Breaking News :

nothing found
24 Oktyabr 2021

Yeni texnalogiyalar və müasir müharibə haqqında təsəvvürləri dəyişən Azərbaycan !

44 günlük Vətən müharibəsi hərb tarixində yeni texnalogiyalar və müasir müharibə haqqında təsəvvürləri  kardinal  dəyişməsi ilə yadda qalacaq.

44 günlük hərbi əməliyyatlar  sonrası dünyanın bir çox aparıcı ölkələrinin müdafiə nazirlikləri, qlobal nüfuzlu hərbi, güc analitik mərkəzləri, beynəlxalq təhlükəsizliyin  izlənməsi təsisatları və s. Azərbaycan Ordusunun  yeni texnologiya təchizatı, müasir müharibə aparması üçün texniki imkanlarının dəyərləndirilməsi haqqında çoxlu rəylər paylaşdı.

Belə rəylərdən birinin müəllifi,  öz ölkəsində müdafiə nazirliyinə yaxın “Alman Müdafiə və Strateji Araşdırmalar İnstitutunun-GIDS” müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi, Mayor Maykl Karl,   Azərbaycan Ordusunun bu sahədə  geniş inkşaf etməsi haqqında araşdırma aparıb.

Alman Müdafiə və Strateji Araşdırmalar İnstitutu-GIDS müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi, Mayor Maykl Karl hesab edir ki, 44 günlük müharibədə Azərbaycanla Almaniya döyüşmək məcburiyyətində qalsaydı, Almaniyanın qələbə çalmağa heç bir şansı olmazdı və  Azərbaycan ordusu Alman ordusunu darmadağın edərdi.

Karl , 44 günlük Qarabağ müharibəsində   dron və  PUA ların  rolunun təhlilindən və  Alman ordusunun, hər gün daha da inkişaf edən PUA-ların potensial hücumundan qorunma imkanları və təchizatının dəyərləndirilməsindən sonra  belə qənaətə gəlib.

Karl, Almaniyanın döyüş dronları və kamikaze dronları kimi istifadə olunan yeni silah sistemlərlə özünü yetərincə qoruya bilməyəcəyi  üçün, ordunun hava müdafiəsinin olmayacağı halda  təmamilə məhv olacağı haqqında fikirlər səsləndirib.

Yani Azərbaycan Ordusu   illik 39 milyard avroluq büdcəyə malik və aparıcı NATO standartlarına malik Alman Ordusunu məhv edərdi.

Karl, həmçinin yeni texnologiyalarla müasir müharibə alətləri və imkanlarının terroristlər üçün də əldə çatan olmasına və  onlar üçün bu imkanların çox  cazibədar olmasına diqqəti çəkərək Alman müdafiə nazirliyinə bu mövzuda çağırış da edib.

Burda bir haşiyə açım ki, Almaniya Azərbaycanın 44 günlük müharibədə dron və PUA-lar kimi yeni texnologiyalarla  müasir və uğurlu müharibə aparılması etirafını edən ilk NATO  ölkəsi deyil.

Azərbaycanın bu mövzuda uğurları haqqında ilk etirafın   müasir  texniki imkanlara və dünyada  ən güclü orduya  malik ABŞ-da hərbi və güc mərkəzlərindən elə 44 günlük müharibə günləri  və sonrası gəldiyini xatırlayırıq.

Amma məhz indi, Qarabağda müharibənin hərbi mərhələsinin  bitməsi ilə, hybrid üsullarla başlanan və hər gün daha da dərinləşən  siyasi həlli mərhələsində bir xatırlama olaraq qəbul etmək yerinə düşər.

Belə ki, 10 noyabr razılaşması ilə qurulacaq kommunikasiya ilə  Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqların müharibədə qalib tərəf kimi Azərbaycanın  və tərəfdaşlarının xeyrinə dəyişəcəyi sirr deyil.

Bölgədəki  komunikasiyaların strateji Cənubi Qafqaz regionu və regionun bənd olduğu qlobal nəqliyyat tranzitindəki Azərbaycanın və tərəfdaşlarının xeyrinə dəyişməsindən narahat olan dairələrin , istər ermənistan daxili istərsə də  Avropadakı havadarlarının bir sıra pozucu təşəbbüslərini müşahidə etməkdəyik.

Əlbəttə, bu təşəbbüslərdə Cənubi Qafqaz  regionunda yaranan yeni reallıqlarda ermənistanı alət olaraq  istifadə  edib öz  maraqlarını təmin etməyə çalışan kənar qüvvələrin addımlarını sezməyəcək qədər təcrübəsiz və  sadəlöhv deyilik.

Heç Ermənistanda siyasi və ictimai simaların belə kənar  qüvvələrə bel bağlamaq, onların Azərbaycan və proses əleyhinə fikirlərindən ilhamlanaraq revanşist fikirlər səsləndirməsi də təəcüblü deyil.

Məhz Avropa Birliyinin vacib ölkəsi olan, Avropa Birliyinin son illər ordusunu  Avropanın müdafiə edəcək ordu  kimi nəzərdə tutduğu Almaniyanın öz müdafiə təsisatlarına yaxın “Alman Müdafiə və Strateji Araşdırmalar İnstitutunun-GIDS” –nin müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssinin bu rəyini  ermənistanı alət olaraq istifadə etmək istəyən  Avropadakı bu dairələrə cavab olaraq  qəbul edə bilərik.

Yeganə Hacıyeva,

13.06.2021

 

 

 

 

 

 

 

Yegana Hajiyeva

Read Previous

15 terroristin azad edilməsini alqışlayan dünya…

Read Next

Əfqanıstanda hökumət devrildi: radikal Taliban dövlət başında – Azərbaycan üçün fərq nə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir