Breaking News :

nothing found
26 January 2021

Amerika xaos içində – Bayden ölkəni xilas edə biləcəkmi…

Dünyaya inqilabların müəllifi kimi tanınan  Amerika indi özü bu qorxunc ssenarilərlə üz-üzə qalıb. Bir çox analitik mərkəzlər ABŞ-ın parçalanacağını, bölünəcəyini belə proqnoz edir.

Bu dünya nəhənginin çöküşü, parçalanması, orada sabitliyin pozulması dünyaya nə vəd edir? ABŞ-ın hədəf aldığı ölkələr – İran, Rusiya, Türkiyə, Çin və s. bundan nə kimi xeyir, ya da ziyan görər? Ən əsası, yaşı 80-ə dirənmiş Bayden ölkəsini bu fəlakətdən qurtara biləcəkmi?

Son prezident seçkiləri ABŞ-ın demokratik imicinin üstündən xətt çəkdi.

Səsvermənin nəticələrini dəyişmək üçün kifayət qədər saxtakarlıya yol verildiyi, yüz minlərlə seçki saxtakarlığı mövcudluğu haqqında  fikirləri paylaşan cari presidentin media çıxış imkanı filtirləndi, sosial media hesabları qapandı. Seçki sonrakı günlərdə iddia olunan saxtakarlıq videoları bloklandı və s.

Kapitoli önündə etirazın kütləviliyin səbəblərindən biri texnoloji şirkətlərin  seçki kampaniyasında namizədlərdən birinin dəstəkləməsi, əleyhinə olan fikirlərin bloklamasından yaranan qəzəb idi.

Sonra isə ABŞ-ın legitim prezidentinin və adminstrasiyasının sosial media hesabları  sosial mediadalarda iki həftəlik, bəzilərində birdəfəlik bağlandı.

Təhlükəsizlik, güc qurumlarının təqdimatı, məhkəmə qərarı olmadan, impiçment edilməmiş ABŞ prezidentinin ifadə azadlığı texnoloji konsernlər tərəfindən əlindən alındı, dünyanın ən güclü dövlətinin 1 ci şəxsinin ifadə azalığı və  səlahiyyətlərinə qəsd edildi.

Son seçkidə kimin qalib olması haqqında sual etsək ,  bunun  cavabı , bir mənalı olaraq seçkilərdə texnoloji korparasiyalar qalib gəlməsidir

Keçən seçkidə Trampın qalibiyyətini “seçkini saxtalaşdırıb iddiaları” ilə mübahisələndirən və cəmiyyəti buna inandırmağa çalışan Demokratlar, Bayden qalib gəldiyi seçkidə cəmiyyəti “seçki saxtalaşdırıla bilməz” fikirinə  inandırmağa çalışdılar, burda da onların yardıçmçısı məhz həmin texnoloji qiqantlar oldu. Seçki sonrakı günlərdə iddia olunan saxtakarlıq videoları bloklandı və s.

Polis Kongres binasında, seçki nəticələrinə etiraz edən kütləni silahla susdurdu. Sərbəst toplaşma, ifadə azadlığı, sosial mediada yazılara görə təqiblər, müxalif fikirlilərin hesabının bağlanması, seçkidən narazı qalmış vətəndaşların fikirlərini ifadə haqqı kimi ABŞ konstitusiyasında əksini vətəndaş hüquqları tapdalandı.

Etirazçılara güc tətbiqi fundamental insan haqqları, vətəndaşların seçim haqqının pozulması ilə bərabər, seçki sonrası  siyasi mühiti silah hesabına formalaşdırılması təəsüratını bağışladı.

Afrikanın Keniya kimi 3cü sinif ölkəsi ABŞ hökümətini seçkidə saxtakarlıq hallarını araşdırmağa, seçkinin nəticələrinə dinc etiraz edən öz vətəndaşlarına qarşı güc tətbiqinə görə tənqid etdi.

Baş verənlərin ABŞ dövlətinə xarici siyasətinə təsiri qaçılmazdır. Adioz  Tramp prezidentliyi müddətində ABŞ ticarətini çoxmilyardlıq artıq yükdən azad etməyə , qlobal ticarətdə Avropa Birliyinin yükünün azaltmağa , ABŞ-ın NATO və beynəlxalq təşkilatlardakı xərclərinin azaltmağa , sanksiyalar da daxil müxtəlif siyasi və iqtisadi alətlərlə Avropa və Mərkəzi Asiya regionunda Çinin və Rusiyanın mövgeyinin zəifləməsi , ABŞ ın mövqelərini möhkəmlənməsi  siyasəti yürütdü.

ABŞ ordusu  başqa xarici ölkələrdəki münaqişələrin həllindən, ABŞ isə digər ölkələri yenidən qurmaq iddiasından qismən geri çəkildi.

İndi daha çox səslənən seçkidən sonrakı proseslərin ABŞ-ın dövlət bütövlüyünə hədəsi haqqında fikirlərə gəlsək burda həqiqət payı var, lakin bu ABŞ dövlət aparatının sonrakı davranışlarından asılıdır.

Küçədə etiraz edən 1 milyon ABŞ vətəndaşı Kapitoliyə təkcə Trampı dəstəkləməyə deyil, mövcud siyasi sistemə etiraz üçün toplaşmışdı.

Bu ABŞ daxili ekstremizmin görsənən tərəfi idi, onu cəmiyyətdə görünməyən daha dərin kökləri mövcuddur.

ABŞ-da ektremizmin diğər ölkələrdəkilərdən fərqi və daha təhlükəliliyi odur ki bu ekstremist qruplar həm də silahlı qruplardır.

Bu ilin yayında ABŞ-ın Kentuki əyalətinin Lousvil bölgəsindəki etiraz aksiyasında 10 min təpədən dirnağa kimi silahlı insanın marşının şahidi olduq, bu qruplar ABŞ daxili nəzarət  olunmayan, silahların  kimə tuşlayacağı məlum olmayan təhlükəli gücdür.

ABŞ-in  çöküşü, parçalanması, orda sabitliyin pozulması dünyaya yaxşı heç nə vəd etmir. ABŞ-ın parçalanması deyil , sabitliyinin pozulması və nəticə kimi zəifləməsi belə dünyaya yaxşı heş nə vəd etmir.

Ümumiyyətlə önümüzdəki bir neçə ildə bunu gözləmək doğru deyil.

ABŞ dövlət sistemində güc və nüfuz  siyasi qruplara bağlı ənənəvi iqtisadi dairələrin (silah, enerji, maliyyə, mədən sənayesi , turizm və əyləncə industriyasının) əlində  cəmlənib.

Baydenin qorunması  görüntüsü ilə siyasi proseslərə təsir imkanını nümayiş etdirən yeni nəsil iqtisadi qruplar-texnoloji qiqantların əlində isə yeni siyasi alətlər, təbliğat vasitələri mövcuddur.

ABŞ dövləti qlobal nüfuzlu brend kimi hər iki qrup üçün bu mərhələdə vaz keçilməzdir

ABŞ da hal-hazırda bu qrupların daxili mübarizəsini müşahidə olunur, irəlidəki bir neçə ildə bu qrupların daxili mübarizəsinin kəskinləşməsi  ABŞ dövlətinin  ənənəvi forma və təzahürünü dəyişəcək. Yeni reallıqda isə demokratiya yoxdur.

Çoxmilyardlıq büdcələrə malik texnoloji korparasiyaların ənənəvi ictimai-siyasi quruluşa qarşı çıxması, rəqəmsal texnologiyaların  idarəçiliyinə adaptasiya olunan yeni sistemdə yeni müxanizmlərin ənənəvi siyasi-ictimai quruluşları sıradan çıxaracaq.

ABŞ-ın 80  yaşlı prezidentini bu proseslərə təsir gücü minumumdur. Bayden bir president kimi, təşəbbüskar və güclü president olmasını gözləmək doğru deyil. Bunun üçün nə o şərtlər, nə də Baydenin fərdi potensialı mövcuddur.

Bayden ABŞ-da  iqtisadi qruplarının ən çox “sözə baxan” prezidenti olacaq.

ABŞ-ın hədəf aldığı ölkələr – İran, Rusiya, Türkiyə, Çin və s. bundan nə kimi xeyir, ya da ziyan görəcək sualına gəlsək, öncə deyim ki, ABŞ-ın bütün dünyada polis rolunda çıxış etməsi böyük maliyyə, xərc  və resursların hesabına başa gəlir.

Bu ağlasığmaz maliyyə xərcləri ABŞ-ın milli maraqları naminə qlobal səviyyədə planetin maddi-mənəvi resurslarının bölüşdürülməsinə nəzarəti uğrunda xərclədiyi maliyyədir.

ABŞ-da kimin president olması  bu nəzarətdən imtina ediləcəyi anlamına gəlmir.

Sadəcə, ABŞ  bu qədər xərclər hesabına başa gələn geosiyasi addımlarındakı mexanizmləri, alətləri dəyişəcək və yeni şərtlər əvvəlkilərindən daha sərt olacaq.

Qlobal səviyyədə ABŞ-ın narahat olduğu ölkələrı sıralasaq  siyahısında öncə  Çin , sonra Rusiya , daha sonra İran , ardınca isə Türkiyə var.

Ümumiyyətlə siyahıda ABŞ-la münasibətlərin zaman zaman hər nə qədər də pisləşsə beə ən xoş məramlısı Türkiyədir.

ABŞ-in yeni siyasətində Mərkəzi Asiya, Cənubi Qafqaz maraqlarının qorunmasında güvənə biləcəyi tək güc Türkiyədir. Bu regionlarda dini, milli və s. kimi  faktorlardan qaynaqlanan  siyasi- təhlükəsizlik əsasları şərtləndirir.

Siyahıda Rusiya və İran eyni mövqe, münasibətlərin ən kəskinləşəcəyi ölkə isə Çindir.

Ümumiyyətlə pandemiya dövründə  Çin gizli və aşkar alətlərlə qlobal səviyyədə istər istər Türkiyə, istər Rusiya, istər İran, İstər ABŞ maraq və nüfuz regionlarında öz iqtisadi mövqelərini möhkəmləndirdi.

Ardınca isə xoşməramlı vaksin siyasəti ilə siyasi mövqelərini  bərkitməklə məşğuldur.

Yeganə Hacıyeva,

11.01.2021

 

Yegana Hajiyeva

Read Previous

KİV-lər haqqında qanuna tələblər…

Read Next

Nağıla dönən ABŞ demokratiyası – bu, dünya ölkələrinə necə təsir edəcək?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir