Breaking News :

nothing found
24 Oktyabr 2021

Minalanmış ərazilərin xəritəsini sülhməramlılar niyə İrəvandan istəmir?

Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi hərbi cinayətdir və bu cinayət mümkün qədər çoxlu sayda insanın həlak olmasına nail olmaq və ən əsası işğaldan azad etdiyimiz ərazilərə azərbaycanlıların qayıtması vaxtını maksimum uzatmaq məqsədi güdür.

33 ilə yaxın müddətdə Ermənistan Azərbaycan ərazilərini, son 30 ildə isə işğal altındakı ərazilərimizin böyük bir hissəsini minalayıb.

İşğaldan azad etdiyimiz torpaqlarda rekonstruksiya və inkişafla inteqrasiyası minaları təmizləmədən mümkün deyil.

Ona görə də bu gün ən vacib vəzifə məhz ərazilərin minalardan təmizlənməsi üçün Ermənistanı minalanmış ərazilərin xəritəsini verməyə məcbur etməkdir.

10 noyabr bəyanatının ilkin və vacib şərtlərindən biri də məhz Rusiya sülhməramlılarının bu xəritəni əldə etməsi və Azərbaycana təqdim etməsi ilə bağlı idi.

Son zamanlar bizim Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməsi tələbimizə beynəlxalq vasitəçi və iştirakçı tərəflərdən guya belə bir xəritənin olmaması kimi fikirlər eşitməkdəyik.

Lakin bu, həqiqətə uyğun deyil, ermənilər tərəfdən 44 günlük Vətən müharibəsinə qədərki dövrdə bir nəfərin belə minaya düşməsi haqqında məlumat nə yerli erməni mediasında, nə də beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmayıb.

Keçən həftə işğaldan azad edilmiş Ağdama səfər edən və dağıntıların miqyasını gözü ilə görən biri kimi qeyd etməliyəm ki, bu dağıntılar 30 il ərzində hər il yenilənən dağıntı və talan edilməklə belə nəticə əldə etmək olardı.

Deməli, Azərbaycan torpaqlarında mövsümi dağıntılar və talan edən ermənilər minalanmış ərazilərə ancaq və ancaq onlarda xəritə olduğu üçün düşməyiblər.

Ümumiyyətlə isə minaları mülki əhali deyil, hərbiçilər düzüblər və özləri düşməmək üçün də mütləq xəritə tətbiq ediblər.

Ona görə də minalanmış ərazilərin xəritəsi var. Digər tərəfdən, son 4 ay ərzində Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycan ərazilərində cəmi bircə dəfə minaya düşmə faktı mövcuddur.

Daha sonra belə bir faktın təkrarlanmaması onu ehtimal etməyə əsas verir ki, bu xəritəni Ermənistan Rusiya sülhməramlılarına təqdim edib.

Məsələ ondadır ki, ərazinin təmizlənməsi və minaların məhv edilməsi 10 noyabr bəyanatının vacib şərtlərindən biridir və bu istiqamətdə minalanmış ərazilərin xəritəsinin əldə edilməsi vacib məqam idi.

Ermənistanın Rusiya sülhməramlılarına bu xəritələri təqdim etməməsi özü inandırıcı gəlmir.

İşğaldan azad edilmiş ərazilərdə kiçik bir daşqın və ya torpaq sürüşməsi baş verəcəyi halda bu minalar hətta təmizlənmiş ərazilərdə özünü göstərəcək.

Gələn ay, aprelin 4-də Beynəlxalq Minalardan Xəbərdarlıq və Minalardan Təmizlənməyə Kömək Günüdür.

Məhz bu gün Azərbaycan BMT, BMT-nin insan haqları üzrə Ali komissarı, səfirliklər, beynəlxalq təşkilatlardakı nümayəndələr, beynəlxalq platformalarda əməkdaşlıq edən QHT-lərlə birgə diqqəti bu problemə çəkməli və həmin gün bütün dünyada davam edəcək qlobal bir kampaniya çərçivəsində Ermənistanın Azərbaycan xalqına qarşı belə təcavüzkar aktını qınamalıdır.

Belə kampaniya Ermənistana xəritələri Azərbaycana verməsi üçün bir təsir vasitəsi ola bilər. İşğaldan azad etdiyimiz ərazilərdə Ermənistanın saldığı mina tarlaları 800 min azərbaycanlı məcburi köçkünün həyatını təhdid edir.

Öz yurd-yuvalarına qayıtmaq arzusunda olan yaşlı insanlara qarşı mənəvi terrordur, çünki onların bir çoxlarının işğaldan azad edilmiş torpaqlardakı əzizlərinin qəbirlərini ziyarət etməyə sadəcə vaxtları qalmayıb”.

Yeganə Hacıyeva,

15.03.2021

 

Yegana Hajiyeva

Read Previous

“Beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərinə hələ də səssiz qalırlar”

Read Next

Avropa İttifaqının qeyri-müəyyən gələcəyi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir