
Amerikanın yeni prezidenti Cozef Bayden bu gün and içərək, səlahiyyətlərinin rəsmən icrasına başlayacaq. Onun qələbə qazandığı 3 noyabr seçkilərindən bu günə qədər keçən müddətdə ABŞ demokratiyası gözdəndüşmə mərhələsini yaşayır. Bu mərhələnin ən pik nöqtəsi yanvarın 6-da yaşandı. Həmin gün Baydenin prezident seçkilərində qələbəsini təsdiq edən Konqresdə baş verən qarışıqlıq nəticəsində 5 nəfər həyatını itirdi. Hazırda iki aydan çoxdur ki, Birləşmiş Ştatlarda yaşanan siyasi böhran hələ də davam etməkdədir.
Bu böhran dünyada demokratik inkişafı necə əngəlləyə bilər? Antidemokratik meylləri artıra bilərmi? ABŞ-ın ədalətli orbitr rolunu itirməsi dünyada antidemokratik rejimlərin sayını artıracaq?
Demokratiya və fundamental dəyərlərə sadiqlik ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra beynəlxalq münasibətlərdə özünün formalaşdırdığı, daha sonralar bütün dünyaya yaymağa çalışdığı və bizim bütövlükdə Qərb adlandırdığımız sistemin bünövrəsini təşkil edirdi.
ABŞ Dövlət Departamentinin 2017-ci il dərc etdiyi yeni xarici siyasət strategiyasında prioritetlər sırasında demokratik dünyanın formalaşdırılmasında imtinası əslində Qərb sistemindən imtinanın təzahürü idi.
ABŞ da keçirilən son president seçkiləri demokratiyanın təkcə xarici siyasətdə deyil, həmçinin daxili siyasətdə də prioritet olmamasını sübut etdi.
Son prezident seçkiləri təkcə ABŞ-ın deyil, ümumilikdə dünyada demokratikləşmə hərəkatının və bu hərəkatın nüvəsində dayandığı ənənəvi Qərb sisteminin üstündən xətt çəkdi.
Səsvermənin nəticələrini dəyişmək üçün kifayət qədər saxtakarlıya yol verildiyi, yüz minlərlə seçki saxtakarlığı mövcudluğu haqqında fikirləri paylaşan cari presidentin media çıxış imkanı filtirləndi, sosial media hesabları qapandı. Seçki sonrakı günlərdə iddia olunan saxtakarlıq videoları bloklandı və s.
Baydenin seçki komandasının iki üzvü seçkidə saxtakarlığa görə həbs edildi, ABŞ-ın legitim prezidentinin və adminstrasiyasının sosial media hesabları bağlandı, impiçment edilməmiş ABŞ prezidentinin ifadə azadlığına və səlahiyyətləri qəsd edildi.
Etirazçılara güc tətbiqi fundamental insan haqqları, vətəndaşların seçim haqqının pozulması ilə bərabər, seçki sonrası ölkədə siyasi mühiti silah hesabına formalaşdırılması təəsüratını bağışladı. ABŞ-da seçki sonrası baş verənlər onun həmişə qınaq və irad bildirdiyi Belorusiyadakılardan heç nə ilə fərqlənmədi.
Oxşar proseslər təkcə ABŞ da deyil, həmçinin Fransada baş verir. İki ilə yaxın bir müddətdə hökümət əleyhinə keçirilən etirazları silah gücünə yatıran Fransa, keçən il fundamental insan haqqlarını bir başa pozan “Qlobal təhlükəsizlik haqqında” qanun qəbul etdi.
Qanun təhlükəsizlik məqsədi ilə keçən əsr faşist almaniyasında yəhudu ailələrinə tətbiq edilən, valideynlərin övladları vasitəsi ilə izlənməsi kimi elementlərin müsəlman ailələrinə tətbiq edilməsini özündə ehtiva edir. Qanun fundamental insan haqqlarını zidd olan belə qadağalardan başqa , son illərin aktiv təbliğ edilən media azadlığı, ifadə azadlığı və s. kimi müasir demokratik proseslərin tərkib hissəsi sayılan sahələrə qadağalar nəzərdə tutur.
Yeni qanuna görə kütləvi tədbirlər zamanı vətəndaşın polisi telefonla görüntüyə alması qadağan edilir, mitinq, nümayiş və etirazlar zamanı polisin şəkilini, videosunu çəkmək qadağan olunur
Polisin dağıtdığı nümayişlərdən canlı yayım etmək cinayət hesab olunur və s.
ABŞ demokratiyasının gözdə düşməsi dünyada demokrtaik inkişafı necə əngəlləyə bilər?
Demokratiya, demokratık adət ənənə xalqların, cəmiyyətlərin şüuraltı vərdişlərindən, genetik kodunda əksini tapan xüsusiyyətlərdən formalaşır və demokratik idarə etmələr bunun əsasında formalaşır.
Son illər bütün dünyada qəbul edilən demokratiya uğrunda mübarizənin üsulları qüsurlu idi. Çünki demokratik dəyərlər uğrunda mübarizə küçələrdə deyil beyinlərdə və düşüncələrdə getməli idi.
Demokratiya və demokratik dəyərlər uğrunda mübarizə bu dəyərlərə hörmət edən nəslin formalaşması yolunda maarifçilik fəaliyyəti kimi olmalı idi. Bu isə uşaqlara ailədə tərbiyə, kiçik yaşlarda məktəblərdə tədrislə, gənclər sahəsində təlim və seminarlarla, siyasətdə isə demokratik təsisatların formalaşdırılması və demokratik dəyərlərə sədaqət nümunəsini nümayiş etdirməklə mümkün idi.
Son illər isə qlobal siyasi müstəvidə ” demokratiya ” , ” insan haqqları ” mövzusu ölkələrə qarşı təsir vasitələri kimi geniş istifadə olunması bütün dünyada demokratikləşmə prosesini gözdən saldı.
Məsələn, hər hansı bir hərbi, enerji, ticari rəqabətdən doğan narazılıqlar beynəlxalq təşkilatlarda lobbi qrupları vasitəsi ilə ölkələrə qarşı daxildə demokratiyanın vəziyyətinin pisləşməsini qabartmaqla, məhz bunun üzərindən təzyiq və təsir alətləri formalaşdırılırdı.
Bu mövzular enerji, iqtisadi və təhlükəsizlik narazılıqlardan başqa, strateji coğrafi mövqelərə malik, separatizm və işğaldan əziyyət çəkən ölkələrə qarşı rəqib cəbhədən geniş istifadə olundu.
Məntiqi olaraq bu proses onunla nəticələndi ki, son bir neçə illər beynəlxalq münasibətlərdə qarşılıqlı əməkdaşlığın prioritetlərinin müəyənləşdirilməsinə demokratiya və insan haqqları mövzuları ümumiyyətlər daxil edilmədi.
Amma heç şübhəsiz, demokratikləşmə hərəkatının əleyhinə ən böyük arqument , məhz demokratik şərtlərin radikal idealogiya daşıyıcıları olan siyasi qrupların artması üçün münbit şərait yaratması oldu.
Bütün dünyada mühafizəkar və radikal düşüncələrin daşıyıcısı qüvvələr bu şərtlərdən istifadə edərək hakimiyyətə gəldilər.
ABŞ ədalətli orbitr rolunu itirməsi dünyada antidemokrtatik rejimlərin sayını artıracaq ?
ABŞ dövlət sistemində güc, nüfuz siyasi qruplara bağlı ənənəvi iqtisadi dairələrin, silah, enerji, maliyyə, mədən sənayesi , turizm və əyləncə industriyasının əlində cəmlənib.
Son iki seçkidə isə siyasi proseslərə təsir imkanını malik yeni nəsil iqtisadi qruplar meydana çıxdı. Şərti olaraq Newtech adlanan bu texnoloji qiqantların əlində yeni siyasi alətlər, təbliğat vasitələri mövcuddur.
ABŞ-da hal-hazırda bu qrupların kəskin daxili mübarizəsi müşahidə olunur, irəlidəki bir neçə ildə bu qrupların mübarizəsinin davam etməsi və məntiqi yekunlaşması ABŞ dövlətinin ənənəvi forma və təzahürünü dəyişəcək. Yeni reallıqda isə demokratiya yoxdur.
Çoxmilyardlıq büdcələrə malik texnoloji korparasiyaların ənənəvi ictimai-siyasi quruluşa qarşı çıxması, rəqəmsal texnologiyaların idarəçiliyinə adaptasiya olunan yeni sistemdə formalaşan yeni müxanizmlər ənənəvi siyasi-ictimai quruluşları sıradan çıxarır.
ABŞ-ın orbitr rolunu itirməsi haqqında isə onu deyə bilərəm ki, ABŞ dövləti qlobal nüfuzlu brend kimi bu mərhələdə vaz keçilməzdir.
ABŞ öz orbitr rolunu, milli maraqlar naminə planetin maddi-mənəvi resurslarının bölüşdürülməsinə nəzarəti mütləq saxlayacaq, sadəcə ABŞ-a bu qədər xərclər hesabına başa gələn geosiyasi addımlarda mexanizmlər, alətlər dəyişəcək və birmənalı olaraq yeni şərtlər əvvəlkilərindən daha sərt olacaq.
Bu proses antidemokratik ölkələrin sayını artıracaq ?
Məsələ ondadır ki, hal hazırki reallıqda demokratik ölkələr və anti demokratik ölkələr arasında xətt itib. Bu mövzu isə umumiyyətlə siyasi aktuallığını itirib.
Qurulmasını müşahidə etdiyimiz yeni sistemdə, yeni konfiqurasiyaların əsas hərəkət verici meyyarı güc və nüfuzdur. Bu konfiqurasiyada ən böyük güc , təsiredici alət informsiyadır.
Yeni sistemdə lokal və qlobal informasiya məkanına nəzarət edən, proseslərə nəzarət edəcək, informasiyanı idarə edən prosesləri idarə edəcək.
Yeganə Hacıyeva,
19.01.2021