Breaking News :

nothing found
30 October 2020

Erməni vandalizmi növbəti dəfə faktlarla….

Keçən ilin sentyabr ayında Ermənistanın rəsmi dövlət qurumu nümayəndələrinin iştirakı ilə Vedi rayonu Xosrov tarixi qoruğunda müsəlman və kürd qəbiristanlığının dağıdılması haqqında sujet palaşmışdım.

Bu video bir araşdırmanın media buraxılan kiçik hissəsidir. Daha geniş hissəsi isə sputnik görüntüləri və s. kimi faktlara əsaslanır.

https://www.facebook.com/permalink.php?story_fbid=1249419115409890&id=100010254398286&notif_id=1599725374703904&notif_t=feedback_reaction_generic

Bu vandalizm aktı və diğərləri ermənilərin Naxçıvan, Culfada güya erməni xaçkarlarının dağıdılması məsələsini YUNESKO da qaldırdığı günlərdə ermənistan dövləti tərəfindən həyata keçirilirdi.

Bunun əsasında Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi, diplomatik missiyamız YUNESKO-da erməni “teatrını” alt-üst etdi.

Almaniya Bundestaqının kürd əsilli deputatı xanım Helen Evrim isə bu video əsasında ölkə parlamentində erməni vandalizmini müzakirəyə çıxartdı.

Bu ilk dəfə idi ki, Almaniyadakı kürd siyasi icması ilə öz milli maraqlarımızın lobbiçiliyi istiqamətində işlər görülmüşdü.

Buna qədər Almaniyadakı siyasi kurd icması daha çox erməni maraqları çərçivəsində, Azərbaycan əleyhinə cəbhədə yer alır və o cəbhədən çıxış edirdi.

Bu miqyasda işə görə mən maliyyə almamışam, nə də bunu maliyyəyə görə etməmişəm. Bunu mən Allahın mənə verdiyi bacarıq və imkanlardan dövlətimin və xalqımın yolunda zəkat olaraq verirəm kimi qəbul edirəm. Həmişə də bu belə olacaq.

Məsələ ondadır ki, bu süjetdən bir-iki gün sonra birdən birə bizim ölkədə sosial mediadakı məlum şəbəkə mənə qarşı qarşı bir cəbhə açdı.

Mən əslində belə araşdırmaların risklərini dəyərələndirə biləcək qədər təcrübəli, belə “təzyiq”ləri görməməzlikdən gələcək qədər təmkinli və onlara cavab verməyəcək qədər səbirli biriyəm. Məsələ onda deyil.

Məsələ ondadır ki, son aylar bu şəbəkə qəribə tərzdə çox aktivləşib, iyul hadisələrindən sonra isə sosial mediada təşəbbüsü tam ələ alıb.

Regiondakı həssas bir məqamda ölkədaxili gündəm fərqli mövzularla zəbt olunub və bu mövzular o qədər səsküylüdür ki, onların səs-küyünün fonunda əsas mövzular müzakirə olunmur.

Bu təxminən 88 ci ildə Bakıda keçirilən mitinqlərin səs-küyündən ermənistandan 200 min Azərbaycanlının öz dədə baba torpaqlarından qovulmasının diqqətdən kənarda qalmasını və ya 90 ci illərin əvvəlində Bakıda keçirilən mitinqlərin fonunda rayonların işğalı və 800 min əhalinin öz vətənində məcburi köçkün düşməsini xatırladır.

Yeganə Hacıyeva,

10.09.2020

Yegana Hajiyeva

Read Previous

Sistemli gözdənsalma siyasəti təhlükəli hal alıb…

Read Next

Ermənilərin Rusiya maliyyəsi hesabına Dağlıq Qarabağda apardığı qanunsuz məskunlaşma siyasəti…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir