Breaking News :

nothing found
30 October 2020

Gürcüstanı Azərbaycanla vuruşdurmaq istəyən(lər)in kimliyi…

Gürcüstanın Baş Prokurorluğu, Gürcüstan-Azərbaycan sərhədinin müəyyənləşdirilməsinə dair hökumət komissiyasının fəaliyyətinin qanuniliyini araşdırmağa qərar verib.

İstintaq şöbəsindən verilən rəsmi açıqlamada, sərhədin bəzi hissələrinin qanunsuz olaraq ölkənin ərazi maraqlarına zərər verərək razılaşdırıldığı göstərilmişdir.

Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 308-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət səbəbi ilə başlanıb.

Bunlar “Gürcüstanın ərazi toxunulmazlığının pozulması”, “Gürcüstanın bütün ərazisini və ya onun bir hissəsini xarici dövlətə verməyə və ya bir hissəsini Gürcüstan ərazisindən ayırmağa yönəlmiş hərəkətlər” dir.

İşin təşəbbüskarı Gürcüstan prezidenti Salome Zurabişvilidir.

Əlbəttə Gürcüstanın yeni höküməti, hər seçki öncəsi (seçki bitən kimi də unudulur) Saakaşvili hakimiyyətinin Gürcüstanın dövlət maraqlarına zidd fəaliyyəti haqqında səsli-küylü bir cinayət işi başlamağa adət edib, amma bu cinayət işində bizim dövlət ərazimiz də hallandığı üçün, bu işin indi başlaması bizə qarşı yeni  yeni cəbhə açmaq, yeni təsir vasitəsi, xəyanət olması şübhə doğurmur.

Xatırlayıram ki, Salome Zuribaşvili səfir fəaliyyətindən çəkilib, Gürcüstan siyasətinə  qatılan zaman onun haqqında bir sıra məlumatlar sızmışdı.
Məlumatlardan biri də Salome Zurabişvilinin  Avropa Komissiyalarına işi zamanı Rusiyanın maraqlarının xeyrinə fəaliyyəti haqqında idi. Gözə görünməz bir əl o məlumatları qısa müddətdə mediadan sildi süpürdü.

Həm də xatırlayıram ki, iki il öncə Gürcüstanın dini lideri II İlya, Gürcüstan-Azərbaycan münasibətlərinin korlanmasında maraqlı olan qüvvələrin Gürcüstan hakimiyyətində ən yüksək səviyyədə təmsil olması haqqında fikir söyləmişdi.
Hər iki məlumat özünü təsdiqləyir, II İlya da haqlıdır.

Amma hər iki halda belə cəhdlərin arxasında hansı qüvvə durur, biz onu tanıyırıq.

Yeganə Hacıyeva,

30.09.2020

 

Yegana Hajiyeva

Read Previous

Ermənilərin Rusiya maliyyəsi hesabına Dağlıq Qarabağda apardığı qanunsuz məskunlaşma siyasəti…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir