Breaking News :

nothing found
17 May 2021

Azərbaycan BMT Təhlükəsizlik Şurasına reformlar təklif edir…

Üzv ölkələrin iştirakçılığı və  beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarında biridir və məhz sadaladığımız meyarlar qlobal səviyyədə  uzunmüddətli təhlükəsizliyinin əsasını təşkil edir.

Prezidentin fikirləri  Azərbaycanın  BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsi təklifi kimi qəbul olunmalıdır ya bu təkliflərin  hazırlanmasında səylər üçün bir sıra tövsiyyələr irəli sürmək olar.

Mövzunun çox aktual və diqqətçəkən olmasını nəzərə alaraq, geniş təfsilat vermədən bunları qeyd edə bilərəm:

-BMT TŞ-nın qətnamələrinin icra mexanizmlərin işlənməsində  konfliktlərin həllində beynəlxalq hüquq, regional və qlobal təhlükəsizliyin prioritetləri  meyar olaraq götürülməli, mövcud münaqişələrin qarşısının alınması və ya daha da alovlanmasının önlənməsi  üçün priventiv addımlar üçün cəld və çevik mexanizmlər işlənilməlidir.

Bu priventiv mexanizmlərin işlənməsi beynəlxalq hüquq, regional və qlobal  təhlükəsizlik aspektləri və münaqişənin  həlli yolları nəzərə alınmaqla müəyyənləşməlidir.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin 27 ildir yerinə yetirilmədiyi halda Yuqoslaviyada, Liviyada, Ukraina və s.kimi münaqişə və böhranlarda BMT-nin qəbul etdiyi qətnamələrin icrasında çeviklik müşahidə olundu.

Bəzi hallarda  BMT Avropa İttifaqı , Avropa Şurası, ABŞ-la koalisiya formasında güc və ya sanksiyaların tətbiqi təcrübəsi də mövcuddur.

BMT-nin sülh naminə beynəlxalq hüquqa əsaslanan  qərarların qəbul edilməsi üçün Təhlükəsizlik Şurasının 15 üzvünün konsensusa gəlməsindən və TŞ-nın 5 daimi üzvünün bu konsensusu dəstəkləməsindən  asılıdır.

Bu mexanizmlər BMT TŞ-nın qərarların icrasında çevik  fəaliyyəti əngəlləyir və BMT qərarlarının  səmərəli təsir gücünə malik olmaması ilə nəticələnir.

Burda ümumi təcrübə belədir ki, qərarın qəbul olunması üçün 5 daimi üzvünün konsensusu zamanı adətən ABŞ, Fransa və Böyük Britaniya bir qrup ,  Çin və  Rusiya isə diğər qrup kimi kordinasiyalı şəkildə bir çox məsələyə veto qoyurlar.

Məhz buna görə də diğər ölkələr Almaniya, Türkiyə, İspaniya haqqlı olaraq zaman-zaman  BMT-nin strukturunda dəyişiklik edilməsi məsələsi qaldırlar.

Regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə , qlobal  səviyyədə cərəyan edən mürəkkəb proseslər BMT-nin yenidən strukturlaşması, qərarlarının cəld və çevik həyata keçirilməsi üçün təşkilatda  əsaslı dəyişikliklərin edilməsi məsələsini vacibdir.

Uzun müddətli hesabda, bu prosedən beynəlxalq təhlükəsizlik sisteminin formalaşmasını əsas aktoru kimi  BMT-nin qurum olaraq gələcək mövcudluğu asılıdır.

Çünki uzun illərdir  qlobal proseslərə təsir imkanlarının məhdudluğu, qətnamələrini icra edə bilməməsi təşkilata BMT üzv dövlətlərin böyük əksəriyyətində ciddi narahatlığının əsasını təşkil edir.

Bura  əsasən təşkilatda çıxarılan qərarların həyata keçirilməsi mexanizmlərinin bəzi hallarda mövcud olmaması, bəzi hallarda isə hüquqi-siyasi ardıcıllığın qorunmaması narahatlığı da aiddir.

Yeganə Hacıyeva,

26.04.2019.

Yegana Hajiyeva

Read Previous

Avropa İttifaqının Bakı nümayəndəliyi ilə təmasları kəsmək çağırışı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir