Breaking News :

nothing found
28 İyul 2021

“Rusiyanın Paşinyanı”: “Navalnını meydana atan güc…

Politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:
Bir neçə gün əvvəl Rusiyanın bir çox şəhərində kütləvi etiraz aksiyaları keçirildi. Prosesləri necə qiymətləndirirsiniz?
– Rusiya tarixində istər siyasi institutlar, istər cəmiyyətin bütün təbəqələrini əhatə edən spesifik proseslər, eləcə də küçə etirazları həmişə davam edir. Bu proseslər Rusiyanın fərqli dövlət formatlarında mövcud olduğu zamanlarda özünü göstərib. Bu rus insanının xarakterindən irəli gəlir. Bütün cəmiyyətlərdə olduğu kimi Rusiya cəmiyyətinin fərdlərin və kütlənin milli mental xsusiyyətlərindən qaynaqlanan , xarakterik davranış qaydaları var. Etiraz etmək – razılaşmamaq rus insanının xarakterindən, düşüncə tərzindən irəli gəlir.
Rusiya imperiya xüsusiyyətinə malik dövlətdir. Eyni xüsusiyyəti Böyük Britaniyaya da aid edə bilərik. Amma Böyük Britaniyadan fərqli olaraq, Rusiya imperiyası dövlətin siyasi quruluşunu qoruya bilmir.
Rusiyanın imperiya tarixinin son 200-300 il zaman kəsiyinə baxdıqda, tez-tez dövlət quruluşunu dəyişdi – gah Çar Rusiyası, gah Sovet Rusiyası, gah kapitalist Rusiyası, gah da federativ Rusiya oldu.
Zaman zaman bu proseslərin Rusiyada siyasi dəyişikliklərə gətirib çıxarması Rusiyanın dövlət system quruluşundan irəli gəlir. Rusiyada dövlət sistemi adlandırdığımız- hərbi, ictimai-siyasi, institutsional və s. system heç vaxt yenilənməyən və o üzdən də mövcud olması üçün 30-40 ildən bir dəyişilməyə məhkum olan bir system mövcuddur.
Buna sadə izah kimi, müasir insanın həyatının ayrılmaz hissəsi olan android və ya smarfon sistemlərin proqram təminatı, işləmə prinsipini nümunə gösətərə bilərik : mütəmadi olaraq system yenilənməyəndə telefon öncə pis işləyir, sonra isə ümumiyyətlə işləmir.
Britaniya ilə Rusiyanı fərqləndirən cəhət budur ki, Rusiyada siyasi sistem yenilənmir, yenilənməyən sistemlərin bir yerdə qırılması və yenidən fərqli formatda ortaya çıxması çox normaldır.

Rusiya tarixində dövlətin siyasi quruluşunun dəyişikliyinə gətirib çıxaran etirazları birləşdirən bir əsas məqam, bu etirazların sifarişçisisinin “kasıb xalq” , “işsizlikdən əziyyət çəkən”, “acından ölən cəmiyyət” və s. kimi təbəqələr deyil, məhz siyasi elitanın olmasıdır.
Bir çox digər ölkələrdən fərqli olaraq, Rusiyadakı etirazlar heç vaxt kənardan gəlmir. Rusiyada dəyişikliklərə səbəb olan etirazlar safarişi mərkəzdən gəlir. Bir sözlə Rusiyada hakimiyyəti xalq dəyişmir, Rusiyada hakimiyyəti həmişə hakimiyyətin özü dəyişir. Navalnın adı ilə başlayan bu etirazlar da istisna deyil..

Bəs bu etirazları qızışdıran Aleksey Navalnını cəmiyyətə sevdirən nədir?

– Öncəliklə Aleksey Navalnı bütün parametrlər üzrə tipik rus insanıdır. Navalnını rus cəmiyyətinə cazibədar edən onun hakimiyyət və korrupsiyaya qarşı apardığı mübarizə deyil, ənənəvi rus insanının təsəvvüründəki obraza uyğun gəlməsidir.
Əlbəttə,  Navalnı bir sima kimi rus cəmiyyətinin şüuraltına yeridilməsi üçün internet resusrslar, elektron və sosial platformalarda olan yeni nəsil texnoloji alətlərdən istifadə və s. üsullar mövcuddur.
Amma bu yeridilməni uğulu edən, onu cəmiyyətə cazibədar edən, onun tipik rus insanı obrazı olmasıdır
Məsələn, 2000-ci ildən sonra Rusiyada hakimiyyətə gələn Vladimir Putinin 21 illik idarəçiliyinin, belə demək olarsa uğurunun səbəbləri mövcuddur. Obyektiv olaraq bu səbəblərin bir hissəsi onun sərt, ehtiyatlı, dəmir əl idarəçiliyi olan güclü lider olmasıdır.
Amma bu məsələnin bir hissəsidir, ikinci hissəsi isə Putin rus insanının şüuraltı tanıdığı bir obraz olması idi. Məsələn, Putin rus insanının uşaqlıqdan cizgi filmlərindən tanıdığı “Volodya” idi, “Baharın 17 anı” filmindəki sovet kəşfiyatçısı idi, Volodya 1980-ci illərə qədər sıravi ruslar kimi kommunal mənzillərdə yaşamış və onların arasında çıxmış sadə bir insan idi.
Yəni ruslar üçün Putin özlərindən saydığı bir qəhrəmandı. Putinin uğurunun əsasında duran amillər də bu idi.
Məsələn , Putin Yeltsindən fərqli olaraq, cəmiyyətin sosial rifahına xidmət edən siyasət yürüdən lider olmadı, müharibələr aparan bir lider oldu, amma bu məqamlar onu rus cəmiyyətinin gözündə daha cazibədar etdi.
Tam əminəm ki, bu gün Rusiyada Navalnı və ya başqa hər hansı bir siyasətçi Putinin daxildəki reytinqinə yaxın belə gəlmir. Putin rus cəmiyyətinə xas olan qəddar, soyuqqanlı, güclü və şəxsi münasibətlərdə sədaqət kimi xüsusiyyətləri özündə cəmləşdirib. Putinin cazibədarlığının əsasında bu amillər var.
Navalnıya gəldikdə isə onun təqdim edilən hekayəsində “hakimiyyətlə mübarizə apardığı üçün zəhərlənən, müalicə üçün ölkədən çıxarılmasına baxmayaraq geri qayıdan, müalicə olunduğu dövrlərdə belə bir film çəkən prinsipial və zəhmətkeş insan” ssenarisi durur.
Amma hətta bu etiraz aksiyalarından sonra da, Navalnı və Putinin reytinqinin obyektiv araşdırılması aparılsa, inanmıram ki, onun nüfuzu Rusiya liderini üstələsin. Çünki Putin rus cəmiyyətin uğur hesab etdiyi şeyləri, rus insanının eqosunu təmin edən, onu sakitləşdirən şeyləri ona verib, Rus insanının gözündə Krimı geri qaytarıb və s.
Bir cəmiyyət üçün madiyyatdan daha çox özünə hörmətin olması daha önəmlidir.
Bunu necə izah edərdiniz?
– Məsələn, Dağlıq Qarabağda qazanılan qələbə Azərbaycan insanına ötən otuz ildə neftin barelinin 190 dollardan çox olduğu dönəmlərdə belə gətirmədiyi xoşbəxtliyi verdi. Torpaqların işğalı ilə başlayan Azərbaycan cəmiyyətinin ruhuna hopmuş uğursuzluq sindromu bu 30 ilə yaxın müddətdə ən uğurlu azərbaycanlının belə psixologiyasında iz buraxmışdı. Dünyanın ən gözəl yerlərində istirahət edən, çoxlu pulu olanda Azərbaycan insanı özünü xoşbəxt hiss edə bilmirdi. İndi də çətinliklər var, həll edilməmiş problemlər mövcuddur, bir ilə yaxındı hər birimizə təsir edən pandemiyanın ağır şərtləri hökm sürür. Amma bunlara baxmayaraq, qazandığımız qələbə bizi xoşbəxt edir. Bu qələbə ilə biz özünə hörmət hissini qaytarmışıq. Sadaladığım bu amillər Putin Rusiyasının insanı üçün də keçərlidir.
Bəs bu gün Rusiyada gedən proseslərin əsas məqamları nələrdir?
– Putin yaxşı başa düşür ki, daxildə korrupsiyanı yığışdırmaq rus insanını xoşbəxt edəcəksə, dərhal bunu edə və ya leqallaşdıra bilər. Putin indi bunu etmir, çünki korrupsiya rus insanını narahat etmir, belə desək, az narahat edir. Bu baxımdan, Navalnının da bu proseslərdən siyasi divident qazandığını düşünmürəm.
Hətta onun çəkdiyi film belə uzunmüddətli hesabda Putinin xeyirinə işləyir, çünki bu təxminən komunalkada yaşayan birinin oliqarx olması hekayəsidir.
Navani özü də siyasi partiya lideri olmadığını, aktivist və bloqqer olduğunu deyir. Navalnı bir siyasi partiya qurub və rusları öz ətrafına cəlb etmiş olsa, əminəm ki, onu bu gün küçələrə çıxmış insanların heç on faizi də dəstəkləməzdi.
Çünki MDB cooğrafiyasında Paşinyanın bir bloqqer kimi necə uğurlu, bir siyasətçi kimi isə necə uğursuz olduğu hamının gözünün qabağında baş verib. Bu, bir nümunədir və rus insanı bunu yaxşı görür.
Qənaətimə görə, Rusiyanın 30-dan çox şəhərini əhatə edən bu etirazlar Rusiyadakı bəlli proseslərin yerindən tərpənməsidir. Bu, hakimiyyətin öz içindən Putin üçün bir siqnal, çağırışdır. Bu, rus xalqının yox, rus elitasının etirazıdır.
Dünyada baş verən müharibələr, maliyyə vəsaitlərinin dondurulması, Suriya, Liviya və Azərbaycanda (Dağlıq Qarabağ) gedən proseslər böyük xərclər tələb edir, ciddi maliyyət itkiləri deməkdir. Bütün bunların hamısı Putinin adı ilə bağlıdır.
Bir cümlədə bu etirazları sıravi rus insanının xərclərindən kəsilən milyardlarla maddi vəsaitin bu proseslərə yönəldilməsi və bunun qarşılığında əldə olunan nəticələrə siyasi elitanın verdiyi reaksiyadır. 1980-ci illərin sonlarında SSRİ də belə edirdi və indiki ayaqlanma da Rusiyanın siyasi elitasından qaynaqlanır.
Məlumatlar hakimiyyət daxilindən sızdırılır. Bu da hakimiyyət daxilindəki qruplaşmaların bir-birilə hesablaşması çərçivəsində baş verir. Biz bunu Vətən müharibəsi dövründə də gördük.
Rusiya hakimiyyəti daxilində adlar çəkilməklə müəyyən şəxslərin Azərbaycanla əlaqələrinin olduğu iddia edildi. Bu, Rusiyanın Xarici Kəşfiyyat Xidməti daxilində iki polkovnikin hesablaşması nəticəsində sızdırılmış məlumatlar idi. Başqa sözlə, bu kimi proseslər Rusiya hakimiyyətinin daxilindəki qrupların hesablaşmasını nəticəsində meydana çıxır.

Yeganə Hacıyeva,

26.01.2021

Yegana Hajiyeva

Read Previous

Dağlıq Qarabağda dəyişən Avrasiya xəritəsi…Musahibə.

Read Next

Almaniyadan Azərbaycana hücumun arxasındakı gizli əllər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir