Breaking News :

nothing found
26 January 2021

KİV-lər haqqında qanuna tələblər…

Son illərin geniş yayılmış treminlərindən biri heç şübhəsiz dezinformasiyadır.

Bir cümlədə dezinformasiyanı “iqtisadi-siyasi fayda əldə etmək, ictimaiyyəti qəsdən aldatmaq yolu ilə ictimai siyasi proseslərə zərər vurmaq” üçün yaradılan, təqdim edilən və yayılan yanlış məlumatlar kimi ifadə edə bilərik.

Keçən il  BMT dezinformasiyaya qarşı qlobal mübarizə məqsədi ilə etibarlı və dəqiq məlumatların çoxaltmaq və ən əsası  məlumatları “Verifed  – Yoxlanmış”  virtual möhürü ilə paylaşmaq kampaniyası başladı.

BMT dezinformasiyaya qarşı kampaniyanı ilkin olaraq koronavirusla əlaqədar artmaqda olan yalan məlumatlara qarşı mübarizə aparmaqla başladı.

BMT bunu  bütün dünyada virtual məkanları yalan, qorxu və nifrət dolu məlumatları nəql edənlərə təslim etməməyə qarşı bir hərakat kimi nəzərdə tutur və  başlanğıc kimi  dezinformasiyanın yayılmasında cəlbedici məhsullardan və yayma metodlarından istifadəsi üsulları nəzarətə götürülməsini tələb edirdi.

İki il öncə, Avropa Birliyinə 28 üzv ölkənin rəhbərliyi birliyin  dezinformasiya ilə mübarizə üzrə effektiv strateji rabitə komandası yaradılması və onun iş planı hazırlamaq prosesinə start verdi.

Hər iki qlobal təşkilatın təşəbbüsü yerli hökümətlərə dezinformasiyanın yayma metodlarının istifadəsi üsullarına  nəzarətin vacibliyi  nəzərdə tutur,  üzv dövlətlərin KİV haqqında yerli qanunvericiliyə yenidən baxılması və dəyişikliklər edilməsini tövsiyyə edirdi.

Bu təşəbbüslər məğzində  KİV qrupuna aid olan yeni alətlərin- internet, sosial medianın  texnoloji inkşafının bir hissəsi kimi cəmiyyətlərin inkşaf və sabitliyinə xidmət etməsi, cəmiyyətlərə faydalı olmasının vacibliyi  dururdu.

Eyni ildə Almaniya, Fransa, İtaliya, İsveç,  ABŞ kimi dövlətlər KİV sahəsində yerli qanunvericiliyə elektron və sosial medianın tənzimlənməsi  üçün norma və əsasları əlavə edilməsi ilə bağlı dəyişikliklər etdilər.

Yerli qanunvericiliyə edilən dəyişikliklərlə paralel  elektron və sosial platformalar daxil olmaqla KİV və internet resurslarda siyasi, təhlükəsizlik və diğər aspektlərdən dəyərləndirilməsi, dezinformasiyanın yayılma metodlarına nəzarət,  bir sözlə KİV-i yeni tələblərlə idarə edilməsi, tənzimləməsinə nəzarət edən qurumlar formalaşdırıldı.

Bir sıra Avropa ölkələri, məsən Fransa isə KİV haqqında qanuna etdiyi əlavələr isə bir sıra hallarda son illərin geniş yayılmış vətəndaş jurnalistikasının qadağan edəcək məqamlar əlavə edildi, məsələn Fransa nümunəsində  kütləvi tədbirlər zamanı polis və diğər güc strukturlarının nümayəndələrinin çəkiliş, elektron, sosial platformlarda canlı yayımların qadağan edilməsinə səbəb olan əlavələri göstərmək olar.

Bütün dünyada dezinformasiyanın yayma metodu demək olar eynidir, cəmiyyətlərə yönəlik  yalan və təhrif edilmiş məlumatlarla internet resurslar, elektron media, sosial platformaların istifadəçilər, bloger,  vətəndaş jurnlistikası və s. kimi yeni alətlərlə təqdimatı və tirajlanması həyata keçirilir.

Son illərin KİV-lər haqqında  qanunun müasir tələblərindən biri  internet resurslar, elektron, sosial media platformalarda vətəndaş jurnalistikasının tənzimləməsi və dezinformasiyaya qarşı imunitetlərin formalaşdırılmasına xidmət edən mexanizmlərin yaradılmasıdır və s

Belə mexanizmlər  media və ifadə azadlığının təminatı üçün nəzərdə tutulan imkan və alətlərin dezinformasiyanın yayılması üçün vasitə və ya alət olmasına nəzarətin güclənməsinə xidmət etməlidir.

Azərbaycan, internet resurslar, sosial media platformlarından ictimai şüurun həssas nöqtələrinə basılmaqla dezinformasiya yayma və hibrid üsullarla təzyiq, təsir təbliğatlı informasiya əməliyyatlarına məruz qalan  ölkələrin sırasındadır.

Bu hal həmişə  mövcud olsa da 44 günlük Vətən müharibəsi öncəsi, ərəfəsi və sonrası müddətdə  informasiya təxribatları axını gücləndi və cəmiyyətin bütün təbəqələrinə siraət etdi.

Məhz  bu günlərdə nternet resurslar, elektron , sosial media tənzimləmə və nəzarətin olmaması üzərindən yerli resursların təbliğatında kənar təsirlərə məruz qalması daha aydın hiss edildi. Kənar təsirlərin fikir formalaşmasında iştirakı o qədər genişləndi ki, yerli elektron və sosial medianın təbliğat tezisləri Ermənistanın rəsmi təbliğatı ilə sonxronluq təşkil etdi.

Hərbi əməliyyatlarda, 10 Noyabrda imzalanmış 3 tərəfli razılaşmada qalib tərəf  biz olduğumuz  halda erməni  media kanalları və resurslarının müxtəlif dillərdə paylaşlan yalan xəbər, dezinformasiyaları Azərbaycan mediası tərəfindən tirajlandı və bu proses hələ də davam edir.

Erməni internet kanallarının dezinformasiyaları  cəmiyyətdə fikir formalaşmasında iştirak edir və onların dezinformasiyaları  cəmiyyətin parçalanması, həmrəyliyinin pozulması istiqamətində “şübhə-əsaslar” formalaşdırır.

Buna qarşı əks təbliğat aparan yerli resursların  qeyri-peşəkarlığı, dezinformasiya qarşı vaxtında və ən əsası arqumentli əks təbliğat qura bilməməsi, bir sıra hallarda isə prosesi düzgün dəyərləndirə bilməməsi səbəbi ilə yanlış təqdimatı cəmiyyətdəki şübhəni daha da dərinləşməsinə xidmət edir.

KİV-lərdə bu mövzuların gecikmiş və qeyri-profesionallıqdan irəli gələn primitiv izahları çox vaxt cəmiyyətin intelektual göstəricilərinə cavab vermir.

Nəticədə arqumentsiz əks təbliğat üzərindən şübhələr dərinləşir, sosial mediada kütləvi izləyiciləri olan səhifələrdə belə təbliğatın tirajlanması daha  pis nəticə verir , çünki geniş  kütlədə şübhə yaradır.

KİV-lərdə tənzimləmə və nəzarət olmaması bir çox hallarda yerli elektron medianın düşmən tərəfin təbliğatı, xarici media , beynəlxalq təşkilatların hesabatları üçün dezinformasiya əsaslı istinad mənbələri formalaşdırılmasına səbəb olur.

Məsələn, sentyabrın 28-də hərbi rejim əsasları ilə  Azərbaycanda bır sıra elektron KİV-lərə internet verilməsi dayandırıldığı üçün, həmin KİV-lər cəbhəyə aid  təhrif olunmuş məlumatları öz sosial media səhifələrindən paylaşmaqla, təhrif olunmuş istinad mənbələri –dezinformasiyalar formalaşdırmağa davam etdilər.

Elektron resurslarda, sosial platformlarda döyüş bölgələrindən sızmış , zorakılıq görüntüləri olan materialların nizamsız paylaşılması ölkənin beynəlxalq imicinin korlanması üçün fürsət güdən dairələrə əlavə material, istinad mənbələri formalaşdırdı.

KİV-lərdə jurnalist və ya aparıcılarn qeyri peşəkarlığı üzərindən  milli, dini və məzhəb  ayrıseçkiliyin qabardılması, ölkədə etnik və ya regional mənsubiyyətə görə qərəzli münasibət mövcud olması  kimi fikir formalaşdırır.

Müharibə günlərində belə qeyri peşəkarların təsadüfi fikirlərinin  cəmiyyətin parçalanması, Azərbaycan əsgərinin döyüş ruhunun sındırılması istiqamətində aparılan təbliğatlar buna nümunədir.

Bu kimi halların daxili risklərindən  başqa həm də xarici riskləri mövcuddur, çünki belə  məlumatlar daha sonra ölkəmizə qarşı qərəzli hesabatların istinad mənbəyinə çevrilir.

KİV təmsilçilərinin qeyri peşəkarlıq  siyasi və təhlükəsizlik risklərin dəyərləndirməsi , xarici mediada şübhəli məramlı, təxribatçı yazıların, dövlətin  milli maraqları, strateji münasibətləri, regional tərəfdaşları  və qlobal əməkdaşlıq aspektlərini zədələnməsinə xidmət edən yazıları daxildə tirajlanması ilə nəticələnir.

Sadaladığımız  nümunələrdə  Azərbaycnda da KİV və elektron medianın tənzimlənmə siyasətinə son illərin  əsas təbliğat aləti olan sosial medianın tənzimlənməsinin də şamil olunmasının vacibliyini önə çıxaran sadə nümunələrdir.

Azərbaycanda ifadə azadlığının təminatı üçün nəzərdə tutulan imkanların dezinformasiyanın yayılması üçün vasitə və alət olmamsını tənzimləyəcək, KİV-lərdə dövləti maraqların müdafiəsində imunitetlərin formalaşdıracaq, bu sahəni müasir şərtlərə uygun sistemləşdirəcək  KİV haqqında yeni qanuna ehtiyac var.

Ən əsası isə yeni qanunvericiliyin işlək olması üçün  KİV-ləri yeni şərtlərə adaptasiya olunmasında iştirak edəcək,  sonrakı proseslərdə tənzimlənməsinə nəzarət edəcə idarəedici  qurumun yaradılması zərurudir

Yeganə Hacıyeva,

12.01.2021

 

Yegana Hajiyeva

Read Previous

ABŞ-da bitən demokratiya nağılı…

Read Next

Amerika xaos içində – Bayden ölkəni xilas edə biləcəkmi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir