Breaking News :

nothing found
28 İyul 2021

15 terroristin azad edilməsini alqışlayan dünya…

Bu günlərdə Bakıda Birinci Qarabağ müharibəsində əsir düşmüş Azərbaycan vətəndaşlarına işgəncə verən və onları qətlə yetirən erməni terrorçular Mkrtiçyan Lüdvik və Xosrovyan Alyoşanın məhkəməsi başlayıb.

Paralel olaraq bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından bir neçə həftə sonra Azərbaycan ərazisinə soxulmuş erməni təxribatçıları həbsdə saxlanılır.

İstər birinci, istərsə də ikinci qrup həm beynəlxalq, həm də daxili hüquqa uyğun olaraq qanuni əsasda həbs edilmiş və məntiqi olaraq da Azərbaycan qanunvericiliyinə uyğun olaraq, törətdikləri qətl, təxribat və digər cinayətlərə görə mühakimə olunacaqlar.

Erməni terroristlərinin həbsindən keçən bir neçə ay ərzində abş, fransa və bir sıra beynəlxalq təşkilatlardan terrorçuları azad etməyə çağrışlar səngimir, onlar hərbi əsr kimi təqdim edilməklə bu mövzu ətrafında Azərbaycana təsir və təzyiq alətləri formalaşdırılmağa cəhdlər edilir.

Bu günlərdə Azərbaycan 15 diversantla Ağdamın minalanmış xəritəsinin mübadiləsi oldu.

Əlbəttə , terroristlərin qaytarılması Azərbaycan hökümətinin heç də məmnuniyyətlə atdığı humanitar jest deyil, çünki bu Azərbaycan terroristləri aktiv şəkildə mühakimə etmək qətiyyətindədir.

Amma gəlin bir də bu mübadiləyə nəticələrdə baxaq :

-15 terroristi geri qaytarmaqla 97 min minanın xəritəsini əldə etdik və deməli minlərlə insan ölümü və faciənin qarşısını aldıq,

-Agdamın bərpası və yenidən qurulmasını işlərini illərə deyil aylara qədər qısaltdıq,

-Minlərlə yaşlı köçkünə ömrünün sonlarında da olsa doğma yurd yuvalarına qayıtma, doğmalarının qəbirlərini ziyarət etmə şansı tanıdı

Nəhayət, planetin bütün böyük media qurumlarının diqqətinin cəmləşdiyi AVRO 2020 oyunlarında Azərbaycana qarşı qlobal kampaniyanın qarşısını aldıq.

Kampaniya haqqında bir onu deyim ki, hələ indiyə qədər bu qədər geniş səviyyədə koalisiya müşahidə etməmişdik, İki gündür bu terroristlərin azad edilməsini alqışlayanların siyahısına diqqət yetirmək kolisiyanın miqyası haqqında aydın təsəvvür yaradır.

Yeganə Hacıyeva,

12.06.2021.

Yegana Hajiyeva

Read Previous

Terrorizmə verilən açıq dəstək …

Read Next

Yeni texnalogiyalar və müasir müharibə haqqında təsəvvürləri dəyişən Azərbaycan !

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir