Breaking News :

nothing found
17 May 2021

Avropa Şurası Parlament Assambleyası terrorçuları dəstəkləyəcəkmi ?

Qarabağ münaqişəsinin davam etdiyi bütün zamanlarda ermənistanın hərbi rəsmilərinin  Azərbaycanla müharibə ehtimalı şərhlərində Cənubi Qafqazın ən böyük su anbarı olan Mingəçevir SES-ə raket zərbəsi ilə vurulması fikiri səslənib.

2018-19 ci ildə Ermənistan eks müdafiə naziri Azərbaycanla irimiqyaslı hərbi əməliyyatlar çərçivəsində Azərbaycanın iqtisadiyyatını iflic etmək üçün  Mingəçevir SES-ə raket zərbəsi endirəcəklərini: “Hərb elmi bu və buna bənzər obyektlərə zərbə endirilməsini tələb edir. Belə zərbə iqtisadiyyata zərər vuracaq və düşmənin silahlı qüvvələrini müvafiq resurslarla təchiz etmək imkanlarını aradan qaldıracaq. Bu obyekt bizim planlarımıza daxildir” kimi fikirlər səsləndirmişdi.

Vətən müharibəsi günlərində, 9 oktyabrda Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv etdi və belə cəhdlər 44 günlük hərbi əməliyyatlarda bir neçə dəfə təkrar olundu.

Mingəçevir  su anbarının və elektrik stansiyasının vurulması Cənubi Qafqaz regionu üçün ciddi ekoloji fəsadlar törədə bilərdi.

Mingəçevir SES-ə raket zərbəsi endirmək təklifi  səsləndirənlərdənlərdən biri də Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, daim Azərbaycan əleyhinə radikal çıxışlar edən Naira Zohrabyandır.

AŞPA-nın bu gün başlayan  yaz sessiyasında Naira Zöhrabyan liberal demokratlar və islahatçılar siyasi qrupunda “erməni əsirləri” ilə bağlı müzakirələrdə  beynəlxalq hüquq və beynəlxalq konvensiyalardan bəhs edirək, AŞPA-dan Azərbaycanın bu konvensiyalara əməl etməyə məcbur edilməsinə  tələb edirdi.

Avropa Şurası Parlament Assambleyası – Avropa Şurasının iki əsas orqanından biri sayılır və üzv dövlətlərin əsas siyasi tendensiyalarını təmsil edir. Şura üzvü ölkələrdə   demokratiya, insan haqqları, qanunun alılıyı və s. dəyərlərin yayılması ilə avropa əməkdaşlığı ideyasının yayılmasında  iştirak edir.

AŞPA həmçinin AŞ  təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək, şuranın üzv dövlətlər arasında etimad səviyyəsini artırmaq,  demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərini  üzv ölkələrin  vətəndaşlarının mənafeyi istiqamətində müdafiə etmək, gücləndirmək üçün mövcud bütün variantları nəzərdən keçirməklə sülhə və sabitliyə xidmət missiyası daşıyır.

Bu missiya  həm də AŞPA üzv dövlətlərinin milli nümayəndəliklərinə də şamil edildiyi üçün, onlardan  biri öhdəliklərini pozduğu və Avropa Şurasının dəstəklədiyi əsas prinsiplərə və dəyərlərə hörmət etmədiyi hallarda təşkilat daha təsirli cavab vermə qabiliyyətini artırmağı hədəfləyir.

Azərbaycan olaraq  həmişə Avropa Şurası Parlament Assambleyasının ermənistan  milli nümayəndəliklərin separatçılıq və terrorizmi legitimləşdirmək üçün emal etdiyi dezinformasiyalara, manipilyasiyalara deyil,  qanuna, beynəlxalq hüquq normalarına, faktlara etibar etməli olmasının vacibliyinə inanırıq.

Avropa Şurası Parlament Assambleyası  parlament üzvlərini  beynəlxalq səviyyədə qəbul edilmiş standartlara uyğun etik qaydalar haqqında aydın və praktik tövsiyələri əksini tapan AŞPA Üzvlük Davranış Qaydaları mövcuddur.

Bu qaydalara görə Avropa Şurası Parlament Assambleyası  üzü  vəzifəsini icra edərkən Üzvlər üçün Davranış Məcəlləsində göstərilən prinsip və qaydalara riayət etməyi öhdəliyi və məsluliyyət götürüblər.

Ermənistanın AŞPA-da nümayəndə heyəti bütünlükdə və  xüsusi ilə üzvü Naira Zohrabyan Avropa Şurasının dəyərlərinə və Assambleyanın ümumi  prinsiplərinə hörmət etməlidir.

100 mindən artıq mülki əhalinin yaşadığı  Mingəçevirdə yerləşən,  Cənubi Qafqaz regionunun ən böyük-16 milyard kubmetr su anbarını hədəf alınması kimi bəşəri cinayətlərə çağırış edən Naira Zohrabyan nəinki Avropa Şurası, AŞPA dəyər və prinsiplərinə hörmət hissini, hətta insanlığa dəyər  hissini itirmişdir.

Çünki Mingəçevir su anbarını  bombalamaq çağırışları edən Ermənistanın AŞPA-da nümayəndə heyəti üzvü Naira Zohrabyanı, 100 min günahsız insanın su altında qalmaqla həyatını itirə bilməsi faktı da narahat etməmişdir.

AŞPA-nın  hədəflərindən biri də Avropa Şurasının məqsədləri üçün idealları və prinsipləri qorumaq və həyata keçirmək adına üzv dövlətlər  arasında daha çox birliyə nail olmaq məqsədini güdür.

100 min günahsız insanın öldürülməsinə ani qərar verə bilən, Cənubi Qafqazda ekoloji fəsadlara yol açacaq su anbarını  bombalamaq çağırışları edən  bir insanın AŞPA-da təmsil olunması Avropa dəyərləri üçün təhqir və yolverilməzdir.

Belə radikal çağrış edənlərin AŞPA-da təmsilçiliyi, AŞ-da  təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək, şuranın üzv dövlətlər arasında etimad səviyyəsini artırmaq,  demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərini  üzv ölkələrin  vətəndaşlarının mənafeyi istiqamətində müdafiə etmək missiyasına bir başa ziddir.

Təəəssüf hissi ilə qeyd etməliyik ki, AŞPA  daxilində bu istiqamətdə görülən tədbirlərin etibarlılığı, effektivliyi, aktuallığı və sinerji səviyyəsi son illər bir sıra suallar doğurur.

AŞPA milli nümayəndəliklər tərəfindən öz mənafelərinə xidmət etmək, onu inkişaf etdirmək üçün  separatizmin, hərbi əsirlər adı altında pərdələnmiş terrorçuların dəstəkləməsi üçün platforma kimi istifadə edilməsinə imkan verməməlidir.

AŞPA milli nümayəndəlik və üzvlərin fəaliyyətinin Assambleyanın nüfuzuna xələl gətirəcək  şəkildə hərəkət etməsinə,  Parlament Assambleyasının üzvü mövqeyindən ümumavropa və bəşəri dəyərlərə zidd çağırışlar edilməsi  yol verməməlidirlər.

Bu halların qəbuledilməzliyi AŞPA Üzvlük Davranış Qaydalarından kənarda həmdə AŞPA  Prosedur qaydaları, toxunulmazlıqlar və institusional məsələlər üzrə Komissiyanın şərtlərində öz əksini tapmışdır.

AŞPA-nı qarşılıqlı hörmət, faydalılıq və  bərabər əsaslarda  üzv ölkələrindən olan həmkarlarla dialoq, müzakirələr aparmaqla, etimad səviyyəsini artırmaq,  demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərini inkşaf etməsi üçün vacib və faydalı format hesab edirik.

Ölkəmizin həqiqi demokratiyanın təməlində duran şəxsi azadlıq, siyasi azadlıq və qanunun aliliyi prinsiplərinin əsl mənbəyi olan mənəvi və əxlaqi dəyərlərə malik və sadiq olduğunu bir daha təsdiqləyərək AŞPA-nın  bu prinsiplər daim ermənistan nümayəndələrinin manipulyasiyanın girovuna çevrilməsinə göz yümmağa çağırırıq.

Yeganə Hacıyeva,

19.04.2021

 

 

 

Yegana Hajiyeva

Read Previous

BMT post-Qarabağ münaqişəsi dövründə nə iş görməlidir ?

Read Next

AŞPA post-Qarabağ münaqişəsi dövründə dayanıqlı sülh üçün nələrsə etmək istəyir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir