göndərdiyi 400 tonluq hərbi yardım və s. kimi hadisələrin fonunda ikitərəfli münasibətlərdə suallar yaranıb.

XİN rəhbərlərinin görüşündə yenidən ikitərəfli münasibətlərin prioritet mövzuları, regional və beynəlxalq gündəmdəki aktual məsələlər və həmçinin, ikitərəfli əlaqələrin perspektiv inkişafı müzakirə edilib. Müzakirə olunan regional mövzular arasında əsas məsələ isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olub və Azərbaycanın Rusiyadan gözləntiləri səsləndirilib”.

Rusiya tərəfi ilk öncə ikitərəfli münasibətlərin inkişafı üçün mədəni-humanitar, iqtisadi əlaqələrin, eləcə də Azərbaycanın rus dilinə qayğıkeş münasibətinin vacibliyini ifadə etdi:

“Ardınca Lavrov regional məsələlərlə bağlı hər iki ölkənin mövqeyinin üst-üstə düşməsi və ya çox yaxın olması haqqında danışdı, ATƏT-də və digər qurumlarda əməkdaşlığın uğurla həyata keçirildiyini qeyd etdi.

Lavrov bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin dinc nizamlanmasında nəticələrə nail olmaq üçün münbit atmosfer yaradılması vacibdir. Görüşdə bu barədə də ətraflı müzakirələr aparıldı.

Azərbaycan isə növbəti dəfə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyaya ayrıca ümid bəslədiyini qeyd etdi. İyulun 12-16-da Ermənistanla sərhəddə gedən döyüşlərin Azərbaycanın nəqliyyat infrastrukturunu təhlükə altına salmaq məqsədilə törədilən təxribat olduğu vurğulandı. XİN başçısı Ceyhun Bayramov danışıqların imitasiya xarakteri daşımamalı olduğunu, konkret məqsədlərə nail olmağa xidmət etməsinin vacibliyini qeyd etdi”.

Rusiya Ermənistan baş nazirinin son illər “Artsax xalqı” adlandırdığı üçüncü tərəfin danışıqlara cəlb olunmasına nöqtə qoyacaq bir fikir səsləndirib: “Bu da ondan ibarətdir ki, o, tərəflərin danışıqlarda iştirakının imzalanan sənədlərdəki şərtlər daxilində davam edəcəyini qeyd etdi. Lakin burda da bütün bəndlərlə bağlı razılıq olmadığını, danışıqları aparanların tərkibini dəyişmək cəhdlərinin qəbuledilməz olduğunu dedi.

Lakin bu fikiri həm də Azərbaycanın son zamanlar Dağlıq Qarabağ konfliktinin nizamlanması prosesinə Türkiyənin cəlb edilməsi təşəbbüsünə cavab olaraq da qəbul edə bilərik.
Rusiya tərəfi BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla, beynəlxalq birliyin işləyib hazırladığı qərarların əldə rəhbər tutulmasının vacib olduğunu qeyd etdi.

Məsələ burasındadır ki, son illərin geosiyasi və geoiqtisadi reallıqlarının nəticəsi olaraq , Azərbaycanla Rusiya arasında münasibətlər yenilənməlidir:

“Yeni reallıq Rusiyanın Azərbaycanla münasibətlərində daha səmimi çalarları artırmasını şərtləndirir. Bu, üzun müddətli dövr üçün Rusiyanın Cənubi Qafqaz maraqlarının müdafiəsi istiqamətində ən doğru addımdır. Rusiya Cənubi Qafqaz regionunda tərəfdaşlarının müəyyənləşməsi məsələsinə yenidən baxmalı və konfliktin həlli istiqamətində Ermənsitanın mənafeyinə xidmət edən yanlışlıqları aradan qaldırmalıdır.

Yeganə Hacıyeva,

27.08.2020

Yegana Hajiyeva

Read Previous

Azərbaycan-Türkiyə ittifaqı: təlim və səfərlərin verdiyi mesajlar….

Read Next

Məşhur ABŞ diplomatından maraqlı Qarabağ ideyası – münaqişənin həllində Türkiyə-Rusiya tandemi həmsədrləri əvəzləsin…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir