Breaking News :

nothing found
26 January 2021

ABŞ-da bitən demokratiya nağılı…

ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri, seçkidən sonra yaşananlar dünyanın diqqət mərkəzindədir. Qlobal səviyyədə  özünü “demokratiya və demokratik seçki jandarmı” kimi aparan, müxtəlif ölkələrin seçkilərin demokratik keçirilməməsi, mübahisələrin olması ittihamı ilə suçlayıb sıxışdıran ABŞ artıq ikinci dəfədir ki, özü seçki sıxıntısı yaşayır.

“Reality Şou” xarakteri daşıyan ABŞ seçkisi həmişə gərgin və seçki sisteminin doğurduğu narazılıqlarla keçib. Lakin artıq neçənci seçkidir ki, narazılıqlar namizədlərin tərəfdarlarının bıçaqlanması, etirazlar, toqquşmalarla müşayiət olunur.  Keçən il noyabrın 3-də keçirilən prezident seçkisindən sonra yaşananlar isə əsl xaosu xatırladır.

Əminliklə demək olar ki, hələ indiyə qədər Birləşmiş Ştatlarda bu cür qalmaqallı seçkilər olmayıb. Hazırkı prezident, respublikaçı Donald Tramp və onun demokratlardan olan rəqibi, seçkinin nəticələrinə görə qalıb gəlmiş  Co Bayden arasında gedən rəqabəti ancaq belə adlandırmaq olar.

İndiyə qədər ölkədə keçirilən prezident seçkilərində dünya bunun şahidi olub ki, seçkilər bitən kimi məğlub tərəf qalibi təbrik edib və bu həmişə demokratik seçki marafonunun mühüm şərti və atributu sayılıb. Bu dəfə isə  bu baş vermədi.

Bu seçkilərdə istər seçki kampaniyasında, istər səsvermə günü, istərsədə səslərin sayıldığı müddətdə də hər iki namizəd bir-birini saxtakarlıqda ittiham etdi.

İlk gündən namizədlərin ABŞ seç̧ki sistemi çatışmazlıqlar barədə səsləndirdikləri fikirləri , ABŞ da  xalqın demokratik qurumlara olan inamını zədələnməsini ilə nəticələndi.

Seçki sonrası keçirilən sorğuların nəticəsi onu sübut edir ki,  ABŞ-da uzun illərdir tətbiq olunan seçki sistemi  artıq əvvəlki demokratik müsbət effekti vermir.

ABŞ öz tarixinin böyük hissəsində seçkilərlə ikipartiyalı sistem əsasında idarə edilib, ölkənin ̧ seçki sistemini  ümumilikdə bu iki partiyanın sistemi, seçkiləri isə bu iki partiyanın yarışması da adlanıra bilərik.

 

 

ABŞ seçki sistemidə  yalnız bir dəfə 1912-ci ildə üçüncü partiyadan olan namizəd, İslahatçı kimi namizədliyi irəli sürülən  Teodor Ruzvelt seçkilərdə səslərin 20 %-ini qazana bilib.

ABŞ seçki sistemi müasir dünyanın şərtlərinə görə köhnə və sıravi vətəndaşın səsini vacib hesab etməyən bir sistemdir. Prezident seçkiləri dörd ildən bir, üç mərhələdə: yerli, ştat və federal səviyyədə baş tutur.

Ümumiyyətlə, ABŞ seçki sistemi elə qurulub ki, ölkə üzrə bütün ştatlar üçün yekcins və vahid prezident seçkiləri prosesi yoxdur, bu proses çoxpiləli və bir neçə mərhələdən ibarət mürəkkəb prosesdir.

Daha öncə qeyd etdiyim kimi, ABŞ seçki sistemi siravi vətəndaşın səsini vacib hesab etmir, qalib isə seçicilərdən  ən çox səs sayı alan namizəd deyil, Seçənlər kollegiyasının ən çox səs verdiyi şəxs hesab edilir.

Seçənlər kollegiyasının mövqeyi ilə onları seçən sıravı seçicilərin mövqeyinin üst-üstə düşməməsi isə ABŞ üçün normal haldır.

Baxmayaraq ki, keçən əsrin 60-cı illərindən sonra bir sıra ştatlarda Seçənlər kollegiyasının səsvermədə onları seçən seçicilərin  mövqeyini ifadə etməsi üçün öhdəlik imzalanması təcrübəsi tətbiq edilir. Amma çox ştatda bu belə deyil.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyası birgə həyata keçirilən müşahidə missiyası noyabrın 3-də baş tutan seçkilər haqqında rəyi təxminən 3-cü dünya ölkələrində seçkini xarakterizə edən çatışmamazlıqları ifadə edən bir rəydir.

Seçki kampaniyası sistemli saxtakarlığa dair rəylər, ABŞ seçki sistemində dərin kök salmış siyasi qütbləşmənin təzahürü kimi ifadə olundu və ABŞ-da xalqın ,sıravi vətəndaşın səsvermə hüququnu məhdudlaşdırılması kimi bir fikir ifadə olunur. Ölkədə sıravi vətəndaşın səsinin sayılmasın vacibliyinə diqqət çəkən ATƏT ABŞ-a bunu xatırlatdı.

Bu prezident seçkilərdə iştirakçılıq faizi də bir əsrdən çox müddət ərzində ən böyük iştiraklılıq və ABŞ tarixində ən bahalı president seçkisi hesab olunur. Bu il keçiriliən seçkilərə sərf edilən ümumi xərclər 14 milyard dollar civarında olub. Vəziyyət o yerə çatıb ki, dünyaya demokratiya dərsi keçən və demokratik seçki nümunəsi öyrədən ABŞ-da prezidentliyə namizədlər bir-birini seçki saxtakarlığında ittiham etdilər. Ölkənin prezidenti iştirak etdiyi seçkidə saxtakarlıqların olduğundan şikayət etdi və milyonlarla səsin düzgün hesablanmaması ittihami ilə Ali Məhkəməyə müraciət etdi.

Özünü qlobal  demokratiyanın beşiyi və müdafiəçisi hesab edən ABŞ-da hakimiyyət uğrunda gedən mübarizə Afrikanın  inkşaf etməmiş ölkələrindəki kimi kütləvi iğtişaşlarla müşahidə olundu.

ABŞ  Konqresində baş verən hadisələr təkcə demokratiyanın    böhranı kimi yox, həm də supergüc dövlətin əsaslarını sarsıdan  bir hadisədir. Təsadüfi deyil ki, dünya mediası ABŞ-la qeyri-stabil sisyai sistemə malik ölkələr arasında paralellər aparır.

Kongresdə baş verən hadisələr zamanı etirazçılara qarşı şiddət tətbiq olunur, hüquq mühafizə orqanları  kifayət qədər qəddar davranır və  nəticədə 4 nəfərin həlak olması barədə xəbərlər var.

Etirazların alovlanmasından ehtiyat edən Vaşinqton meri şəhərdə komendant saatı elan etdi və bu qərar əslinə milyonlarla insanın sərbəst toplaşma, ifadə azadlığının limitləyən bir qərar idi.

Nədənsə,  başqa ölkələrdə etirazçılarla polis arasında baş verən insidentləri kəskin pisləyən təşkilatlar  və ölkələrin bu məsələyə sərt reaksiyasına rast gəlmirik.

ABŞ-da baş verənlərə dünya birliyinin susqun mövqeyi də çoxlu suallar doğurur.

Polisin  etirazçılara güc tətbiqi fundamental insan haqqları, vətəndaşların seçim haqqının pozulması ilə bərabər, seçki sonrası  ölkə daxili siyasi mühiti güc hesabına formalaşdırılması təəsüratını bağışlayır.

Sərbəst toplaşma, ifadə azadlığının bütün dünyada  fundamental insan haqqlarının əsasını təşkil edən dəyərlərdir.

ABŞ özü uzun illər  qlobal səviyyədə belə dəyərlərin müdafiəçisi rolunda çıxış edir və  polisin etirazçılara güc tətbiqi iradını müxtəlif ölkələrə qarşı təzyiq və təsir vasitəsi kimi istifadə edirdi.

Lakin dünən ABŞ da  seçkidə saxtakarlıq hallarını araşdırmağa çağıran, seçkinin nəticələrinə  etiraz edən vətəndaşlara qarşı polisin güc tətbiqi  avtoritar ölkələrin üsullarından heç nə ilə fərqlənmədi.

ABŞ  kongresində etirazçılara qarşı polis şiddətini keçən il iyulun 14-də Azərbaycanda parlament binası önündə baş verən hadisələrdə Azərbaycan polisinin davranışı ilə müqayisə edə bilərik.

Azərbaycan polisinin dözümlü, polis etikası çərçivəsində davranışı və ABŞ polisinin sərt metodlardan istifadəsi arasında müqayisə Azərbaycan polisinin daha  sivil və müttərəqqi təcrübəsi haqqında danışmağa əsas verir.

Polisin Kongres binasında, seçki nəticələrinə etiraz edən kütləyə silah açması, biri qadın, diğəri müharibə veteranı və daha iki nəfəri   öldürməsi isə hökümətinin  seçkidə saxtakarlıq hallarını araşdırmaq deyil,  bu saxtakarlıqlara  dinc etiraz edən vətəndaşların silah gücünə susdurması məqsədi daşıdı.

Oxşar hadisələr Azərbaycan , Türkiyə və digər müsəlman ölkəsində baş versə idi, heç şübhəsiz ABŞ höküməti sanksiyalar tətbiqi tələb edər və bu hadisələri mütləq həmin dövlətlərə və hökümətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edərdi.

Kongresdə  baş verənlər və öldürülmüş şəxslərin kimliyi haqqında isə bu gün ABŞ  mediasındakı yazılar sadəcə təəssüf doğurur.

ABŞ mediası seçkilərin nəticələrinə etiraz edən əli yalın vətəndaşların  Konqres binasını ələ keçirməsini  200 il əvvəlki ingilis işğalı ilə müqayisə edir və nədənsə  diğər ölklərdə oxşar hadisələr zaman sərgilədikləri mövqelərdən fərqli mövqe nümayiş edirlər.

ABŞ da siyasi sistemin böhranından doğan narazılıqlar, seçkilərə müdaxilə halları, hətta xaricdən müdaxilə halları barədə danışılması, ö̈lkənin prezidenti iştirak etdiyi seçkidə saxtakarlıqların olduğundan şikayət etməsi  artıq o deməkdir ki, ABŞ dünya ölkələri üçün demokratik seçkilər nümunəsi sayılmır və sayıla bilməz.

07.01.2021,

Yeganə Hacıyeva

 

Yegana Hajiyeva

Read Previous

Gürcüstanı Azərbaycanla vuruşdurmaq istəyən(lər)in kimliyi…

Read Next

KİV-lər haqqında qanuna tələblər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir