Breaking News :

nothing found
26 Sentyabr 2021

Əfqanıstanda hökumət devrildi: radikal Taliban dövlət başında – Azərbaycan üçün fərq nə olacaq?

“Talibanın hücumunun ABŞ-in Əfqanıstandan qoşunlarının çıxarılması fonunda, Rusiyanın region ölkələri ilə iyulun 30-undan avqustun 10-dək birgə hərbi təlimlər ərəfəsi olması diqqət çəkdi”.
 
dünya heroininin 90% -inin bu ölkədə istehsal olunması, Əfqanıstandan narkotik qaçaqmalçılığı, terrorizm və radikalizmin yayılması, habelə münaqişənin sərhəd boyu yayılması ilə bağlı qonşu dövlətlər narahatlıq keçirir:
“Radikalizm və terrorizmin yayılması narahatlığının əsasında əlbəttə, Talibanın Əl-Qaidə ilə əlaqələri, Taliban sıralarına qoşulan Liviya, İraq və Suriyada döyüşən post sovet ölkələri vətəndaşı olan İŞİD döyüşçülərinin öz ölkələrində yeni ideoloji xətt, siyasi proseslərə xarici müdaxilə cəhdlərinə səbəb ola bilməsidir.
Qeyd edim ki, Taliban son illər məhz İŞİD dəstələri ilə birlikdə hökumət qüvvələrinə qarşı birlikdə müharibə apardı. Azərbaycan da daxil bütün post sovet ölkələri üçün bu təhlükə aktualdır.
Bu mövzuda ən həssas mövqe Mərkəzi Asiya ölkələri postsovet ölkələridir, çünki Talibanın Əfqanıstandakı uğuru bir nümunədir. Talibanın Kabilə qarşı müharibədəki uğurları Mərkəzi Asiyada, Rusiyada, Cənubi Qafqazda və hətta Çində belə terror təşkilatları üçün yoluxucu bir nümunə olması təhlükəsi mövcuddur.
Bu istiqamətdə bir sıra ölkələr artıq sığorta addımlarını atıblar. Məsələn, Çin Sincan separatçılarını dəstəkləməyəcəkləri təqdirdə, Talibana çoxmilyardlıq investisiya dəstəyi vəd edib. Burda 1999-cu ildə Talibanın Əfqanıstanda hakimiyyətdə olarkən Özbəkistan, Qırğızıstana hücum faktını da unutmaq olmaz.
Taliban ABŞ-ın Əfqanıstan silahlı qüvvələrinə “Taliban”ı məhv etmək üçün silah və avadanlıqlarla təmin etmək üçün çox milyardlıq texniki-hərbi İmkanlar formalaşdırılmışdı. İndi bu investisiyalar Talibanı daha da güclü edən hərbi qənimətlərdir.
Məsələn, qənimət kimi götürülən ABŞ-ın Qara Şahin” helikopterləri, Rusiyanın Mi-17 helikopterləri Talibanın hərbi arsenalını gücləndirdi. Əfqanıstanda Talibanın necə mesaj verməsindən asılı olmayaraq, Talibanın Əfqanıstanda hakimiyyətdə olması Rusiyanın və Mərkəzi Asiyadakı müttəfiqlərinin hərbi təhlükəsizliyi üçün böyük risklər daşıyır”.
Talibanın Mərkəzi Asiyanın cənub sərhədlərində yerləşdirilməsi Rusiya üçün yeni bir cəbhə açır:
“Yaxın Şərqdə, Şimali Afrikada, Ukraynada, Gürcüstanda, Qarabağda artıq böyük xərclər tələb edən cəbhələrin fonunda bu cəbhə Rusiya üçün çox böyük çətinliklər formalaşdırır. Rusiya üçün bunlar həm maddi, həm də siyasi baxımdan əhəmiyyətli qaynaqlar tələb edir. Bu mövzuda isə Rusiyanın vəziyyəti ümumiyyətlə, yaxşı deyil”.
Bu hadisələr fonunda Azərbaycan haqqında onu qeyd edib ki, ölkəmiz uzun illərdir Əfqanıstanın regional iqtisadi inteqrasiyası üzrə səylərin mərkəzində dayanır:
“Bu təşəbbüslər həmişə Əfqanıstandakı mülki əhali və Taliban tərəfindən dəstək alıb və yaxşı qarşılanıb. Nümunə üçün onu deyim ki, Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupu Bakı görüşü 50-dən çox dövlətin iştirakı ilə Əfqanıstanda sülh prosesinə dəstək üçün həyata keçirilmişdi.
Azərbaycanın iqtisadi təşəbbüsləri Əfqanstan üçün vacib, reallaşması üçün həlledici iştirakçı olduğumuz “Lapis lazuri” dəhlizi Əfqanıstanın inkişafına təkan verən birtəşəbbüs idi. Bu təşəbbüslər üçün Bakının görüş yeri seçilməsi faktı da Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynadığının təzahürüdür.
Azərbaycan Beynəlxalq ictimaiyyətin təmsilçiləri Bakıda keçirilən görüşdə də “Taliban”a sülhün bərqərar olması istiqamətində yardım əlini uzatmışdı. Azərbaycanın mövqeyi böhranın siyasi həlli ilə, dialoq aparmaqla, siyasi həllə tərəfdarlar üzə çıxarılmaqla və ölkə rəhbərliyi ilə əlaqələr qurulması istiqamətində idi.
Çünki Əfqanıstan böhranının həlli sırf hərbi qüvvələrinin sayının artırılması ilə bağlı deyildi. bu yolla həll olunmayacaqdı. Zaman da bunu sübut etdi, Əfqanıstanda 42 ölkənin hərbçiləri olmasına baxmayaraq, legitim dövlət devrildi”.
Yeganə Hacıyeva ,
15 avqust, 2021.

Yegana Hajiyeva

Read Previous

Yeni texnalogiyalar və müasir müharibə haqqında təsəvvürləri dəyişən Azərbaycan !

Read Next

Talibanın Əfqanstandakı uğuru, Talibanın güclü olmasında deyil, Qərbin bu bölgədə ideoloji gücsüzlüyündədir….

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir