Breaking News :

nothing found
05 December 2020

Sistemli gözdənsalma siyasəti təhlükəli hal alıb…

Sentyabrın 7-dən 18-dək Gürcüstanda ABŞ-ın təşəbbüsü ilə “Güclü Avropa” çoxmillətli hərbi təlim başlayır. Tbilisi…

Gepostet von Yegana Hajiyeva am Sonntag, 6. September 2020

Sentyabrın 7-dən 18-dək Gürcüstanda ABŞ-ın təşəbbüsü ilə “Güclü Avropa” çoxmillətli hərbi təlimləri başlayır.
Tbilisi yaxınlığında “Vaziani” və “Norio” poliqonlarında keçirilən təlimdə ABŞ, Böyük Britaniya, Polşa və Fransa ordu qüvvələri iştirak edir.
Rusiya iki aydır aktiv şəkildə Ermənistanı silahlandırmaqda davam edir.
İyulun 15-dən Gürcüstan ərazisindən, avqustun 3-dən Rusiyanın Mazdok- Qazaxstanın Aktau, Türkmənistanın Türkmənbaşı-, İranın Nevşəhr, – İranın Rəşt- Ermənistanın Meğri – Ermənistanın Yerevan marşrutu ilə İl-76 hərbi-nəqliyyat təyyarələri silah daşınması həyata keçirib.
Avqustun 25-dən Rusiyanın Suriyadakı Hmeymim aviabazasından, sentyabrın 4-dən İran-Ermənistan Norduz sərhəd keçidindən silahlar daşınır.
Ermənistandan silahların bir hissəsi Azərbaycanın işğal altındakı ərazilərin – Dağlıq Qarabağa daşınır.
Daşınmaların bir partiyası ilə Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyan Dağlıq Qarabağa səfər edib, orda hərbi təlimə qatılıb və poz verib.
Türkiyə ordusu Naxçıvandadır, Türk Hava Qüvvələri Kayseri Erkilet – Ankara Etimesgut – Sumqayıt Nasosni və əks istiqamətdə test uçuşu nümayiş etdirib.
Ermənistandan fərqli olaraq, Azərbaycanda daxili proseslər və siyasi ab-hava tamam başqa mövzulara köklənib.
Dövlət institutlarının sistemli gözdən salınması siyasəti təhlükəli hal alıb.
Azərbaycanla bağlı informasiya siyasətini niyyəti xoş olmayan tərəf iki platforma – internet resurslar və yeni qruplar (təcrübəsizlikdən yaxına buraxılıb) vasitəsilə kənar təsir agentlərinin təqdimatında, regionda gedən proseslərdə Azərbaycan maraqlarına cavab verməyən, qeyri-adekvat şəkildə aparır.
Yeganə Hacıyeva,
07 Sentyabr 2020.

Yegana Hajiyeva

Read Previous

Radikal mühacir azərbaycanlılar idarə olunan missiya altında – Azərbaycan diasporunun bütövləşməsini əngəlləmək…

Read Next

Erməni vandalizmi növbəti dəfə faktlarla….

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir